Xəbər lentiwidget-title-icon

Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb

AMEA-nın Naxçıvan Bölməsində yeni nəşr olunmuş iki monoqrafiyanın təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində "Şərur rayonunun tarixi” və "Dalmatəpə mədəniyyətinin mənşəyi” monoqrafiyalarının təqdimatı keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Təqdimat mərasimini giriş sözü ilə açan bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli institut əməkdaşları tərəfindən muxtar respublikanın rayonlarının tarixinin yazıldığını xatırladıb. Alim bildirib ki, "Şərur rayonunun tarixi” monoqrafiyası Şərur Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə çap olunub. Monoqrafiyanın müəllifləri Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.

Təqdimatı keçirilən növbəti əsər barədə danışan professor bildirib ki, monoqrafiya ilbəil yeni tapıntılar işığında zənginləşən Naxçıvan arxeologiyasına növbəti töhfədir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və gənc tədqiqatçı Elmar Baxşəliyevin birgə ərsəyə gətirdiyi monoqrafiya Dalmatəpə mədəniyyəti ilə bağlı elmi təhlillərin yer aldığı dəyərli tədqiqat əsəridir.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova "Şərur rayonunun tarixinə həsr edilmiş tədqiqat əsəri” mövzusunda məruzə edib.

"Tariximiz haqqında sanballı əsər yazmaq, onu gələcək nəsillərə təbliğ etmək ziyalının dövləti, xalqı qarşısında ən böyük mənəvi borcudur”, - deyən tədqiqatçı monoqrafiyanı fəsillər üzrə şərh edib.

Alim bildirib ki, aparılan tədqiqatlar nəticəsində müəlliflər Şərur rayonu ərazisində insanların hələ qədim Daş dövründən başlayaraq məskunlaşdığı qənaətinə gəlmişlər. Belə ki, Şərurun əlverişli coğrafi mövqeyi, xammal ehtiyatı burada qədim mədəniyyətin meydan gəlməsinə və inkişafına səbəb olmuş, bu qədim mədəniyyət qonşu ölkələrə də müəyyən təsir etmişdir.

Ərazidə Neolit və Eneolit abidələrinin öyrənilməsi onu göstərir ki, hələ e.ə. VII-VI əsrlərdə Naxçıvanda yaşayan tayfalar Göyçə hövzəsi, Urmiya hövzəsi və Zəngəzur dağları ilə sərhədlənən geniş bir ərazidə hökmranlıq etmiş, burada baş verən etnik-mədəni proseslərə təsir göstərmişdir.

İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək monoqrafiyada rayonun mədəni inkişafı ilə bağlı əksini tapan fakt və təhlillərə diqqət çəkib. Adları çəkilən qədim yaşayış yerləri, tariximizi özündə təcəssüm etdirən arxeoloji abidələr, bölgənin mədəni inkişafına xidmət edən müəssisələr, habelə rayonun ədəbi mühiti ilə bağlı monoqrafiyada təqdim olunan əsas məlumatları diqqətə çatdırıb, tədqiqat əsəri haqqında fikirlərini bildirib.

Tədbirdə çıxış edən Şərur Rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sürəyya Bəşirova rayonun tarixinin yazılmasını yüksək qiymətləndirib. Natiq söyləyib ki, əhatəli tədqiqatların nəticəsi olan monoqrafiya tarixi keçmişimizin öyrənilməsinə mühüm töhfədir. Əcdadlarımızın həyat tərzinin, inanc sisteminin, mədəniyyətinin və başqa mühüm məlumatların daşıyıcısı olan arxeoloji abidələrin, memarlıq nümunələrinin qorunması, eləcə də təbliği rayon icra hakimiyyəti əməkdaşlarının timsalında hər bir vətəndaşın borcudur.

Sürəyya Bəşirova əsərin yüksək səviyyədə hazırlanmasına, nəşr olunan yeni tədqiqat əsərinə görə müəllifləri təbrik edib, onlara xoş diləklərini çatdırıb.

İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva təqdimatı keçirilən növbəti monoqrafiya ilə bağlı "Dalmatəpə mədəniyyətinin mənşəyi haqqında söz” başlıqlı məruzə edib. Məruzəçi bildirib ki, professor Vəli Baxşəliyev və gənc tədqiqatçı Elmar Baxşəliyev tərəfindən nəşr edilən monoqrafiya aktuallıq kəsb edən problemə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. 134 səhifədən ibarət monoqrafiya 5 başlıca struktur hissədən ibarətdir. 47 tablonun nəşrə əlavə edilməsi əsərin dəyərini daha da artırır.

Vurğulanıb ki, kitabın ana dilimizlə yanaşı, həm də ingilis və rus dillərində olması arxeologiyamızla bağlı elmi yeniliklərin dünya elminə inteqrasiyası baxımından böyük önəmə sahibdir. Bu, tarixi Azərbaycan ərazilərində mövcud olmuş qədim mədəniyyətləri beynəlxalq miqyasda tanıtmağa imkan verir.

Antik və Orta əsrlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxışında qeyd edib ki, aparılan karbon analizləri nəticəsində Dalmatəpə mədəniyyətinin dövrü dəqiqləşdirilmiş, bu mühüm fakt monoqrafiyada əksini tapmışdır. Əsərdə Naxçıvantəpə və Dalmatəpə mədəniyyətləri arasında müqayisəli təhlillər aparılmışdır.

Müəlliflər adından çıxış edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, "Şərur rayonu ilə bağlı araşdırmalar zamanı sübuta yetirilmişdir ki, bölgə sakinləri həm də Göyçə gölü hövzəsinin əsas sakinlərindən olmuşlar. Məhz bu fakt uydurma erməni iddialarına qarşı elmi həqiqətə əsaslanan cavabdır. Alim daha sonra Dalmatəpə adının mənşəyi, bu mədəniyyətin fərqləndirici cəhətləri barədə danışıb.

Sonda çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Şərur rayonunun tarixi” monoqrafiyasının nəşrinə göstərdiyi dəstəyə görə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərova təşəkkür edib, müəllifləri təbrik edərək səmərəli elmi fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər