Xəbər lentiwidget-title-icon

MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik

Attestat qiymətləri universitetə qəbulda necə rol oynayır?


“Bəzi ölkələrdə isə attestat qiymətləri birbaşa universitetə qəbul olmağa təsir edir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib.


Bir neçə fəndən 2 alan şagirdə attestatın verilməsi ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmur:

“Məlumdur ki, abituriyentlər 3 fənn üzrə buraxılış imtahanı verirlər. Əgər abituriyent burada 1 və ya 2 bal toplayarsa, həmin zəif nəticə attestata necə təsir göstərir? İlk növbədə 2 qiyməti ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Şagird ümumiyyətlə hər hansı bir fəndən 1, 2, 3 və ya 4 dəfə 2 qiyməti alsa da, attestat almış hesab olunur. Yəni bir neçə fəndən bu qiyməti alan şagirdə attestatın verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Belə ki, şagirdlər düşünür ki, “müəllim mənə 2 yazsa da, mən attestatımı ala biləcəyəm”.

Bu məqam onlara müsbət tərəf kimi görünür. Ona görə də şagirdin müəllimdən və həmin fəndən müəyyən çəkincəsi olmur. Əslində, bu sistem Avropanın bəzi inkişaf etmiş ölkələrində də tətbiq olunur. Belə ki, şagird ümumtəhsil məktəbində davamiyyətini tamamlasa, neçə qiymət almasından asılı olmayaraq, ona müvafiq şəhadətnamə verilməlidir. Bizdə də hazırda bu sistem tətbiq olunur”.

Buraxılış imtahanında iştirak etmiş şagird hər üç fəndən birində aşağı nəticə göstərsə belə, bu onun ümumi nəticəsinə heç bir əngəl törətmir:

“Bəs bunun mənfi cəhəti nədir? Əslində, məsələnin müəllim yönündən mənfi tərəfi var. Aydın məsələdir ki, müəllimlər şagirdlərin dərsə hazır gəlməsi və dərs oxuması üçün, həmçinin müəllimlik bacarıqlarını şagirdə göstərmək üçün qiymətləri bir növ “bəhanə” kimi istifadə edirlər. Yəni qiymət müəllimin əlində bir vasitə olaraq qalır və müəllim bu vasitədən istifadə etməyə çalışır. Aşağı qiymət verdiyi zaman şagird narahat olur və bu, müəllim üçün bir təsir edici faktor kimi görünür. Lakin bu sistemdə şagird artıq düşünür ki, “müəllim nə qədər aşağı qiymət yazarsa yazsın, mən yenə də attestatımı alacağam”.

Müasir təhsil sistemində 2 qiyməti alsa belə, şagirdin attestat alması ilə bağlı heç bir problem yoxdur:

"Avropada bəzi universitetlərdə attestat qiymətləri ilə ali məktəblərə qəbul həyata keçirilir. Məsələn, Almaniyada universitetə daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas götürülür. Abitur diplomu ilə universitetə imtahansız qəbul olmaq imkanı yaranır.

Bizdə attestat qiymətlərinin universitetə təsiri ballar eyni olduğu təqdirdə nəzərə alınır. Əgər iki abituriyent eyni balı toplayıbsa, həmin yerlə bağlı ikinci baxılacaq kriteriya attestat qiymət ortalamasıdır. Yəni qəbul balından sonra ikinci mərhələ kimi nəzərə alınacaq attestat ortalamasıdır və bu, Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul zamanı tətbiq olunur.

Bəzən şagird düşünür ki, “2 qiymətim olsa da, DİM vasitəsilə müvafiq balı toplayıb ali məktəbə qəbul ola bilərəm”. Bu səbəbdən abituriyentlərdə narahatlıq yaranmır. Lakin bəzi ölkələrdə attestat qiymətləri birbaşa universitetə qəbul olmağa təsir edir. Bizdə isə ballar eyni olduqda attestat qiymətləri ikinci mərhələ kimi nəzərə alınır.

Bəzi şagirdlər 2 qiymətindən qorxmurlar, amma bizim dövrümüzdə şagirdlər 2 qiyməti almamaq üçün əllərindən gələni edirdilər. Bu, həm şagirdin müəllim qarşısında müəyyən qorxu və narahatlıq hissi yaratmaqla yanaşı, dərsə daha çox diqqət yetirməyə səbəb olurdu.

9 və 11-ci sinif şagirdləri şəhadətnamə almaq üçün buraxılış imtahanında iştirak edirlər. Buraxılış imtahanında iştirak edən şagirdlər hər üç fəndən birində aşağı nəticə göstərsələr belə, bu, onların ümumi nəticələrinə və şəhadətnamə almalarına əngəl yaratmır. Yəni, şagird buraxılış imtahanında 2 bal toplasa belə, yenə də attestat almış hesab olunur. Buraxılış imtahanında 2 alınmasının ümumi qiymətləndirməyə ciddi təsiri yoxdur. Məsələn, əgər orta məktəbdə illik qiymət 5-dirsə və buraxılış imtahanında şagird 4 alırsa, bu şagirdin attestatına 5 yazılacaq. Yəni buraxılış imtahanında aldığı 4-ün təsiri minimaldır.

Hazırkı vəziyyət belədir. Düşünürəm ki, ciddi problem yoxdur, çünki müasir təhsil sistemi çərçivəsində hər bir halda uşaqların ali təhsil alması təmin edilir. Bəzi uşaqlar zəif nəticə göstərsələr də, ali təhsil alaraq müəyyən mədəniyyətə malik olur, bu da cəmiyyətimizin təhsilli olmasına təsir göstərir".

Oxşar xəbərlər


Bütün xəbərlər

MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur