Xəbər lentiwidget-title-icon

Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb
Bakı Qızlar Universitetinin tələbələri hara köçürüləcək? - RƏSMİ
"Elektron Təhsil Tələbə Krediti" platforması Qızıl mükafata layiq görülüb
Məktəblilərimiz müalicə prosesini oyuna çevirən “Ağıllı gips” layihəsini təqdim etdilər
Qarabağ Universitetinin ixtisasları haqqında məlumat almaq üçün ONLAYN GÖRÜŞLƏR keçriləcək
Magistraturaya qəbul planının 78 faizi dolub – Məleykə Abbaszadə
Magistraturada boş qalan yerlərə ixtisas seçimi keçiriləcək
Məktəbəhazırlığa neçə uşaq yazılıb? - BŞTİ AÇIQLADI
Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
Məqsədim sadəcə xaricdə təhsil almaq deyil, öyrəndiklərimi Azərbaycanda dəyərə çevirməkdir
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub

250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb.

Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət, idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb.Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarının, eləcə də yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, “Həmkarlar ittifaqı təqaüdü” proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Şahmar Rəfili isə tələbələrin həmkarlar ittifaqları sıralarında fəallığından, onların istirahət və asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlərdən danışıb.

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər