Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2025-ci il tarixli, 462 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə 26 noyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı şəhəri 51 nömrəli tam orta məktəbdə “Üzeyir Hacıbəyli irsini tanıyaq və tanıtdıraq” mövzusunda tədbir keçirilib.

İnstitutdan bildirilib ki, tədbir dahi bəstəkarın bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra isə vətən yolunda canından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Məktəb rəhbərliyi şagird və müəllimləri tədbirə dəvət olunan qonaqlarla tanış etdikdən sonra söz Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Akif Abbasova verilib. Akif müəllim Üzeyir bəyin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdikdən sonra onun pedaqoji görüşləri barədə danışmış, bəzi məqalələrində öz əksini tapmış milli mahiyyət daşıyan məqamlara toxunub. Akif müəllim çıxışının sonunda elmi redaktoru və ön sözün müəllifi olduğu, həmçinin pedaqogika üzrə fəlsəfə doktorları İradə Əmirəliyeva və Lalə Məmmədli ilə birgə hazırladıqları “Üzeyir Hacıbəyli. Seçilmiş pedaqoji əsərləri” (Bakı: Mütərcim, 2025) kitabının bir neçə nüsxəsini məktəb kitabxanasına hədiyyə edib.

Daha sonra o, Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev çıxış edərək Üzeyir Hacıbəylinin təhsil, milli məktəb, ana dilinin tədrisi məsələləri bağlı pedaqoji baxışlarından bəhs etdi və böyük maarifçinin günümüz üçün aktual olan fikir və mülahizələrinə diqqəti yönəldib. Yekunda isə Asif müəllim müəllifi və elmi redaktoru olduğu 6 kitabı məktəb kitabxanasına hədiyyə edib.

İnstitutun aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İradə Əmirəliyeva çıxışında Üzeyir Hacıbəylinin keçdiyi həyat yoluna bir daha nəzər salaraq həm yazıçı, həm bəstəkar, həm də təcrübəli müəllim kimi fəaliyyətindən geniş bəhs etdi. Eyni zamanda Üzeyir Hacıbəylinin müəllim şəxsiyyətinə, gənc nəslin təşəkkül tapıb formalaşmasında müəllimin roluna dair fikirlərini diqqət mərkəzinə gətirib.

İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova dahi bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərdən, müəllifi olduğu opera və operattaların əhəmiyyəti üzərində dayanaraq onların müasir gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasına təsirini önə çəkib.

Təhsil İnstitutun əməkdaşı Pərvin Əlizadə isə öz çıxışını sənətkarın müəllimlik fəaliyyəti, xüsusən öz elmi-metodik dəyərini hələ də saxlamaqda olan “Hesab məsələləri” kitabına həsr etməklə fikir və mülahizələrini böyük şairimiz Səməd Vurğunun dahi bəstəkarın ölümünə həsr etdiyi şeiri ilə yekunlaşdırıb.

Tədbir 51 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə hazırlanmış bədii hissə ilə davam etdirildi. Müxtəlif sinifləri təmsil edən şagirdlər tərəfindən Üzeyir bəyin əsərlərindən parçalar təqdim olunub, musiqi nömrələri ifa edilib. Tədbirin sonunda Təhsil İnstitutunun əməkdaşları məktəb müəllimləri və şagirdlərlə birgə xatirə şəkli çəkdiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər