Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???




Son zamanlar təhsil sistemində baş verənlər, təhsildən gələn şikayətlər bitib-tükənmək bilmir. Sanki hər qurum bir digərini məhv etməyə çalışır. Ekspertlər isə sanki hərəsi bir quruma "işləyir".
Keçirilən sertifikasiya imtahanında şəffaflığın qorunmaması, yerlərin satılması, sualların qəlizliyi, vaxt faktorunun nəzərə alınmaması haqda kifayət qədər sosial şəbəkədə informasiya mövcuddur. Maraqlı budur ki, heç nə birdən-birə olmur. Görünür ki, hər biri öncədən planlanmışdır. Bu baxımdan Nazirlik bu vəziyyəti gözləyirdi və soyuqqanlı bir şəkildə oyununu oynamağa davam edir.
Sualların ortada olmaması Nazirliyin oyununu peşəkar səviyyədə qurmasına kömək edir. Çünki kənardan nə qədər şikayət edilsə də, əldə dəlil olmaması onların işinə gəlir. Onu da qeyd edək ki, söhbət sadəcə AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT, DÖVLƏT DİLİ, İNGİLİS DİLİ, KİMYA fənn suallarından deyil, həm də METODİKADAN gedir. Çünki bu fənlərdən suallar düzgün hazırlanmamışdır. Gəlin qəbul edək ki, suallar SAVAD YOXLAMAQ üçün deyildi. Sadəcə oyun oynamaq məqsədi daşıyırdı.

Mənzərəyə gəlin bir az kənardan baxaq: Məktəbdə iki ədəbiyyat müəllimi var. Biri 54 bal yığıb, digəri 32 bal. Amma ikinci müəllimin nəticələri çox yüksəkdir, hazırlıq keçir, şagirdləri buraxılış və blok imtahanlarında yüksək nəticə göstərir. Kənardan biri düşünür ki, ikinci müəllim savadsız imiş. Əslində isə Nazirliyin oyununun qurbanıdır..
... və ya

Məktəbdə bütün ingilis dili, kimya, dövlət dili, azərbaycan dili və ədəbiyyatı müəllimləri savadsızdır, digər fənn müəllimləri savadlıdır. Azərbaycanda kimya müəllimi yoxdur, Azərbaycanda dövlət dili müəllimi yoxdur və s...
Bu nə dərəcə düzgündür...


Müəllimlər ayağa qalxıb, mitinq edir, şikayət edir, haqqın tələb edir. Əgər Nazirlik hər şeyi şəffaf edibsə, niyə sualları ortaya çıxarmır???.

Bundan əvvəlki il sualları açıb göstərən, nə qədər savadsız müəllim olduğunu gülərək deyən, Təhsil TV tərəfindən sualları İZAH EDƏ BİLMƏYƏN kütlə indi niyə susub??? Sərf eləmir? Oyun ortaya çıxar???

Əslində hər kəs hər şeyi bilir. Sadəcə məsələ burasındadır ki, oyunu oynayanlar öz qərarlarını çoxdan veriblər...

Vəfa Yaqublu deyir, suallar məktəb səviyyəsində, dərslik səviyyəsində olacaq. Yaxşı, onda alternativ olaraq dərslikdən nümunələrlə gətirin bizim qarşımıza qoyun. ƏDALƏTLİ OLUN!

Nəzakət Mehdiyeva deyir ki, biz sadəcə savadı ölçürük, 5 il müddətində heç bir dəyişiklik olmayacaq, bu müəllimlərə haqsızlıq olar və s. O zaman Azərbaycan dili və ədəbiyyat müəllimləri, kimya, dövlət dili, ingilis dili müəllimlərinə, siz ədalətli davrandınız??? Keçən il ingilis dili "to be" sualları idi, indi "dastan", keçən il dövlət dili " sait, samit" idi, indi götürüb elmi, qəliz mətnləri qoymusunuz. Məgər kimya fənninə aid mətni dövlət dili müəllimi bilməlidir??? Bu oxuyub anlama deyil, insanları aldatmayın. Bu oyundur. Gətirin sualları izah edin. ƏDALƏTLİ OLUN!.

Nurlan İsmayılbəyli deyir ki, meyarlar əsas götürülür, keyfiyyət ölçülür və s. Siz hələ keyfiyyətin nə olduğunu öyrənin, meyarın nə olduğunu öyrənin, sonra işinizi qurun. Çünki dediklərinizlə etdiklərinizin heç bir əlaqəsi yoxdur. ƏDALƏTLİ OLUN!

Emin Əmrullayev deyir, bir neçə il sonra təhsildə savadsız müəllim qalmayacaq, biz müəllimlərin yanındayıq. Hansı ki, bütün bunlar olarkən heç bir addım atmır. Açıq şəkildə görünür ki, bunlar anidən olmur. Bunlar planlıdır. Heç bir sual hazırlayan müəllim 3 mərhələli məsələ yazmaq, azərbaycan dili müəlliminə terminlərlə dolu fərqli fənlərə aid elmi mətnlər yazmaq düşüncəsində olmur. Ona deyirlər, yaz. O da yazır. Deməli, burda hər şey planlıdır. Sualı yazan, hazırlayan, təqdim edən və danışanlar- hər biri bu oyunun bir hissəsidir.
EŞQİ BAĞIROV heç nə olmamış kimi rahatca vəzifəsindədir. Bütün oyunların başında dursa da, hər kəsi bir-birinin üzərinə salır və özünü günahsız elan edir. Halbuki bu olanlarda əsl günahkar məhz MÜTDA-dır.

Bəzən təəssüf edirik ki, hətta Emin Əmrullayev də Eşqi Bağırovun bu qərarlarına, oyunlarına təsir edə bilmir. Çünki bizdə hələ də "dayday", "pul", "arxa" ön plandadır.

Oyuna davam edən, müəllimi gözdən salan, ədaləti doğrulmayan, müəllimləri mitinqə məcbur edən və ayrı-seçkilik yaradan bir qurumdan bəhs edirik.

Bəs ATİAHİ niyə müəllimlərin haqqını tələb etmir, niyə müəllimlərin hüququnu qorumur, niyə heç bir addım görmürük? Müəllimlərin maaşından 2 faiz tutmaqla, pulsilmə əməliyyatları ilə məşğul olmaü, hətta haqsız yerə müəllimləri işdən çıxararkən saxta aktlaşdırma işlərinə baxırlar, amma müəllimlərin tərəfini tutmaq lazım gələndə heç bir addım atdığını görmürük. Onda niyə var bu qurum???

Müəllim şərəfli bir peşədir-deyilirdi. Artıq bu cümlə insanlarda sadəcə ikrah hissi yaradır. Artıq abituriyentlər sadəcə müəllim olmaq istəmir.

Müəllim adı yerlə bir olub. Hətta işsizlərin sayı artır. Getdikcə, vəziyyət daha da gərginləşir. Ölkəmizdə işsiz müəllim ordusu və bitməyən xaoslar çoxalır. Artıq diplomun, müəllim olmağın bir əhəmiyyəti qalmayıb. Sadəcə dayday və pul... Sanki insanları "pis yola salmaq" üçün zorlayır, cəmiyyəti korlamaq üçün əllərindən gələni edirlər....

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT