Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

“Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi” mövzusunda tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə "Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi” mövzusunda tədbir olub.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ölkəmizdəki tarix-memarlıq abidələri xalqımızın zəngin tarixi keçmişinin, mədəni inkişafının və memarlıq ənənələrinin sübutudur. Bu abidələri qorumaq hər birimizin borcu, ən ümdə vəzifəsidir.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tədbirdə "Tariximizin öyrənilməsində abidələrimizin əhəmiyyəti” mövzusunda məruzə edib.

"Hər bir ölkənin sahib olduğu tarix və mədəniyyət abidələri tarixən həmin bölgədə məskunlaşmış xalqın mədəni inkişafının göstəricisidir”, - söyləyən professor məruzəsində bədnam qonşularımızın tarixi saxtalaşdırma cəhdləri və bəzi tarixi abidələrimizi mənimsəməsi probleminə toxunub.

Naxçıvanda hələ XIX əsrin 70-ci illərindən başlayaraq həvəskar mütəxəssislər tərəfindən arxeoloji qazıntıların aparıldığını qeyd edən alim bildirib ki, Naxçıvan və Qarabağ bölgəsində mövcud olan qədim yaşayış məskənlərinin tədqiqi əcdadlarımızın həyat tərzi, keçdiyi mədəni inkişaf yolu barədə əhatəli məlumat almağa imkan verir.

Vəli Baxşəliyev bildirib ki, Sovet hakimiyyəti dönəmində xristian faktorunun və ölkəmizə qarşı qərəzli münasibətin təsiri ilə Cənubi Qafqaz üçün xarakterik olan boyalı qablar mədəniyyətinin beşiyinin Gürcüstan bölgəsi olması barədə yalnış bilgilər elmi ictimaiyyətə təlqin olunmuşdur. Lakin müstəqillik illərində Naxçıvanda aparılan arxeoloji araşdırmalar, aşkar olunan tapıntılar əsasında bu mədəniyyətin başlağıcını buradan götürdüyü, yaylaq maldarlığı ilə əlaqədar olaraq bu mədəniyyətin Gürcüstana və indiki Ermənistana yayıldığı sübuta yetirilmişdir. Son araşdırmalar zamanı I Kültəpə yaşayış yerindən aşkar olunan e.ə.VII minilliyin II yarısına aid tapıntıların analizi nəticəsində abidənin Cənubi Qafqazda ən qədim yaşayış yeri olması sübuta yetirilmişdir.

Məruzəsində abidələrin qorunmasının vacibliyini qeyd edən alim əhalinin bu məsələdə maarifləndirilməsinin müstəsna önəmindən danışıb. Vurğulanıb ki, tarix və mədəniyyət abidələrini qorumaq hər bir ziyalının, hər bir vətəndaşın borcudur.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər