Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

“Ən optimal tədris ili 1 sentyabr-30 maydır” – Ekspertlərdən TƏKLİF

"İndi şagirdlər daha az dərsə gedir. Biz 10 il oxusaq da, bir çoxumuz şənbə günü də dərsə getmişik. Məktəb günlərinin azaldılması uşaqlarımıza yaxşı nəsə vəd etmir. Tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar. Mən bir təhsil işçisi kimi inanıram ki, təhsil müddəti uzun olsa, daha yaxşı olar. Təhsil müddətini qısaltmaq təhsildən gözləntiləri də qısaltmalıdır".

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev dünən keçirilən brifinqdə səsləndirib. Nazir qeyd edib ki, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha yaxşı olardı.

Təhsil müddətinin çox olması tədrisinin keyfiyyətinə nə dərəcədə təsir göstərir?

Təhsil eksperti Adil Vəliyev AzEdu.az-a bildirib ki, dərslərin sentyabrın 1-də və yaxud 15-də başlamasının təhsilin keyfiyyətinə o qədər də böyük təsiri yoxdur.

"Bizim vaxtımızda dərslər sentyabrın 1-də başlayırdı. Dərslərin sentyabrın 1-də və yaxud 15-də başlamasının təhsilin keyfiyyətinə o qədər də böyük təsiri yoxdur. Dərclərin 15 gün tez və ya 15 gün gec başlaması böyük əhəmiyyət daşımır. Əsas məsələ dərsliklər, tədris proqramları ilə bağlıdır. Keyfiyyətdə fərq görmək istəyiriksə, tədris proqramımızı dəyişməliyik.

Düşünürəm ki, biz məsələnin həllini yanlış istiqamətdə axtarırıq. Bunun üçün də doğru qərarlar verə bilmirik”.

Ekspert təhsilin keyfiyyətinin yüksəlməsi üçün çıxış yolunu dərsliklərin və tədris proqramının yenilənməsində görür.

"Dərsliklər demək olar ki, hər il yenilənir. Bizi dərsliklərin yoxlanması üçün dəvət edirlər və görürük ki, dərsliklərdə vəziyyət yaxşıdır. Ancaq bu, kifayət deyil. Tədris proqramları yenilənməlidir”.

Müsahibimizin fikrincə, məktəbdə əlavə materiallardan istifadə olunması şagirdlərin dərs yükünü artırır.

"Başqa bir məsələ də bundan ibarətdir ki, uşaqlar məktəbdə yüklənirlər. Müəllimlər şagirdlər üçün hazırlanan dərsliklərdən başqa, əlavə materiallardan da istifadə edirlər. Bunun nəticəsi olaraq da uşaqların dərs yükü çoxalır”.

Təhsil eksperti Kamran Əsədovun fikrincə, ən optimal tədris ili 1 sentyabr - 30 maydır.

"1-15 sentyabr dərs müddəti ilə 1-14 iyun dərs müddətini eyniləşdirmək, hava temperaturu eynidir demək absurd fikirdir. Birincisi ona görə ki, 1-15 sentyabrda hava temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir, temperatur daha yaxşı olur ki, bu da dərsə getmək üçün əlverişlidir. Amma 1-14 iyunda hava daha da istiləşir, temperatur hər gün yuxarıya doğru qalxır və tədris üçün əlverişsiz olur.

Bundan başqa, 1-15 sentyabr təsirin başlaması üçündür. Yəni şagirdlər dərsə başlayır, enerjilidirlər, həvəslidirlər. 1-14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gəlib yorulublar, əlavə olunan vaxt isə onlara əlavə yükdür. 

Düşünürəm ki, ən optimal tədris ili 1 sentyabr - 30 maydır. Bu tədris ilinin tətbiqi daha effektiv olar”. 

Oxşar xəbərlər

Bütün xəbərlər