Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

KSQ və BSQ-lərin LƏĞVİ: bəs onları nə əvəz edə bilər?

Məktəblərdə KSQ və BSQ-lərin keçirilməsi hələ də müəllimlərin narazılığına səbəb olur. Bu kimi şikayətlərə sosial mediada tez-tez rast gəlirik. Müəllimlərin fikrincə, bu summativ qiymətləndirmələr dərs prosesində əlavə vaxt itkisinə səbəb olur.

Bəs, əgər KSQ və BSQ-lər ləğv olunsa, onların yerinə hansı qiymətləndirmə modeli tətbiq edilə bilər?

AzEdu.az-a mövzu ilə bağlı "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Təranə Nuriyeva fikirlərini bölüşüb.

Müsahibimiz bildirib ki, qiymətləndirmə tədrisin ayrılmaz hissəsi kimi düzgün planlaşdırıldığı halda, bu, əlavə vaxt itkisinə deyil, öyrənməni dəstəkləyən mərhələyə çevrilir:

“Məktəblərdə tətbiq olunan KSQ (Kiçik Summativ Qiymətləndirmə) və BSQ (Böyük Summativ Qiymətləndirmə) ilə bağlı son illər müxtəlif müzakirələr aparılır. Müəllimlərin bir qismi bu qiymətləndirmələrin çox vaxt apardığını və dərs prosesini ləngitdiyini düşünür. Digərləri isə hesab edir ki, bu qiymətləndirmələr şagirdin bilik səviyyəsini obyektiv ölçmək üçün vacibdir. Əslində, bu məsələni yalnız ‘vaxt itkisi’ kimi qiymətləndirmək doğru deyil. Əgər qiymətləndirmə tədrisin ayrılmaz hissəsi kimi düzgün planlaşdırılarsa, o zaman əlavə vaxt itkisinə səbəb olmur, əksinə, öyrənməni dəstəkləyən mühüm mərhələyə çevrilir".

KSQ və BSQ dərsin sonunda əlavə iş kimi deyil, öyrənməni ölçmək və müəllimə növbəti dərslərin planlaşdırılmasında istiqamət vermək məqsədi daşıyır:

“Bu proses dərsə ayrılan ümumi vaxtdan artıq vaxt aparmır, çünki qiymətləndirmə tədris planında əvvəlcədən nəzərdə tutulur. Summativ qiymətləndirmələr müəllimə geribildirim imkanı yaradır. Müəllim bu nəticələr vasitəsilə müəyyənləşdirir ki, hansı mövzular mənimsənilib, hansılar isə əlavə izah və dəstək tələb edir. Bu da sonrakı dərslərin səmərəliliyini artırır və təkrara ayrılan vaxtı azaldır".

Əgər gələcəkdə KSQ və BSQ-lərin formatı dəyişdirilərsə, onların yerinə formativ qiymətləndirmə, portfoliolar, layihə əsaslı qiymətləndirmə və rəqəmsal qiymətləndirmə kimi modellər tətbiq oluna bilər:

“Summativ qiymətləndirmələr şagirdlərdə öyrənmə məsuliyyətini formalaşdırır. Şagirdlər bilirlər ki, öyrəndikləri bilik və bacarıqlar müəyyən mərhələlərdə yoxlanılacaq, bu isə onlarda davamlı öyrənmə vərdişi yaradır. Bu mənada qiymətləndirmə şagird üçün əlavə stress deyil, inkişaf üçün motivasiya vasitəsidir.

Dünya təcrübəsi də göstərir ki, qiymətləndirməni tamamilə ləğv etmək deyil, onun formasını dəyişmək daha məqsədəuyğundur. Məsələn, Finlandiya, Estoniya və Kanada kimi ölkələrdə summativ qiymətləndirmə sistemləri tam ləğv edilməyib, sadəcə test əsaslı yanaşmadan prosesyönümlü və inkişaf əsaslı qiymətləndirməyə keçilib. Orada qiymətləndirmə imtahan kimi deyil, öyrənmə prosesinin bir hissəsi kimi qəbul olunur".

Azərbaycanda da summativ qiymətləndirmə sistemini daha çevik və prosesə inteqrə edilmiş formada tətbiq etmək mümkündür:

“Əgər gələcəkdə KSQ və BSQ-lərin formatı dəyişdirilərsə, onların yerinə formativ qiymətləndirmə, portfoliolar, layihə əsaslı qiymətləndirmə və rəqəmsal qiymətləndirmə kimi modellər tətbiq oluna bilər. Formativ qiymətləndirmə şagirdin gündəlik fəaliyyətinə, cavablarına və layihə işlərinə əsaslanır, müəllim dərhal geribildirim verir və növbəti dərsləri buna uyğun planlaşdırır. Portfoliolar isə şagirdin il ərzində topladığı iş nümunələri vasitəsilə onun inkişafını izləməyə imkan yaradır. Layihə əsaslı qiymətləndirmə real problemlərin həllinə yönəlmiş fəaliyyətlərlə bilik və bacarıqları birləşdirir. Rəqəmsal və süni intellekt əsaslı qiymətləndirmə isə müəllimin yükünü azaldaraq fərdiləşdirilmiş nəticələr təqdim edir.

Bütün bu yanaşmalar göstərir ki, KSQ və BSQ-lərin tamamilə ləğvi təhsilin keyfiyyətini avtomatik artırmayacaq. Əsas məqsəd onların formasını dəyişmək, öyrənməni izləməyə və inkişafı dəstəkləməyə yönəltməkdir. Əgər qiymətləndirmə prosesi öyrənmənin təbii bir hissəsi kimi qəbul olunarsa, bu nə müəllim, nə də şagird üçün əlavə yük və vaxt itkisi sayılmaz.

Nəticə etibarilə, məqsəd sadəcə qiymət vermək deyil, öyrənməni izləmək, inkişafı dəstəkləmək və hər bir şagirdin potensialını üzə çıxarmaq olmalıdır. Yalnız bu halda qiymətləndirmə təhsilin ayrılmaz və faydalı hissəsinə çevrilə bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər