Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib

Qurban bayramı münasibətilə 1000 ittifaq üzvünə dəstək: ATİAHİ-dən humanist təşəbbüs

Qurban bayramı münasibətilə 1000 ittifaq üzvünə dəstək: ATİAHİ-dən humanist təşəbbüs

Qurban bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən (ATİAHİ) tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiya nümayəndələri, Respublika Komitəsinin rəhbərliyi, rayon komitələrinin sədrləri və ittifaq üzvləri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ATİAHİ RK sədri Araz Paşayev iştirakçıları salamlayaraq AHİK rəhbərliyi adından bayram münasibətilə təbriklərini çatdırıb. Komitə sədri son 8 ayda görülən işlərə toxunaraq qeyd edib ki, 13 mindən çox təhsil işçisi sanatoriya-kurort və istirahət yollayışları ilə təmin olunub. Eyni zamanda “Kurort” Turizm İnformasiya Mərkəzi vasitəsilə bu xidmətlər “bir pəncərə” prinsipi əsasında daha çevik və əlçatan formada təqdim olunur. Həmçinin Əməyin Mühafizəsi və Hüquq Yardım Mərkəzi yaradılaraq ittifaq üzvlərinə peşəkar və tam ödənişsiz hüquqi və psixoloji xidmətlər göstərilir.

Araz Paşayev əlavə edib ki, təqaüd proqramlarının əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilib. Əvvəlki dövrdə 65 tələbəni əhatə edən "Adlı Təqaüd" layihəsi bu il 400 nəfərə çatdırılıb. Bundan başqa, Qarabağ Universitetinin 50 tələbəsi və sosial həssas təbəqədən olan 50 qız tələbə xüsusi təqaüdlə təmin olunacaqdır.

Bildirilib ki, aztəminatlı ailələr və həssas kateqoriyadan olan üzvlər daim təşkilatın diqqət mərkəzindədir və onlara göstərilən dəstək bundan sonra da davam etdiriləcək.

AHİK sədrinin müşaviri Orxan Ərəbov Konfederasiyanın sosial təşəbbüslərindən və həmkarlar ittifaqlarının yeni texnoloji qaydalarla təchiz olunmuş elektron yollayış sistemi barədə ətraflı məlumat verib. O bildirib ki, bu gündən başlayaraq yeni sistem tam istifadəyə verilib.Tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev çıxış edərək Qurban bayramının tarixi və mənəvi dəyərlərindən danışıb, ATİAHİ ilə əməkdaşlıq çərçivəsində keçirilən birgə təlimlərinin uğurlu nəticələrini vurğulayıb.

ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında təşkilatın sosial həssas qruplara, xüsusilə şəhid ailələrinə, o cümlədən şəhid övladlarına yönəlmiş dəstək təşəbbüslərindən bəhs edib, onların maarifləndirici proqramlarda və istirahət layihələrində iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıb.

Tədbir bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin təqdim etdiyi musiqili proqramla davam edib.

Sonda Qurban bayramı münasibətilə ATİAHİ-yə üzv olan 1000 nəfər təhsil işçisinin hər birinə 100 manat dəyərində hədiyyə kuponları təqdim olunub. Bu dəstək əsasən aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan üzvləri əhatə edib.

Oxşar xəbərlər

Bütün xəbərlər