Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Emin Əmrullayevlə Bağlı Böyük Plan: Təhsildə “Budama Əməliyyatı” Başlayıb

Elm və Təhsil Nazirliyində son aylarda müşahidə olunan kadr dəyişiklikləri və istefalar təsadüfi deyil. Mətbuata sızan məlumata görə, hazırda nazir Emin Əmrullayevin ətrafında sistemli şəkildə “təmizləmə əməliyyatı” həyata keçirilir. İddialara əsasən, bu proses yaxın iki ayda daha da dərinləşəcək və sonda birbaşa nazirin özünə qədər gedib çıxacaq.

Mənbələr bildirir ki, son dövrlərdə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra əsas qurumların rəhbərləri vəzifələrini tərk etmək məcburiyyətində qalıblar. Oktyabrın 1-də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, elə həmin gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov könüllü şəkildə vəzifəsindən azad olunub.

Daha sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi və yaxın zamanda icra başçısı kimi təyin ediləcəyi barədə məlumat yayılıb.

Mia.az və Bakıvaxtı.az-ın istinad etdiyi məlumatlara görə, bu dəyişikliklər bununla da bitmir. Eşqi Bağırovdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova və Təhsil İnstitutunun direktoru Elnur Əliyevin də vəzifədən azad olunacağı gözlənilir.

Mənbələrin iddiasına görə, bu kadr dəyişikliyi dalğası nazir Emin Əmrullayevin şəxsi istəyi ilə baş vermir. Əksinə, Əmrullayevin özünə yaxın komanda üzvləri tədricən və səssiz şəkildə vəzifədən uzaqlaşdırılır.

Mənbə bildirir:

> “Hazırda Emin Əmrullayevin ətrafında ‘budama əməliyyatı’ aparılır. Növbə isə artıq onun özünə çatır. Əmrullayevi əvəzləyəcək şəxsin kimliyi də məlumdur. Ona öz adamlarını səssiz şəkildə yola salmaq tövsiyə olunub. Yeni nazir fəaliyyətə kütləvi kadr dəyişiklikləri ilə başlamaq istəmir.”

Bütün bunlar fonunda Elm və Təhsil Nazirliyindəki son istefalar və məzuniyyət qərarları sadəcə struktur dəyişiklikləri yox, həm də dərin siyasi manevrin tərkib hissəsi kimi qiymətləndirilir.

Məlumatlı dairələr bu ilin sonuna qədər nazirlikdə daha bir neçə yüksək səviyyəli dəyişikliklərin olacağını, hətta nazir postunun da boşalacağı ehtimalının gündəmdə saxlanıldığını bildirir.

Hazırda təhsil ictimaiyyəti və ekspertlər bu prosesin nəticələrinin ölkə təhsilinin gələcəyinə necə təsir edəcəyini diqqətlə izləyir.

Təxmin edilir ki, ilin sonuna kimi Emin Əmrullayevin işdən azad olma sərəncamı veriləcək.

Oxşar xəbərlər

Bütün xəbərlər