Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanı keçiriləcək

16 may 2023-cü il tarixində musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanı keçiriləcək.

tehsilmedia.info xəbər verir ki, sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən binasında kompüterlər vasitəsilə keçiriləcək.

İmtahan saat 10:00-da və 12:00-da başlanır. Saat 10:00-da keçiriləcək imtahan üçün 50 nəfər, 12:00-da olan imtahan üçün isə 26 nəfər qeydiyyatdan keçib.

İştirakçı imtahanın başlanmasından ən az 1 saat öncə imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən iştirakçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (iştirakçının şəxsiyyəti təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən iştirakçı imtahan binasına buraxılmayacaq.

İmtahanın müddəti 1 saatdır. İştirakçılara musiqi ədəbiyyatı fənni üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş 30 qapalı tipli test tapşırığı təqdim olunacaq. Tapşırıqların 20-si Azərbaycan, Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edir. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.

Biliklərin qiymətləndirilməsi 10 ballıq şkalada aparılır.

 Doğru cavablandırılan 
 tapşırıqların sayı
 Qiymətləndirmə
 (balla)
 28-30  10
 25-27  9
 22-24  8
 19-21  7
 16-18  6
 13-15  5
 10-12  4
 7-9  3
 4-6  2
 1-3  1
 0  0

Oxşar xəbərlər

Bütün xəbərlər