Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Noyabrın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrı Mixail Bulqakovun “Ağıldankəm Jurden” pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə Lənkəran Dövlət Universitetinin müəllim və tələbə kollektivi qarşısında çıxış edib.
Tehsilmedia.org xəbər verir ki, quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova olan səhnə əsərində obrazları Əməkdar artist Nazir Rüstəmov və teatrın digər aktyorları canlandırıblar.
Tamaşa özünü zadəgan kimi göstərməyə çalışan, lakin bu yolda fırıldaqçıların toruna düşən Jurdenin gülməli və ibrətamiz macəralarından bəhs edir.
Əsərdə saxta aristokratlıq və nüfuz xətrinə özünü aldatmaq kəskin satira atəşinə tutulur.































