Xəbər lentiwidget-title-icon

Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib

Süni intellekt texnologiyalarının tarixi ilə bağlı elmi seminar keçirilib - FOTO

 

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev açıb. Akademik əvvəlcə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün tarixinə nəzər salaraq xatırladıb ki, 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2006-cı ildə mayın 17-si tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edib. Həmin ildən etibarən hər il mayın 17-də BTİ-nin çağırışlarına müvafiq olaraq İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunur.

Tədbirin həm də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu söyləyən akademik Rasim Əliquliyev Ümummilli Liderin ötən əsrin ikinci yarısından etibarən Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu istiqamətdə kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olduğunu xatırladıb.

Sonra alim Azərbaycanda süni intellekt texnologiyalarının meydana gəlməsi və inkişaf tarixi haqqında geniş məruzə ilə çıxış edib. Süni intellekt nəzəriyyəsinin təkamülü haqqında məlumat verərək ötən əsrin 40-cı illərində süni intellektlə bağlı irəli sürülən mülahizələr və ideyalardan söz açıb. Akademik tanınmış alim Alan Türinqin 1950-ci ildə çap etdirdiyi "Hesablama maşınları və intellekt” adlı əsərinin süni intellekt nəzəriyyəsinə əhəmiyyətli töhfə olduğunu bildirib. Eyni zamanda, dünyaşöhrətli alim, professor Lütfi Zadənin 1950-ci illərdə süni intellekt məsələlərinə diqqət yönəltdiyini, bu sahədə ilk elmi əsərlərdən birinin Lütfi Zadə tərəfindən 1950-ci ildə ABŞ-ın Kolumbiya Universitetində çap olunduğunu nəzərə çatdırıb. Qeyd edib ki, Lütfi Zadənin 1965-ci ildə "qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq” nəzəriyyəsini irəli sürməsi süni intellektin inkişafında inqilabi dəyişikliyə səbəb olub.

"Maşın təlimi, dərin təlim, genetik alqoritmlər, qeyri-səlis məntiq, süni immun sistemləri, obrazların tanınması, süni neyron şəbəkələri və s. süni intellektin tərkib hissələridir”, - deyə akademik əlavə edib.

AMEA-nın vitse-prezidenti Azərbaycanda Lütfi Zadə nəzəriyyəsinin formalaşması və inkişafından bəhs edərək, Lütfi Zadə-Azərbaycan əlaqələri, qeyri-səlis məntiq nəzəriyyəsinin davamçıları, Azərbaycan alimlərinin bu sahədə dünya elminə verdiyi töhfələrdən danışıb. Alim 1960-1990-cı və 1990-2020-ci illərdə Azərbaycanda süni intellektin müxtəlif istiqamətləri üzrə aparılan araşdırmalardan, alimlərimizin əldə etdiyi mühüm nailiyyətlərdən də söz açıb. Eyni zamanda, İnformasiya Texnologiyaları İnstitutunda intellektual elektron dövlətin formalaşması, informasiya təhlükəsizliyi sahəsində süni intellekt texnologiyalarının tətbiqi, neyroriyaziyyatın, obrazların tanınması, Big data analitikası, maşın və dərin təlimin elmi-nəzəri əsaslarının inkişafı istiqamətində əldə olunan nailiyyətlərin ölkəmizdə süni intellektin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Elmi seminarda AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika elmləri doktoru Ramiz Alıquliyev "Təbiətdən qaynaqlanan süni intellekt alqoritmləri” mövzusunda məruzəsini təqdim edib. Alim əvvəlcə süni intellekt və onun inkişaf mərhələləri haqqında məlumat verərək bildirib ki, süni intellekt üçün ilkin şərtlər 1943-1955-ci illərdə yaranıb. Süni intellekt təbiətlə İKT arasında analoqların müəyyən edilməsi, davranışın modelləşdirilməsi, İKT tətbiqləri üçün modelin sadələşdirilməsi və sazlanması kimi mərhələlərdən keçib.

Ramiz Alıquliyev təbiətdən qaynaqlanan alqoritmlərin təsnifatını təqdim edərək biologiya, fizika, kimya, riyaziyyat və digər elm sahələrindən qaynaqlanan alqoritmlər haqqında ətraflı məlumat verib, hər birinə dair nümunələr təqdim edib.

Elmi seminarda "IV Sənaye İnqilabının texnoloji çağırışları kontekstində kibertəhlükələr və onların intellektual analizi problemləri” mövzusunda məruzə dinlənilib. Məruzəni AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev təqdim edərək əvvəlcə IV Sənaye İnqilabı kontekstində kibertəhlükəsizlik məsələlərindən danışıb. "IV Sənaye İnqilabı əşyaların interneti texnologiyaları, avtomatlaşdırma, süni intellekt, maşın təlimi və böyük verilənlərin analizi kimi qabaqcıl texnologiyaların istehsal proseslərinə inteqrasiyasıdır”, – deyən məruzəçi bildirib ki, IV Sənaye İnqilabı bir çox üstünlüklər və innovasiyalar gətirsə də, kibertəhlükəsizlik üçün yeni problemlər də yaradır. IV Sənaye İnqilabının kibertəhlükəsizlik problemlərinə diqqət çəkən tədqiqatçı nəzərə çatdırıb ki, cihazların, sistemlərin və şəbəkələrin bir-birinə bağlı olması səbəbindən potensial kibertəhlükələr daha geniş spektri əhatə edir. Təhdidlər müxtəlif mənbələrdən, o cümlədən müdaxilə edənlər, daxili təhdidlər və digər ölkələr tərəfindən dəstəklənən hücumlar ola bilər. B.Nəbiyev, həmçinin kibertəhlükələrin təhlili və onlarla mübarizədə süni intellektin əhəmiyyəti, süni intellekt modellərindən yayınma və manipulyasiya, süni intellektin tətbiqi ilə bağlı qaydalar, yeni nəsil texnoloji həllərlə bağlı elmi ictimaiyyətdə və vətəndaş cəmiyyətində səslənən narahatlıqlar və s. barədə danışıb.

Məruzələrlə bağlı geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Tədbirdə akademik Muxtar İmanov, eləcə də fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, filologiya elmləri doktoru Sərxan Xavəri və filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev çıxış edərək elmi seminarda təqdim olunan məruzələrin cəmiyyətimiz üçün olduqca aktual və maraqlı mövzulara həsr olunduğunu, əhəmiyyətli elmi problemlərə toxunulduğunu diqqətə çatdırıblar. Həmçinin akademik Rasim Əliquliyevin rəhbərliyi ilə İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif elm sahələri ilə birgə aparılan multidissiplinar tədqiqatları yüksək qiymətləndiriblər, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi üçün lazımi kömək göstərməyə hazır olduqlarını qeyd ediblər.

TƏHSİL MEDİA

Oxşar xəbərlər


Bütün xəbərlər

Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub