Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Zaqatalanın Aşağı Tala kənd məktəbinin 115 yaşı tamam olub

Zaqatalanın Aşağı Tala kənd məktəbinin 115 yaşı tamam olub

Mayın 19-da Zaqatala rayonu Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin 115 illiyi münasibətilə “Elmin təməli” adlı yubiley tədbiri keçirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayon Təhsil sektorunun rəhbər şəxsləri, məktəbin məzunları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

tehsilmedia.info AzərTac-a istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktor əvəzi Rəna Muradova çıxış edərək, təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirilib ki, dövrün görkəmli İslam alimi Şeyx Əhməd Əfəndinin vəsiyyəti, bölgənin nüfuzlu insanlarından olan Murtuzəli Yüzbaşının rəhbərliyi ilə 1907-ci ildə tikilən bu məktəbdə ötən illər ərzində neçə-neçə elm adamı, alim, nüfuzlu ziyalı yetişib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, məktəb kollektivini 115 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, məktəbin məzunlarından rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, Aqrar Universitetin professoru Firudin Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, həmçinin Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə Bədəlova çıxış edərək, təhsilin Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs ediblər.

Təhsil müəssisəsinin qazandığı uğurlardan bəhs edən videoçarxlar nümayiş olunub.

Tədbir çərçivəsində məktəbin müəllim və şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Sonda məktəbin qabaqcıl müəllimlərinə fəxri fərmanlar təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər