Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Naxçıvanın Təhsil Nazirliyi ilə NDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Naxçıvanın Təhsil Nazirliyi ilə NDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti və muxtar respublikanın Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, unversitet və nazirliyin rəhbər heyətləri, muxtar respublikada fəaliyyət göstərən 50 orta məktəbin direktorları, təhsil şöbələrinin müdirləri iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Təhsil Nazirliyi ilə əməkdaşlıq görüşünü yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin təhsil mühitinin inkişafına yönəldiyini bildirib. Rektor universitetin ümumi fəaliyyətindən, kampusundan, tədris olunan ixtisaslardan söz açıb, ölkədə yeganə kampuslu universitet olaraq NDU-nun 10 fakültə, 45 kafedra, 3 kollec, 1 Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya ilə fəaliyyət göstərdiyini qeyd edib. NDU-da hazırda 250 ixtisas tərkibində Azərbaycan dili ilə yanaşı, ingilisdili ixtisasların tədris olunduğunu, dünyanın 150-yə yaxın univesiteti ilə birbaşa əlaqələrin mövcudluğunu və əcnəbi tələbə sayına görə ölkədə lider ali təhsil müəssisəsi olduğunu vurğulayıb.Tədrisin ölkə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətinə toxunan rektor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yeni təhsil proqramlarının hazırlanması istiqamətində atılan addımlardan bəhs edib. Bu yöndə ali təhsil səviyyəsində optimallaşdırma prosesləri həyata keçirildiyini, pedaqoji ixtisaslara yeni yanaşmaların tətbiqinin kadr hazırlığının keyfiyyətinə müsbət təsirini nəzərə çatdırıb. Rektor, həmçinin qəbul imtahanlarında yüksək bal toplayaraq NDU-da pedoqoji ixtisasları seçən abituriyentlərin sayının universitetdə qəbulun keyfiyyətinin yüksəlməsinə təsirindən bəhs edib. Həmçinin hazırda davam edən pedoqoji təcrübənin əhəmiyyətini vurğulayaraq, tələbələrin müfəssəl biliklər qazanmasını və onların müəllimlərin işə qəbul qaydaları barədə məlumatlandırılmasını təklif edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan NDU bu gün muxtar respublikada bütün təşkilatlar üçün kadr hazırlığında əsas bazadır. Təhsil Nazirliyi ilə universitet arasında qarşılıqlı əməkdaşlıq var. Təqdirəlayiqdir ki, bu tərəfdaşlıq Əməkdaşlıq Memorandumu ilə rəsmiləşəcək. Nazir vurğulayıb ki, bu görüş Naxçıvanın sosial-iqtisadi inkişafına dair Təfsilatlı Tədbirlər Planından irəli gələn məsələlərin icrası istiqamətində əməkdaşlığı daha da sıxlaşdırmaq və inkişaf etdirmək mahiyyəti daşıyır. Həm də müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması məqsədinə hədəflənib.

Oxşar xəbərlər

Bütün xəbərlər