Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Yüzlərlə müəllim imtahandan kəsildi - Kollec biabırçılığı

Yüzlərlə müəllim imtahandan kəsildi - Kollec biabırçılığı

Son günlərdə keçirilən müəllimləri attestasiya imtahanlarının nəticələri ciddi müzakirə mövzusuna çevirilib. Yüzlərlə müəllim attestasiyadan kəsilib, onların əksəriyyəti kollec məzunudur.

Bu imtahanlar göstərdi ki, xüsusilə kollecləri bitirib məktəbdə dərs deyən müəllimlərin bilik səviyyəsi ciddi şəkildə sual altındadır. Musiqi müəllimlərinin qiymətləndirilməsi ilə başlayan bu müzakirələr, əslində daha geniş bir problemin – orta ixtisas təhsil müəssisələrinin pedaqoji kadr hazırlığında keyfiyyət məsələsinin diqqət mərkəzinə gəlməsinə səbəb oldu.

2023 və 2024-cü illərdə keçirilən sertifikasiya imtahanlarında da orta ixtisas təhsilli müəllimlərin nəticələri ümumi göstəricilərdən aşağı olub. Məsələn, 2024-cü il nəticələrinə əsasən, universitet məzunlarının 72%-i minimum balı topladığı halda, kollec məzunlarında bu rəqəm cəmi 43% olub. Bu fərq sadəcə fərdi hazırlıqla deyil, sistematik struktur probleminin mövcudluğuyla bağlıdır.

Mövzu ilə bağlı təhsil sahələri üzrə eksper Kamran Əsədov Modern.az-a bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14.1-ci maddəsində qeyd olunur ki, müəllim hazırlığı ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilir. Bu o deməkdir ki, pedaqoji fəaliyyətin hüquqi bazası ali təhsillə bağlıdır. Kolleclər isə bu tələbi qismən yerinə yetirir və pedaqoji sahəyə hazırlıqda tam hüquqi baza yaratmır.

Yüzlərlə müəllim imtahandan kəsildi - Kollec biabırçılığı“Eyni zamanda, “Məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması Qaydaları”na görə, müəllimlər yalnız bilik deyil, metodoloji hazırlıq baxımından da qiymətləndirilir. Lakin kolleclərdə metodoloji baza və praktik pedaqoji hazırlıq zəif olduğundan, məzunlar bu mərhələdə ciddi çətinlik yaşayırlar”.

K. Əsədov vurğulayıb ki, kolleclərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin bir çoxu qəbul imtahanlarında minimal bal toplayanlardır. Bu da onu göstərir ki, təhsil prosesinə daxil olanların ilkin akademik hazırlıq səviyyəsi aşağıdır. “Universitetlərlə müqayisədə kolleclərin təhsil müddəti daha qısadır (2-3 il), bu müddət ərzində həm fənn biliklərinin, həm də pedaqoji bacarıqların verilməsi mümkün deyil. Digər tərəfdən, kolleclərdə müəllim heyətinin elmi dərəcəsi olanların faizi də çox aşağıdır. Bu, həm dərslərin keyfiyyətinə, həm də tələbələrin formalaşmasına mənfi təsir edir.

Problemin daha dərin səbəblərindən biri də praktika mexanizmlərinin zəifliyidir. Universitetlərdə tədris təcrübəsi geniş şəkildə tətbiq olunur, tələbələr məktəblərlə əməkdaşlıq çərçivəsində sinifdə dərs demə bacarığı əldə edir. Kolleclərdə isə bu proses daha formal xarakter daşıyır. Təcrübə müddəti ya çox qısa olur, ya da real məktəb mühiti ilə əlaqəsi zəif qurulur. Nəticədə kolleci bitirən gənc müəllim məktəbə real hazırlıq olmadan daxil olur”.

Dünya təcrübəsi haqda da danışan ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə - Finlandiya, Estoniya, hətta Türkiyədə müəllim hazırlığı yalnız universitetlərdə həyata keçirilir və müəllimlər üçün davamlı təlimlər məcburidir.

“Azərbaycanın bu sahədə öz xüsusiyyətləri olsa da, təcrübə onu göstərir ki, pedaqoji kadr hazırlığında kolleclərin rolu tədricən azaldılmalı və bu funksiyalar tam olaraq universitetlərə yönəldilməlidir. Bununla belə, kolleclər tamamilə müəllim hazırlığından uzaqlaşdırılmamalıdır. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və texnologiya kimi fənlər üzrə müəllim hazırlığı bu müəssisələrdə davam etdirilə bilər. Çünki bu istiqamətlərdə praktik bacarıqlar ön plandadır və akademik dərinlikdən çox, tətbiqi biliklər tələb olunur”- deyə Kamran Əsədov bildirib.

Onun sözlərinə görə əgər bu istiqamətdə dəyişikliklər edilməzsə, bir neçə ciddi problem davam edəcək. Birincisi, təhsil keyfiyyəti bərabərsizliyi artacaq – rayon məktəblərində çalışan müəllimlərin əksəriyyəti kollec məzunu olduğu üçün bu bölgələrdə təhsil keyfiyyəti daha da zəifləyəcək. İkincisi, müəllim peşəsinin nüfuzu aşağı düşəcək. Cəmiyyət universitet məzunları ilə kollec məzunları arasındakı fərqi açıq şəkildə hiss etdikcə, bu peşəyə ümumi etibar azalacaq. Üçüncüsü isə təhsil sistemində qeyri-peşəkar yanaşmalar artacaq – bu isə ümumilikdə Azərbaycanın insan kapitalı üçün riskdir:“Bununla yanaşı, kolleclərin tamamilə sıradan çıxarılması da doğru olmaz. Onların texniki və peşə hazırlığı üzrə ixtisaslaşması, əmək bazarının tələblərinə uyğun olaraq yenidən formalaşdırılması vacibdir. Əgər müəllim hazırlığı kolleclərdən alınarsa, həmin məzunlara alternativ karyera imkanları yaradılmalıdır. Bu isə planlı şəkildə həyata keçirilməli, illər üzrə keçid dövrü nəzərə alınaraq reallaşdırılmalıdır.

Nəticə olaraq, hazırkı vəziyyət onu göstərir ki, kollec məzunu müəllimlərin zəif nəticələri təsadüfi deyil, sistematik və köklü səbəblərə dayanır. Bu problemin aradan qaldırılması üçün pedaqoji kadr hazırlığı sahəsində radikal islahatlara ehtiyac var – hüquqi çərçivənin yenilənməsi, kolleclərin rolu və funksiyasının aydınlaşdırılması, universitet əsaslı modelə keçid və uzunmüddətli insan kapitalı strategiyası formalaşdırılmalıdır. Əks halda, bu gün imtahanda zəif nəticə göstərən müəllim sabah şagirdin gələcəyini zəif formalaşdıracaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər