Xəbər lentiwidget-title-icon

Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fərqlənmə ilə oxuyan bir qrup tələbəsi strateji məsələlər üzrə prorektor Vazeh Əskərovla birgə “Balakhani Operating Company LTD”nin ərazisində 102 yaşlı neft quyusunun qarşısında qurulan “ADNSU-100” lövhəsinin açılışını ediblər.

AzEdu.az xəbər verir ki, açılış mərasimindən sonra keçirilən hasilat şirkətinin rəhbərliyi ilə görüş zamanı ADNSU tələbələri təhsilləri və karyera arzuları barədə səmimi söhbətdə iştirak ediblər. Bildiriblər ki, sinif otağı ilə sənaye arasında sıx bağların yaradılmasına imkan verən bu kimi əməkdaşlıqlar onlara seçdikləri peşədə daha uğurlu olmağa kömək edəcək. ADNSU prorektoru Vazeh Əskərov ölkəmizin tarixən ikinci universitetinin müasir tələblərə uyğun multi-disiplinar tədris proqramı barədə geniş məlumat verib və tarixən Nobellərin çalışdığı binada bu gün də hasilatla, elm və innovasiyaların bağlantısının qorunub saxlanıldığından məmnunluğunu bildirib. “Hər bir Universitet uğurlu məzunları ilə tanınır. Bu mənada neft tarixində öz sözünü demiş Balaxanıda tələbələrimizlə bərabər belə bir tarixi gündə iştirak etmək və ADNSU məzunlarının əhatəsində olmaq çox qürurvericidir”, deyən prorektor Əskərov universitet-sənaye arasında münasibətlərin gələcəkdə də davam edəcəyinə ümidini bildirib.

“Balakhani Operating Company LTD”nin müşaviri, prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Orucov tələbələrlə söhbətində ADNSU-da tədris illəri barədə xatirələrini bölüşüb. “Mən, çox xoşbəxtəm ki, mənim elə müəllimlərim olub. Onlar bizə tək dərs otağında deyil, ondan kənar da dəstək olurdular, təcrübələrini bölüşürdülər. Ümid edirəm, mənim məzun olduğum geologiya ixtisası günü-gündən daha da təkmil tədris edilərək Azərbaycanın gələcək hasilat uğurları üçün məzunlar yetişdirəcək.”

Tədbirin sonunda daha bir ADNSU məzunu, “Balakhani Operating Company LTD”-nin hasilat üzrə vitse-prezidenti Əhməd Kələşova "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təqdim edilib. Preizdent İlham Əliyevin qərarı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranması tarixinin Balaxanı hasilat ərazisində əbədiləşdirməsi qərarı bu ilin fevral ayında ADNSU və “Balakhani Operating Company LTD” arasında Anlaşma Memorandumunun imzalanması zamanı qəbul edilmişdir- “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev ADNSU ilə həmyaşıd və bu günə qədər işlək quyunun “ADNSU-100” adlandırılması barədə sertifikatı rektor Rüfət Əzizova təqdim etmişdir.

Oxşar xəbərlər

Bütün xəbərlər