Xəbər lentiwidget-title-icon

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib

Yaqub Piriyev Koreyada təhsil alan tələbələrlə görüşdü - FOTOLAR

Yaqub Piriyev Koreyada təhsil alan tələbələrlə görüşdü - FOTOLAR

Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib.

Modern.az xəbər verir ki, görüş BMU nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində baş tutub.

Tələbələri salamlayan BMU-nun rektoru Yaqub Piriyev ölkənin strateji sahələrinin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialı ilə təminatında ikili diplom proqramlarının rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə diqqət çəkən rektor qarşıya qoyulan hədəflərə nail olunması, kadr tələbatının ödənilməsində İDP məzunlarının da rol oynayacağına inandığını vurğulayıb.

BMU-İNHA İDP-nin icrasına toxunan rektor tələbələrin də üzərinə böyük məsuliyyət düşdüyünü, habelə onların güclü mütəxəssis kimi yetişdirilməsinə dövlətimiz tərəfindən hər zaman dəstək veriləcəyini qeyd edib.

Görüşdə digər çıxışlar zamanı tələbələrin tədris prosesində üzləşdikləri problemlərə toxunulub, onların həlli istiqamətində tapşırıqlar verilib. Eyni zamanda tələbələrin gündəlik məsələləri ilə bağlı verdikləri suallar cavablandırılıb.Qeyd edək ki, 3+1 modelinə əsaslanan İDP çərçivəsində tələbələr 3 ili BMU-da, sonuncu kursu isə İNHA Universitetində təhsil alırlar. Hazırda İNHA Universitetində 83 tələbə təhsilini davam etdirir. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ödənilir.

Oxşar xəbərlər

Bütün xəbərlər