Xəbər lentiwidget-title-icon

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat

Azərbaycan Texniki Universitetinin 75 illik yubileyi qeyd olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər düzülüb.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Rektor Vilayət Vəliyev universitetin 75 illik tarixinə nəzər salıb. Bildirib ki, 75 ildir AzTU təkcə mühəndis kadrlar hazırlamır, bu ali təhsil müəssisəsi həm də vətənpərvər şəxsiyyətlər formalaşdırır. AzTU hər zaman öz tələbə və məzunlarının uğurları ilə qürur duyur. 44 günlük Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında da AzTU-nun tələbə və məzunlarının yaxından iştirak etməsi onların vətənpərvər ruhunun yüksək olmasının göstəricisi idi.

Vilayət Vəliyev bildirib ki, “Yarat, inkişaf et, tətbiq et” şüarı ilə irəliləyən AzTU-nun hədəfi sənayenin inkişafını və texnoloji gələcəyi qarşılayan məsələlərin həllini öyrədən yenilikçi-təşəbbüskar akademik, məzun və tələbə heyəti ilə araşdırma və sahibkar universiteti qurmaq, hazırlanan mühəndis kadrların səviyyəsini beynəlxalq standartlar səviyyəsinə yüksəltməkdir.

AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdıran elm və təhsil nazirinin müavini Firudin Qurbanov şəxsiyyətin formalaşmasında universitetlərin rolundan danışıb. Bu istiqamətdə dünya təcrübəsinə nəzər salan Firudin Qurbanov peşəkarlığa fərqli konteksdən yanaşıb. Bildirib ki, peşəkarlıq həm də böhran vəziyyətində düzgün qərar vermək bacarığıdır. Bu bacarığa malik şəxsiyyətləri də universitetlər formalaşdırır. Bu mənada universitetlərin rolu insanların formalaşması baxımından çox mühüm əhəmiyyətə malikdir. Nazir müavini AzTU məzunlarının ölkənin müxtəlif sahələrində uğurlu fəaliyyətlərini də qeyd edib. Vurğulayıb ki, hazırda ölkənin ən aparıcı ali təhsil müəssisələrindən olan AzTU müasir standartlar səviyyəsində yeniliklərin tətbiq olunduğu universitetlərdəndir.

AzTU-nun fəxri məzunu, dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru, keçmiş xarici işlər naziri və keçmiş səfir Həsən Həsənov universitet illərindəki xatirələrindən danışıb. Mühəndislik peşəsinin dünyanın ən aparıcı peşələrindən olduğunu deyən Həsən Həsənov tələbələri ixtisaslarının sirlərinə dərindən yiyələnməyi tövsiyə edib. Bildirib ki, mühəndislik insanda, ilk növbədə, düşüncə qabiliyyətini formalaşdırır. Həsən Həsənov karyerasında əldə etdiyi uğurların mərkəzində məhz AzTU-nun dayandığını və hər zaman bu universitetin professor-müəllim heyətinə minnətdar olduğunu vurğulayıb.

Universitetin fəxri məzunu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov da AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Allahverən İsmayılov tələbəlik illərindəki xatirələrini bölüşüb və universitetin onun formalaşmasında əhəmiyyətli rolundan danışıb.

AzTU-nun fəxri məzunu, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev universitetin 75 il ərzində qazandığı uğurlardan danışıb. Akademik deyib ki, mühəndislik yaradıcı peşədir. Artıq dünyada öyrədilən biliklərin tətbiqi və real problemlərin həllində istifadəsi əsas məsələlərdəndir. Bu gün dünyanı formalaşdıran innovasiya, yaradıcılıq və praktiki bacarıqların birləşməsidir. Rasim Əliquliyev çıxışında AzTU-nun hazırladığı mühəndis kadrların uğurlarına da diqqət çəkib. Akademik universitetdə təhsil aldığı illərdə ən maraqlı xatirələri də tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova AzTU-nun 75 illik yubileyini təbrik edib. O, nazirliklə universitetin birgə müxtəlif layihələr həyata keçirdiyini, bu layihələrin tələbələrin şəxsi inkişafına müsbət töhfələr verdiyini qeyd edib.

Tədbirdə Özbəkistanın Fərqanə Dövlət Universitetinin professoru Ehtiyat İbragimova rektor Bahodircon Şermuhammadovun AzTU-nun yubileyinə ünvanladığı təbrik məktubunun mətnini oxuyub.

Türkiyənin Yıldız Texniki Universitetinin prorektoru Hüseyn Yılmaz da AzTU-nun yubileyini təbrik edib, universitetə fəaliyyətində uğurlar arzulayıb.

Sonra elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanla təltif olunan AzTU müəllimlərinə mükafatlar təqdim olunub.

Yubiley tədbiri Qarabağ Universitetinin “Cadenza” orkestrinin ifası ilə davam edib

Oxşar xəbərlər

Bütün xəbərlər