Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

“Əməkdar Həkim” , “Prezident Təqaüdçüsü” olmasam da, özümü “ ULU ÖNDƏR MÜKAFATÇISI” hesab edirəm....

Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.
  İstənilən  kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Həkim öz işinə ürəkdən bağlı olmalıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, təhlükələrdən qorxmayan bütün həyatını insanlara həsr etməyi qəbul edən, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edən olmalıdır. Həkimləri qəhrəman da adlandırmaq olar. Axı onlar hər gün qəhrəmanlıq edir, insanları, həyatlarını xilas edirlər, elə zamanlar olur ki, özlərini riskə atırlar bir sözlə bütün bəşəriyyətin varlığını uzadırlar. Bunlar hamısı onların əsl böyük əməyidir. Həm də həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün göndərilmişlər.
    Belə həkimlərimizdən biri haqqında söhbət açmaq istəyirik.
     ATİA.AZ saytında 27.04.2023-cü ildə dərc olunmuş "Bu saat həyatımın ən qiymətli hədiyyəsidir" sərlövhəli  (https://atia.az/cemiyyet/9173-aaaa.html)  yazıya görə redaksiyamıza çox saylı müraciətlər daxil olunub. Bu  yazıda  Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Aşağı Güzdək ASM-in bölmə müdiri Nasir Əhmədovun ULU ÖNDƏR haqqında xatirələrini bölüşmüşdük.
ATİA.AZ saytının və ATİA.TV-nin yaradıcı heyyəti ilə qocaman həkimimiz Nasir Əhmədovla görüşüb daha yaxından tanımaq qərarına gəldik. Həkimimizin hazırda çalışdığı  Aşağı Güzdək ASM-ə üz tutduq, ASM-dən  Nasir Əhmədovun xəstə çağırışına getdiyini söylədilər. Bir az gözləyib həkimlə görüşə bildik və həkim bizimlə çox səmimi halda öz təəssüratlarını bölüşdü.
Əhmədov Nasir Qurban oğlu 1962-ci ildə anadan olub, 1969-1979-cu illərdə orta məktəb təhsili aldıqdan sonra, 1980-1986-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində həkimlik sənətinə yiyələnmişdir. Elə həmin ildən də Abşeron Mərkəzi Xəstəxanasında Aşağı Güzdək, Yenikənd, Pirəkəşkül həkim məntəqələrinə rəhbərlik etmişdir.
     1994-cü ilin may ayında ULU ÖNDƏR HEYDƏR ƏLİYEV həmin ərazilərə səfər edərkən Hasir həkimin fəaliyyətini yüksək qiymətləndirərək ona saat hədiyyə etmişdir.
    Hasir həkimdən uzun müddətdir (1986-cı ildə bəri) qüsursuz, sənətini sevə-sevə fəaliyyət göstərdiyinə görə təltiflərinin olub- olmaması barədə soruşduqda dəfələrlə rəhbərlik və Abşeron RİH  tərəfindən   "Fəxri Fərman” aldıqlarını vurğuladı.
    Xaraktercə kövrək olan Nasir Əhmədov belə söylədi: " Mən "Əməkdar Həkim” , "Prezident Təqaüdçüsü” olmasam da, özümü " ULU ÖNDƏR MÜKAFATÇISI” hesab edirəm və bununla da fəxr edirəm”
 Biz də öz növbəmizdə qocaman həkimimizə daha böyük uğurlar arzu edərək Nasir Əhmədovun çıxışından kiçik bir hissəni və Abşeronda çalışan bəzi həkimlərimizin Nasir həkim haqqında fikirlərini, ürək sözlərini sizə təqdim edirik:
 
Oxşar xəbərlər

Bütün xəbərlər