Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə geniş yer verib

Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə geniş yer verib

 

Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün Salyan rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə geniş yer verib.

tehsilmedia.info xəbər verir ki, xarici mətbuatda yer alan xəbərlərdə xüsusilə dövlətimizin başçısının Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsi, Qarabağda yaşayan ermənilərlə bağlı fikirləri, eləcə də İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə əlaqədar Ermənistan hakimiyyətinə xəbərdarlığı barədə fikirləri xüsusilə diqqət mərkəzində olub.

Rusiyanın "Kommersant” qəzeti Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin ya Azərbaycan vətəndaşlığını qəbul etmələri, ya da özləri üçün başqa yaşayış yeri tapmaları kimi seçim təklif etməsini, Azərbaycan dövlətinin tezliklə sülh müqaviləsi imzalamağa, qarşıdurmaya son qoyulmasına hazır olması barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.

"Veçernyaya Moskva” nəşri dövlətimizin başçısının "Qarabağ bizim daxili işimizdir” fikrinə xüsusilə önə çəkərək, Azərbaycan tərəfinin Qarabağ ermənilərinə demokratik əsaslarla seçim təklif etdiyini vurğulayıb.

"Regnum” agentliyi "Azərbaycan Prezidenti Qarabağ ermənilərindən seçim etməyi tələb edib” sərlövhəli xəbərdə dövlətimizin başçısının Azərbaycanın daxili işlərini heç kimlə müzakirə etməyəcəyinə dair bəyanatına xüsusi yer verib.

"News.ru” Agentliyində yayımlanan xəbərdə Prezident İlham Əliyevin müsahibəsindən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi rəsmən tanıdığı barədə fikri yer alıb. Nəşr xatırladır ki, Azərbaycan Prezidenti ölkənin bütün vətəndaşlarına azadlıq və problemlərin demokratik proseslər əsasında həll olunacağını vəd edir.

"Life.ru”, "Vedomosti” nəşrləri Prezident İlham Əliyevin danışıqların və sülh müqaviləsinin imzalanmasının ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında mümkün olması barədə sözlərini diqqətə çatdırıb.

 

"Qazeta.ru” nəşri, "RBK” agentliyində yayımlanan məqalələrdə qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı bu gün Qarabağda Azərbaycan Bayrağının dalğalandığını vurğulayıb və Ermənistan hakimiyyətini Qarabağı rəsmən Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını tələb edib.

 

"Novıye izvestiya” qəzetində, TASS və "Mossovet” informasiya agentliklərində, "Arqumentı i Faktı” nəşrində yayımlanan xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev müsahibəsində Praqa və Soçi görüşlərində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etdiyini, iki ölkə arasında sərhədlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunacağını bildirib, Ermənistanı "Qarabağ Azərbaycandır və nida” sözlərini təkrar etməyə çağırıb.

Türkiyənin Anadolu agentliyinin, "TRT Haber”, "TRT Avaz”, "AHaber” televiziyalarının, "Türkiye”, "Takvim”, "Yeni Şafak”, "Daily Sabah”, "Sözcü” və digər KİV-lərinin yaydığı xəbərlərdə dövlətimizin başçısının Qarabağda yaşayan ermənilərə xəbərdarlıq etməsi barədə fikirləri xüsusilə qabardılıb. Məqalələrdə dövlətimizin başçısının İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasının sıradan hadisə olmaması, bu təxribatın arxasında Ermənistan dövlətinin dayanması barədə fikirləri önə çəkilib: "Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir”.

Məqalələrdə Prezident İlham Əliyevin bu barədə Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq etdiyi qeyd olunub və dövlətimizin başçısının "Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər” fikirləri də diqqəti çatdırılıb.

 

 

Avropanın bir sıra ölkələrinin KİV-ləri də Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi fikirləri geniş işıqlandırıb. İspan dilində yayımlanan "Europapress”, "La Nacion”, "Cope”, "Diariosigloxxi”, "Grupolaprovincia”, "Teleprensa”, "Notimerica”, Macarıstanın "Demokrata.hu”, "Hirado”, "Portfolio” saytları, həmçinin Bolqarıstanın "Focus-news”, "Actualno”, Moldovanın "Timpul” kimi media qurumları Azərbaycan Prezidentinin "Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar” bu fikirlərini xüsusi vurğulayıb. Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev burada tam sərbəstliyin olduğunu, bütün demokratik əsasların təklif edildiyini, bu məsələnin insan hüquqları əsasında öz həllini tapmasının vacibliyini bildirib.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədəki fikirlər Gürcüstan mediasının da diqqət mərkəzində olub. Qonşu ölkənin "qafqazturk.com”, "24news.ge” və "aktual.ge”, "interpress.ge”, "timer.ge”, "ambebi.ge”, "ipress.ge” informasiya portalları Azərbaycan Prezidentinin müsahibəsindən materiallar yayıblar. Məqalələrdə dövlətimizin başçısının bu gün Qarabağda Azərbaycan Bayrağının dalğalanması barədə fikirləri, eləcə də Ermənistanda Azərbaycan Bayrağının yandırılmasına sərt etirazı və separatçılara xəbərdarlığı barədə fikirlər oxucuların diqqətinə çatdırılıb. Materiallarda, eyni zamanda, Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı barədə də məlumat verilib.

İranın kütləvi informasiya vasitələri də dövlətimizin başçısının Azərbaycan Televiziyasına müsahibəsindəki fikirlərinə xüsusi yer veriblər. İranın "Jadidpress”, "İRNA”, "Mashreghnews”, "Entekhab”, "Noandish”, "Parstoday”, "Ghatreh” saytları dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlərin əsas məqamlarına toxunub. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib və burada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu deyib. Yazılarda Prezident İlham Əliyevin "Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar” ifadəsi xüsusilə diqqətə çatdırılıb.

Vyetnam mətbuatında da Azərbaycan Prezidentinin müsahibə ilə bağlı xəbər yayımlanıb. "Voice of Vietnam” radiosunda yayımlanan xəbərdə Prezident İlham Əliyevin Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi və burada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olması barədə fikirləri qeyd edilib. Həmçinin dövlətimizin başçısının Azərbaycanın daxili işlərini heç bir ölkə ilə müzakirə etməyəcəyi barədə bəyanatı da xüsusi vurğulanıb.

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat