Xəbər lentiwidget-title-icon

Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb
Məktəbəhazırlıq qruplarında yeni dərsliklər sınaqdan keçirilib
Bağça müəllimlərinin sertifikasiya tarixi DƏYİŞDİ
TOEFL iBT imtahanı keçiriləcək
Məktəb psixoloq axtarır
Elm və təhsil nazirinin dekabr qəbulu açıqlanıb
MİQ üzrə vakant yer seçiminin nəticələri elan edilib
Məktəblərdə dərs və tətil tarixləri bu hallarda DƏYİŞİR
ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub
AzTU-da beynəlxalq ISO standartları üzrə auditin nəticələri açıqlanıb
Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb
Bakıda daha bir məktəbə direktor təyin olunub

"Xalqın hesabına xaricdə diplom alıb gələnlər aqressiv olmamalıdır" - İlqar Orucovdan ETN-ə ETİRAZ



Elm və təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi brifinqdə deyib ki, onlara görə təhsil eksperti yoxdur.

Bu yanaşma ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, o, hər zaman elm və təhsil naziri Emin Əmrullayevi cəmiyyətə açıq, problemlərin müzakirəsinə və alternativ fikrə önəm verən bir məmur kimi xarakterizə edir:

"Həmçinin fərqli fikirləri də müşahidə etmişəm. Təhsil ekspertləri ilə bağlı Emin müəllimin bəzi ironik ifadələrini də başa düşürəm. Əslində, jurnalistlərə xitabən dedi ki, bu adı siz vermisiniz. Amma mən hesab edirəm ki, burada qane etməyən məqamlar var. Ekspert kimdir? Müəyyən sahənin təcrübəli, ixtisaslı mütəxəssisi ekspertdir. “Ekspert” sözü latınca “ekspertus”dan götürülüb, mənası da təcrübəlidir. Onda belə çıxır ki, bizim ölkəmizdə təhsil sahəsində təcrübəli insanlar yoxdur. “Ekspert yoxdur” demək, əslində budur. Dünyada bütün sahələr üzrə müzakirələrə ekspertlər cəlb olunur. Necə ola bilər ki, dünyada ekspert sözünə önəm verilsin, amma bizdə qəbul edilməsin? Bu absurddur. Cənab nazir deyir ki, onlar ekspert deyil, təhsil mütəxəssisidir. Amma “təhsil mütəxəssisi” də əslində “ekspert” deməkdir. Bu, beynəlxalq termindir və bütün dünyada qəbul olunur. Nazir hansı məqamı vurğuladı? Özünü ekspert adlandıran şəxsin hansısa xahişin müqabilində fikir söyləməsi yolverilməzdir. Bu, birmənalı şəkildə qəbul olunmaz. Biz təhsillə bağlı həm xoş sözlər deyirik, həm də ola bilər ki, nazirliyi və ya cənab naziri qane etməyən fikirlər səsləndiririk. Bu isə ümumi narazılıq demək deyil.

Mən dəfələrlə nazirin fəaliyyətini müdafiə etmişəm, hədəfə gəlməsi ilə bağlı mövqeyimi açıqlamışam. Çünki o, təhsildəki problemlərlə mübarizə aparır, açıq danışır. Ola bilər, ifadə tərzi hər zaman uyğun olmur, amma kifayət qədər açıq fikirləri ilə tanınır. Mən sertifikasiya prosesində, direktor təyinatlarında da nazirliyi müdafiə etmişəm. Hətta prosesdə şəffaflığı gördüyümü qeyd etmişəm. Amma eyni zamanda bildirmişəm ki, direktorların təyinatına mövcud yanaşma qüsurludur. Alternativ fikir bildirəndə münasibət adekvat olmalıdır".

Müsahibimiz vurğuladı ki, təhsil eksperti dedikdə, sahədə təcrübəsi, biliyi, savadı olan insanlar nəzərdə tutulur:

"Bunun üçün ayrıca diplom tələb olunmur. “Təhsil eksperti” diplomu yoxdur. Sadəcə bu sahədə çalışan, tədqiqat aparan, dünyadakı prosesləri izləyən, məsləhət verən şəxslər ekspert sayılır. Mən özüm xarici təhsil proqramları ilə bağlı işçi qrupun üzvü olmuşam, rəylərimi və təkliflərimi təqdim etmişəm, təhsillə bağlı analizlər aparmışam. Bu sahədə ekspertlərin varlığı inkar edilə bilməz. Əgər kənd təsərrüfatı, hərbi, hüquq və digər sahələrdə ekspertlər varsa, necə ola bilər ki, təhsildə ekspert olmasın? Əgər yoxdur deyirlərsə, bu, Elm və Təhsil Nazirliyinin məsuliyyətidir. Çünki alternativ mütəxəssislər hazırlanmayıb. Halbuki bu gün təhsillə bağlı sağlam ekspertlər mövcuddur. Mən hər zaman sağlam tənqidin və sağlam təqdirin tərəfindəyəm. Amma nazirin dediyi kimi, kiminsə xahişi ilə tərif və ya tənqid söyləmək yolverilməzdir. Bu, əxlaq məsələsidir. Qarşı tərəf də alternativ fikir bildirəndə sağlam mövqe sərgiləməlidir. Mən düşünürəm ki, cənab nazir də bunu demək istəyib. Təhsil eksperti hər zaman olub, indi də var, gələcəkdə də olacaq. “Ekspert yoxdur” yanaşması doğru deyil. Əksinə, konseptual fikir və alternativ baxışlar varsa, buna aqressiya ilə yox, dialoqla yanaşmaq lazımdır".

Ekspert əlavə etdi ki, Elm və Təhsil Nazirliyində bəzi gənc məmurların aqressiv davranışlarını görür.

"Xaricdə diplom alıb gələnlər bəzən heç kimin fikrinə əhəmiyyət vermirlər. Halbuki onlar xalqın vəsaiti hesabına oxuyublar. Ona görə də başqalarına yuxarıdan aşağı baxmaq doğru deyil. Bu xalqın qarşısında borcları var. Oxuduqları üçün aqressiv olmamalı, yalnız özlərini savadlı hesab etməməlidirlər. Bu ölkədə başqa savadlı insanlar da var. Ona görə də ifadələrdə diqqətli olmaq lazımdır. “Təhsil eksperti yoxdur” kimi kəskin ifadə düzgün deyil. Əgər nazir bu şəxslərə “təhsil mütəxəssisi” deyirsə, buyursun, amma “yoxdur” demək absurddur. Çünki bu, beynəlxalq termindir və jurnalistlər tərəfindən uydurulmayıb. İnsanların fəaliyyəti əsasında formalaşmış anlayışdır. Əsas odur ki, təhsil ekspertləri mövqelərini düzgün əsaslandırsınlar, fantaziyalar üzərində qurmasınlar. Əgər əsassız yanaşmalar ortaya qoyurlarsa, bu, həm nazirin, həm də cəmiyyətin işinə ziyan vurur. Belə hallarda o şəxsləri nə ekspert, nə də təhsil mütəxəssisi saymaq olar. Amma ümumilikdə “təhsil eksperti yoxdur” ifadəsi yanlışdır", - deyə İlqar Orucov fikirlərini yekunlaşdırdı.

Mənbə: Redaktor.az

Oxşar xəbərlər


Bütün xəbərlər

Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb
Məktəbəhazırlıq qruplarında yeni dərsliklər sınaqdan keçirilib
Bağça müəllimlərinin sertifikasiya tarixi DƏYİŞDİ
TOEFL iBT imtahanı keçiriləcək
Məktəb psixoloq axtarır
Elm və təhsil nazirinin dekabr qəbulu açıqlanıb
MİQ üzrə vakant yer seçiminin nəticələri elan edilib