Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Rəqəmsal Asılılıq: Sosial Media və Video Oyunların Beyin Kimyasına Təsiri

Rəqəmsal Asılılıq: Sosial Media və Video Oyunların Beyin Kimyasına Təsiri

Son illərdə texnologiyanın sürətli inkişafı ilə video oyunlar və sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu platformalar ilkin baxışda əyləncə və sosial əlaqə vasitəsi kimi görünə bilər, lakin onların beyində yaratdığı təsirlər dərin və təhlükəli asılılıq formalarına səbəb ola bilir.

İnsanlar çox vaxt oyunu yalnız əyləncə kimi qəbul edirlər. Əgər şəxs istədiyi vaxt oyunu dayandıra bilirsə, işi bitirdikdən sonra qısa bir istirahət vasitəsi kimi istifadə edirsə və bu, onun gündəlik həyatına təsir etmirsə – bu, hələ asılılıq deyil. Lakin gec saatlara qədər yatmamaq, işi və ailəni ikinci plana keçirmək və ya oyun oynamaq imkanlarını düşünməkdən özünü saxlaya bilməmək artıq problemin mövcudluğuna işarədir.
Məhz bu nöqtədə oyun vərdişi, asılılıq forması alır. Bir çox müasir video oyun sistemləri yüksək stimulyasiya verir – rəqiblə yarışmaq, qalib gəlmək, nailiyyətlər qazanmaq və s. Bütün bunlar beyində “dopamin” adlı neyrokimyəvi maddənin ifrazını artırır.

Dopamin – beynin “mükafat siqnalı” adlandırılan bir maddədir. İnsanlar hər hansı bir uğur, maraqlı hadisə və ya ləzzət verici fəaliyyət zamanı dopamin ifraz edir. Bu maddə insanı motivasiya edir və xoşbəxtlik hissi verir. Lakin dopaminin süni yollarla – yəni narkotik, alkoqol, hətta video oyunlar və sosial media vasitəsilə – təkrarlanan stimullaşdırılması onun balanssız ifrazına və nəticə etibarilə asılılığa səbəb ola bilər.
Elmi araşdırmalara görə, həm narkotik maddələr, həm də yüksək stimulyasiya verən rəqəmsal məzmunlar beyində eyni “mükafat yollarını” aktivləşdirir. Bu, istifadəçinin yenidən və yenidən o təcrübəyə qayıtmaq istəyi ilə nəticələnir.
Sosial Medianın Saxta "Cool"luğu və Real Təhlükələr, sosial media platformaları – TikTok, Instagram və bənzərləri – istifadəçiyə “ideal həyat” görüntüləri təqdim edir. Bu səhnələr əslində çox vaxt gerçək deyil, amma beynimiz onları belə qəbul edir. Saxta xoşbəxtlik və rahatlıq görüntüləri ilə qarşı-qarşıya qalan beyin, öz real həyatını bəyənməməyə başlayır. Bu isə həm psixoloji narahatlıqlara, həm də asılılıq tipli davranışlara səbəb olur.
Sosial media istifadəsi də dopamin sistemini stimullaşdırır. Like almaq, izləyici artımı, yeni paylaşım və hekayələrin izlənməsi – hamısı bir növ dopamin siqnalıdır. Uzun müddət bu siqnallara alışan beyin, təbii yollarla xoşbəxtlik hissi yaşamaqda çətinlik çəkir.
Yeni Nəsil Zəhərlər: Şüşə İçində Deyil, Ekran İçindədir.
Əgər bir vaxtlar zəhərlər maddə şəklində qəbul edilirdisə, bu günün “zəhərləri” ekran vasitəsilə daxil olur. Oyunlar adrenalini, sosial media isə saxta rahatlığı təklif edir. Hər ikisinin ortaq cəhəti, insan beyninin təbii mükafat sistemini pozmaları və asılılıq formalaşdırmalarıdır.

Video oyun və sosial media asılılığı artıq rəsmi olaraq psixiatrik pozuntu kimi tanınmağa başlanıb. Dünya Səhiyyə Təşkilatı (WHO) 2019-cu ildə “Oyun Asılılığını” (Gaming Disorder) tanıdı. Psixoloqlar və nevroloqlar da bu asılılıq növünün real nəticələr doğurduğunu, insanların həyat keyfiyyətini aşağı saldığını və bəzən müalicə tələb etdiyini bildirirlər.

Əgər bir şəxs video oyunu və ya sosial medianı öz həyatının mərkəzinə çeviribsə, bu, artıq sadə bir hobbi deyil. Rəqəmsal dünya nə qədər cəlbedici olsa da, reallıqla əlaqəni itirmək, asılılıqla nəticələnə bilər. Bu səbəbdən öz davranışlarımızı izləmək, vaxt idarəsini düzgün aparmaq və lazım gələrsə dəstək almaq vacibdir.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi.
Sədr müavini:Gülnar Nəsibli.

Oxşar xəbərlər

Bütün xəbərlər