Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Saatlı iş bölgüsündə müəllimlərin maaşları da artırılmalıdır - TƏKLİF

Elm və Təhsil Nazirliyinin rəsmisi yeni təklifə əsasən, müəllimlərin əməkhaqlarının dərs saatlarına deyil, iş vaxtına, yəni iş saatlarına və iş rejiminə əsasən müəyyənləşdiriləcəyini qeyd edib.

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu, müəllimlər üçün həm müsbət, həm də mənfi tərəflərə malik addımdır.

"Bu, müəllimdən müəllimə dəyişir. Bəzi müəllimlər üçün bu sistem sərfəlidirsə, digərləri üçün uyğun olmaya bilər.

Əgər qərar qəbul olunarsa, yəqin ki, müəyyən bir saat rejimi müəyyən ediləcək. Həmin saata görə standart əməkhaqqı tətbiq olunacaq. Əgər müəllim bu saat həddini keçərsə, yəqin ki, əlavə dərs saatlarına uyğun ödənişlər ediləcək.

Məsələn, bir müəllimin 28 saat, digərinin isə 15 saat dərsi varsa, hər ikisinin eyni əməkhaqqı alması, təbii ki, doğru deyil. Ona görə də standart dərs saatına uyğun əməkhaqqı tətbiq olunacaq və bu həddən artıq dərs saatı əlavə ödənişlə hesablanacaq.

Bu sistemin müsbət tərəflərindən biri odur ki, bəzi müəllimlərdə dərs saatı ilə bağlı yaranan narazılıqlar aradan qalxacaq. “Mənə az, ona çox dərs verildi” kimi məsələlər artıq gündəmdən çıxacaq. Standart əməkhaqqı tətbiq olunduğu üçün bu cür fərqlər aradan qalxacaq.

Mənfi tərəflərindən biri isə odur ki, müəllim dərs saatı bitdikdən sonra da məktəbdə qalmalı olacaq. Bu da bəzi müəllimlər üçün narahatlıq yarada bilər. Digər iş yerlərində olduğu kimi, müəllimlər də iş rejiminə əsasən maaş alacaqlar.

Yəni müəllim dərsi bitəndən sonra da məktəbdə qalmalı olacaq, lakin müəyyən hallarda məktəb rəhbərindən icazə almaqla məktəbi tərk edə biləcək.

Ümumilikdə sistemin məqsədi odur ki, müəllim yalnız dərs deməklə kifayətlənməsin. Məktəbdə olduğu müddətdə əlavə məşğələlər, qiymətləndirmə, sənədləşmə, sinif rəhbərliyi, dərs əvəzləmələri kimi fəaliyyətlərdə də iştirak etsin".

Ekspert hesab edir ki, bu, düzgün sistemdir. İki fənn müəllimindən biri qəfil xəstələnsə, digəri dərs saatı olmadığı üçün məktəbdə olmasa, dərs boş keçəcək. Yeni sistemdə isə müəllim məktəbdə olacağı üçün bu boşluqlar dərhal doldurula biləcək:

"Mənfi cəhətlərdən biri odur ki, müəllimlərin məktəbdə qalma məcburiyyəti onları bəzən repetitorluq fəaliyyətinə yönəldə bilər. Bu isə qanunla qadağandır. Bəzi məktəb direktorlarının sinif otaqlarını müəyyən məbləğ qarşılığında repetitor müəllimlərə verməsi isə tamamilə qanunsuzdur. Təhsil haqqında Qanunda açıq şəkildə göstərilir ki, əlavə dərslər yalnız dövlət hesabına təşkil oluna bilər.

Ola bilsin ki, müəllimlər boş vaxtlarının çoxalması ilə məktəbdə repetitorluq etmək istəsinlər. Buna görə də bu istiqamətdə nəzarət ciddi şəkildə aparılmalıdır.

Ümumilikdə sistemin tətbiqi düzgün həyata keçirilərsə, nəticələr müsbət ola bilər. Çünki hər hansı digər işdə olduğu kimi, müəllim də aldığı maaşın qarşılığında müəyyən saatlarda məktəbdə olmalıdır.

Bəzi müəllimlər üçün bu qərar birmənalı qarşılanmaya bilər: “Dərsim yoxdur, niyə məktəbdə qalım?”,- deyə düşünənlər olacaq. Amma unutmaq olmaz ki, müəllimin işi yalnız dərs demək deyil. O, həm şagird tərbiyəsi, qiymətləndirmə, dərs əvəzləmələri, məktəbdaxili tədbirlər və sənədləşmə işlərində də iştirak etməlidir.

Əlbəttə, standart əməkhaqqına əlavə olaraq artımların olması məqsədəuyğundur. Əgər müəllimin dərs saatı çoxdursa və ya əlavə dərslərə girirsə, bu, onun maaşına əlavə kimi hesablanmalıdır".

Oxşar xəbərlər

Bütün xəbərlər