Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Universitetlərdə imtahan sessiyası nə vaxt başlayır? - SORĞU

Universitetlərdə qış semestri imtahanlarının başlanmasına az vaxt qalıb.

İmtahan dövrü yaxınlaşdıqca tələbələr imtahanların nə vaxt başlayacağı və hansı tarixədək davam edəcəyi ilə bağlı daha ətraflı məlumat almağa çalışırlar. Xüsusilə bəzi ali təhsil müəssisələrində imtahan cədvəllərinin imtahan gününə çox qısa müddət qalmış elan edilməsi bu marağı daha da artırır.

Bu səbəbdən AzEdu.az Təhsil Portalı universitetlərdə qış semestri imtahanlarının başlama və bitmə tarixləri ilə bağlı sorğu keçirib.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, imtahanlar 29 dekabr 2025-ci il tarixində başlayıb, 30 yanvar 2026-ci il tarixində isə bitəcək.

Bakı Avrasiya Universitetinin (BAAU) mətbuat xidmətindən bildirlib ki, imtahan sessiyası 29 dekabrda başlayıb, fevralın 10-a kimi davam edəcək.

Xəzər Universitetindən bildirilib ki, final imtahanları 5-28 yanvar tarixlərində keçiriləcək.

Mingəçevir Dövlət Universitetindən (MDU) verilən məlumata görə, universitetdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası 2026-cı ilin 5 yanvar tarixindən 5 fevral tarixinədək keçirilməsi planlaşdırılıb.

İmtahan sessiyasının təşkili istiqamətində bütün hazırlıq işləri tamamlanmaq üzərədir. Bu ildən ilk dəfə olaraq 15 fənn üzrə elektron imtahan modelinə keçid də tətbiq olunacaq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətindən bildirlib ki, imtahan sessiyası 05 yanvar - 03 fevral 2026-ci il tarixləri aralığında nəzərdə tutulur.

Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumata görə, qış semestr imtahanları yanvarın 5-dən başlayıb, fevralın 3-5-i yekunlaşacaq.

ADA Universitetinin mətbuat xidməti qeyd edib ki, semestr üzrə imtahanlar dekabrın 23-ü başlayıb yanvar ayının 7-si bitəcək.

Bakı Mühəndislik Universitetindən (BMU) bildirlib ki, imtahanların dekabrın sonu başlayıb yanvar ayının 31-başa çatması nəzərdə tutulur.

Bakı Ali Neft Məktəbindən (BANM) verilən məlumata görə, 15 dekabrda SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 2025/2026-cı tədris ilinin payız imtahan sessiyası başlayıb.

İmtahanlar yanvarın 16-sında yekunlaşacaq.

İmtahan sessiyasının keçirilməsi üçün Ali Məktəbin kampusunda hər cür şərait yaradılıb. Tələbələrə yüksək səviyyəli imtahan mühiti təmin olunub və iki geniş idman zalı imtahan prosesinə ayrılıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayevin sözlərinə görə, imtahan sessiyasının başlaması ilə bağlı Elm və Təhsil Nazirliyindən əmr imzalanmayıb.

Gələcək günlərdə əmr imzalananda tarixlər məlum olacaq.

Qarabağ Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, Elm və Təhsil naziri Emin Əmrullayev bu istiüamətdə ali və orta ixtisas təhsili müəssisələrində semestr imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayır.

Həmin əmri gözləyirik. Əmr gəldikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, hələ Elm və Təhsil Nazirliyi tərəfindən əmr imzalanmayıb.

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, hazırda Azərbaycan Universitetində semestr imtahanlarının keçirilmə vaxtları müəyyənləşdirilməyib.

Belə ki, semestr imtahanlarının başlanma və bitmə tarixləri Elm və Təhsil Nazirliyinin müvafiq yazısı əsasında müəyyən edilir. Hazırda həmin yazı universitetə daxil olmadığından imtahanların keçirilmə tarixləri barədə dəqiq məlumat vermək mümkün deyil. Müvafiq sənəd daxil olduqdan sonra imtahanların qrafiki müəyyənləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək.

Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) müraciət etsək də sorğumuza cavab verilməyib.

Oxşar xəbərlər

Bütün xəbərlər