Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

İxtisas seçimində yeni tendensiya: Qızlar texniki sahələrə, oğlanlar isə müəllimliyə?

İllər əvvəl abituriyentlər arasında belə bir tendensiya var idi ki, oğlanlar əsasən polis olmaq, qızlar isə müəllimlik peşəsini seçmək istəyirdilər. Bu yanaşma geniş yayılmış və kifayət qədər maraq doğururdu. İndi vəziyyət necədir?

Hələ də Polis Akademiyasına əvvəlki illərdəki qədər maraq var, yoxsa azalma müşahidə olunur?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov danışıb. Onun sözlərinə görə, həm mülki, həm də hərbi universitetlərdə qız abituriyentlər artıq oğlanlarla rəqabətə giriblər

"Əvvəlki dövrlərdə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı daha çox xanım abituriyentlər müəllimlik və tibb ixtisaslarını seçirdilər. Ancaq müasir dövrdə artıq demək olar ki, bütün ixtisaslar üzrə qız abituriyentlərin seçimlərində müəyyən tendensiyalar müşahidə olunur.

Bu meyil xüsusilə mühəndislik ixtisaslarında nəzərə çarpır. Eyni zamanda, birinci ixtisas qrupu üzrə də müşahidə edirik ki, qız abituriyentlər informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və informatika alt qrupuna aid olan sahələrə daha çox maraq göstərirlər. Təbii ki, bu dəyişiklik qlobal əmək bazarında baş verən dəyişikliklərlə də əlaqəlidir. Artıq bu sahələrdə xanımların fəallığı artır və onlar üçün iş imkanları da kifayət qədər genişlənir".

Kifayət qədər yüksək bal toplayan xanım abituriyentlər Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsini seçib

"Digər tərəfdən, əvvəllər əsasən oğlan abituriyentlərin seçdiyi üçüncü ixtisas qrupu üzrə xüsusilə də Polis Akademiyasına qəbul olmaq üçün edilən seçimlərdə son dövrlərdə xanım abituriyentlərin də maraq göstərdiyini müşahidə edirik. Məsələn, bu il Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi institut və Hərbi Tibb Fakültəsində xanım abituriyentlərin qəbulu həyata keçirilir. Kifayət qədər yüksək bal toplayan xanım abituriyentlər bu seçimlərdə iştirak ediblər. Bu isə onu göstərir ki, həm mülki, həm də hərbi universitetlərdə qız abituriyentlər artıq oğlanlarla rəqabətə giriblər. Xüsusilə dördüncü ixtisas qrupu üzrə yüksək bal toplayan xanımlar hərbi tibb və stomatologiya kimi sahələrə üstünlük verirlər. Bundan başqa, hüquqşünaslıq ixtisası üzrə də rəqabətin son illərdə daha da gücləndiyini görürük. Doğrudur, hazırda bəzi xüsusi təyinatlı təhsil müəssisələri məsələn, Daxili İşlər Nazirıiyinin Polis Akademiyası və Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına xanım abituriyentlərin qəbulu aparılmır.

"Amma əvvəlki illərdə xanımların bu sahələrə marağı olduqca yüksək idi və qəbul prosesi də həyata keçirilirdi.
Hazırda bu sahələr üzrə qəbul həyata keçirilməsə də, gələcək illərdə bu qərar dəyişərsə, düşünürük ki, kifayət qədər yüksək bal toplayan xanım abituriyentlər həmin ixtisasları da seçə biləcəklər.

Təbii ki, bu fərqli yanaşmalar qruplara görə dəyişir. Biz nəzər salsaq görərik ki, I ixtisas qrupunu daha çox oğlanlar seçir. III ixtisas qrupunda isə tam əksi olaraq xanım abituriyentlərin sayı çoxdur. IV qrupda isə yüksək bal toplayanlar daha çox xanım abituriyentlərdir, tibb ixtisaslarından dolayı. Ümumilikdə,son illərdə bütün qruplar üzrə ciddi şəkildə rəqabət var".

Oxşar xəbərlər

Bütün xəbərlər