Xəbər lentiwidget-title-icon

Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb

Çində Azərbaycan dili virtual formada tədris olunur

Çində Azərbaycan dili virtual formada tədris olunur

Pekin Xarici Dillər Universitetinin (PXDU) təşəbbüsü ilə yaradılan Çin xarici dillərin kütləvi açıq onlayn tədrisi Alyansının platforması vasitəsilə Azərbaycan dili virtual formada tədris olunmağa başlanıb.

AzEdu.az xəbər verir ki, layihənin məqsədi əcnəbi dilləri və mədəniyyətləri öyrənmək istəyən çinlilərə müasir texnologiyaların imkanları sayəsində əlverişli imkan yaratmaqdır. Belə ki, internet vasitəsilə PXDU-nun xarici dillərin onlayn tədrisi platformasına daxil olan çinlilər virtual dərslər vasitəsilə müxtəlif dilləri, o cümlədən Azərbaycan dilini başlanğıc mərhələdə öyrənə biləcəklər. Bu məqsədlə Azərbaycan dili üzrə virtual dərslər platformaya yüklənib. Azərbaycan dilinin onlayn dərslərinin çəkilişləri PXDU-nun Xarici dillərin tədrisi və tədqiqi nəşriyyatında həyata keçirilib. Azərbaycan dili üzrə 12 virtual dərsi PXDU-nun Azərbaycan dili kafedrasının müdiri, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tədris edib. Dərslərdə qrammatik qaydalarla yanaşı, yeni sözlər, dildə daha çox istifadə olunan söz birləşmələri öyrədilir, qısa dialoqlar, mətnlər təqdim olunur. Hər dərsin sonunda Azərbaycan mədəniyyəti, o cümlədən ədəbiyyatı, musiqisi, xalçaçılıq sənəti haqqında bilgi verilir. Redaktə işlərini isə nəşriyyatın mütəxəssisi Çen Hayçinq aparıb.

Dünyada xarici dillərin tədrisi istiqamətində öncül ali təhsil ocaqlarından olan PXDU-nun həyata keçirdiyi bu layihə Çində bir ilk olmaqla yanaşı, kütləviliyi ilə diqqət çəkir. Platformadan xarici dilləri öyrənmək istəyənlər, eləcə də xarici ölkələrin mədəniyyəti ilə tanış olmaq istəyənlər pulsuz yararlana bilərlər. Çin üzrə 1000-dən çox universitetdən 4 milyondan çox tələbə platformanın dərslərindən istifadə edib.

Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində 2016-cı ildə Azərbaycan dili kafedrası yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən ali təhsil ocağında Azərbaycan dili ixtisas kimi tədris olunur.

(Azərtac)

Oxşar xəbərlər

Bütün xəbərlər