Xəbər lentiwidget-title-icon

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək

Magistratura imtahanı tamamilə dəyişdirilməlidir - ETİRAZ



Dövlət İmtahan Mərkəzi yanvarın 18-də magistraturaya sınaq imtahanı keçirəcək. Müşahidələrə əsasən, namizədlərin çox az hissəsi sınaq imtahanında iştirakdan imtina edir. Onların bir qismi sınaq imtahanını vaxt aparan proses kimi qiymətləndirir. Halbuki magistraturaya qəbul imtahanına kifayət qədər az vaxt qalıb.

Maraqlıdır, namizədlərin sınaq imtahanını vaxt itkisi hesab etməsi onların magistraturaya qəbul şansına necə təsir göstərəcək?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ümumilikdə ölkədə magistratura pilləsinə qəbul prosesi ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən ciddi və müsbət addımlar atılmalıdır:

“İlk növbədə qeyd etmək istərdim ki, magistratura imtahanının özü tamamilə dəyişdirilməlidir. Məsələn, təsəvvür edək ki, siz coğrafiya, mən isə tarix ixtisası üzrə bakalavr təhsili almışam. Siz jurnalistika üzrə magistratura təhsili almaq istəyirsiniz, mən isə tarix üzrə magistraturanı davam etdirmək niyyətindəyəm. Burada əsas sual yaranır: biz niyə magistratura oxumaq istəyirik? Bu sual üzərində ilk növbədə düşünməliyik.

Magistratura pilləsi akademik göstəricidir. Yəni hər hansı bir gənc akademik karyerasını inkişaf etdirmək istəyirsə, əvvəl magistratura, daha sonra isə doktorantura pilləsində təhsil almalıdır. Bu gün gənclər magistraturaya qəbul olmaq üçün imtahan verməyə məcburdurlar və bu imtahan çərçivəsində riyaziyyat, məntiq, informatika və xarici dil üzrə bilikləri yoxlanılır.

Halbuki siz jurnalistika, mən isə tarix üzrə mütəxəssis olmaq, gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq istəyiriksə, niyə magistratura imtahanında öz ixtisasımız üzrə biliklərimiz yoxlanılmır? Mən tarix üzrə bakalavr təhsilini bitirməyimə baxmayaraq, magistratura imtahanında tarix fənni ilə bağlı heç bir sualla qarşılaşmıram. Bu isə müəyyən qədər qeyri-normal yanaşmadır”.

Magistratura pilləsində namizədin öz ixtisası üzrə sualların yer alması zəruridir:

“Əlbəttə, riyaziyyat, məntiq, informatika və xarici dil fənlərinin imtahanda yer almasını qəbul edirik. Çünki bu fənlər beynəlxalq imtahanlarda da əsas göstəricilər sırasındadır və müasir dövrdə texnologiya ilə yanaşı, xarici dil bilikləri də vacibdir. Lakin bununla yanaşı, magistratura pilləsində namizədin öz ixtisası üzrə də müəyyən sualların olması zəruridir.

Əgər Dövlət İmtahan Mərkəzi bunu imtahan meyarı kimi əsaslandırırsa, o zaman bakalavr pilləsinə qəbul zamanı niyə 5–6 fənn üzrə imtahan keçirilir? Məqsəd nədir? Məsələn, coğrafiya müəyyən ixtisas qruplarına, fizika isə tibb sahəsinə əlavə olunur ki, gələcək mütəxəssislər həmin sahələrin əsaslarını bilsinlər. Deməli, burada kadr hazırlığı nəzərə alınır. Bu yanaşma magistratura pilləsində də tətbiq olunmalıdır.

Hazırda magistratura imtahanı dəyişdirilməli, daha sonra isə bu təhsil pilləsinin gənclər üçün əhəmiyyəti artırılmalıdır. Son illərin statistikasına baxsaq görərik ki, magistratura üzrə plan yerlərinin xeyli hissəsi boş qalır. Bunun iki əsas səbəbi var: birincisi, imtahan suallarının plan yerlərinə nisbətən çətin olması, ikincisi isə nəticədə çox aşağı ballarla qəbulun baş tutmasıdır”.

Magistratura pilləsini daha cazibədar etmək üçün kompleks addımlar atılmalıdır:

“Digər mühüm məsələ isə magistratura bitirənlərin əmək bazarında bakalavrlardan ciddi şəkildə fərqlənməməsidir. Məsələn, orta məktəbdə magistratura təhsili olan müəllimlə olmayan müəllim arasında maaş və status baxımından ciddi fərq yoxdur. Bu da gənclərin magistratura təhsilinə marağını azaldır. Gənclər düşünür ki, iki il magistratura oxumaq həm vaxt itkisi, həm də maliyyə baxımından əlavə yükdür. Bu müddətdə əmək bazarından uzaq qalmaq istəmirlər. Magistraturaya müraciət edənlərin əhəmiyyətli bir hissəsi isə bunu hərbi xidmətdən möhlət almaq məqsədilə edir.

Bütün bunları nəzərə alaraq hesab edirəm ki, magistratura pilləsini daha cəlbedici etmək üçün kompleks addımlar atılmalıdır. Elmi-tədqiqat institutlarının fəaliyyəti gücləndirilməli, magistrantlara elmi məqalələrin yazılması üçün dəstək verilməli, maliyyə resursları artırılmalıdır. Magistratura və doktorantura bitirənlər üçün əməkhaqqı əlavələri nəzərdə tutulsa, bu sahə gənclər üçün daha cəlbedici olar.

Bu gün gənclərin magistratura və doktoranturaya maraq göstərməməsinin əsas səbəbi maliyyə məsələsidir. Halbuki magistratura akademik karyera üçün mühüm mərhələdir. Üstəlik, bir çox ali təhsil müəssisəsində axşam şöbələri mövcuddur və gənclər gündüz işləyib axşam təhsil ala bilərlər. Magistratura təhsili gələcəkdə akademik və elmi fəaliyyətlə məşğul olmaq üçün mühüm əsas yaradır. Ona görə də gənclər öz gələcək karyeralarını düşünürlərsə, magistratura və doktorantura pillələrinə müraciət etmələri tövsiyə olunur”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb