Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

"Blockchain Memorial System" layihəsinin təqdimatı olub



Azərbaycanlı gənclərin yaratdıqları innovativ texnologiya layihəsi – Blockchain Memorial System ictimaiyyətə təqdim olunub.

ERAmedia xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini rəqəmsal mühitdə qorumağı hədəfləyən bu platforma süni zəka və blockchain texnologiyalarının sintezi əsasında yaradılıb və milli yaddaşın gələcək nəsillərə dəyişməz formada ötürülməsini təmin etməyi qarşısına məqsəd qoyur.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun qrant dəstəyi ilə həyata keçirilib və qısa müddət ərzində həm texnoloji ictimaiyyət, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Blockchain Memorial System platforması şəhidlərimizin həyat yolu, xidmətləri, qəhrəmanlıq nümunələri, ailə və döyüş xatirələrini sistemli şəkildə toplayaraq onları təhlükəsiz və dəyişdirilməz rəqəmsal arxivə çevirir. Platformada hər bir şəhid üçün ayrıca profil yaradılır, bioqrafik məlumatlar, foto və video materiallar, arxiv sənədləri, ailə və döyüş xatirələri xüsusi strukturlaşdırılmış sistem vasitəsilə qorunur.

Layihənin əsas xüsusiyyətlərindən biri blockchain texnologiyasının tətbiqidir. Bu texnologiya sistemə daxil edilən məlumatların sonradan dəyişdirilməsinin, təhrif edilməsinin və ya silinməsinin qarşısını alır və məlumatların uzunmüddətli təhlükəsizliyini təmin edir. Bununla yanaşı, platformada bir sıra süni zəka texnologiyaları tətbiq edilir. Süni zəka məlumatların analiz edilməsi, arxivlərin strukturlaşdırılması, bioqrafik məlumatların sistemləşdirilməsi və məlumat bazasında axtarış imkanlarının genişləndirilməsi kimi funksiyalarda istifadə olunacaq.

Layihə üzərində çalışan platformaya bir sıra əlavə süni zəka alətlərinin inteqrasiyası planlaşdırılır. Bu alətlər arasında arxiv məlumatlarının avtomatik analiz sistemi, mətnlərin strukturlaşdırılması üçün AI modulları, səsli bioqrafiya yaratmaq üçün text-to-speech texnologiyası, regionlar üzrə məlumatların statistik analizi və interaktiv xəritə üzərindən məlumatların klasterləşdirilməsi kimi texnoloji imkanlar yer alır. Bu yanaşma layihəni sadəcə memorial platforma deyil, eyni zamanda milli yaddaşın qorunması üçün yaradılmış innovativ texnoloji sistemə çevirir.

Blockchain Memorial System layihəsinin təqdimat mərasimi Bakıda təşkil olunub və tədbirdə şəhid ailələri, Qarabağ döyüşlərinin iştirakçıları, qazilər, dövlət qurumlarının əməkdaşları, özəl sektor nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Təqdimat zamanı qonaqlara layihənin məqsədi, texnoloji imkanları və gələcək inkişaf perspektivləri barədə geniş məlumat verilib, platformanın funksiyaları ətraflı şəkildə nümayiş etdirilib.

Tədbirdə çıxış edən süni zəka texnologiyaları üzrə mütəxəssis Rəhim Xasıyev texnologiyanın cəmiyyət üçün əhəmiyyətindən və süni zəkanın milli məlumat bazalarının qorunmasında oynaya biləcəyi roldan danışıb. O qeyd edib ki, müasir texnologiyalar yalnız iqtisadi və sənaye sahələrində deyil, həm də tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi kimi mühüm sahələrdə istifadə edilməlidir. Onun sözlərinə görə, blockchain və süni zəka texnologiyalarının birgə tətbiqi məlumatların həm təhlükəsizliyini, həm də davamlılığını təmin edən yeni model yaradır.

Tədbirdə şəhid Elçin Həsənlinin anası Xatirə xanım da çıxış edərək oğlunun xatirələrindən bəhs edib və belə bir layihənin həyata keçirilməsinin bütün şəhid ailələri üçün böyük mənəvi dəyər daşıdığını bildirib. O qeyd edib ki, şəhidlərin xatirəsinin gələcək nəsillər üçün qorunması həm ailələr, həm də cəmiyyət üçün son dərəcə vacibdir və bu cür təşəbbüslər tariximizin unudulmaması baxımından mühüm rol oynayır.

Tədbirdə iştirak edən həkim-şairə Rəfiqə Qasımqızı çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüb və özünün “El üçün doğulmuşlar” kitabında şəhid Elçin Həsənlinin obrazında əslində bir çox şəhidin həyat yolunu işıqlandırmasından bəhs edib. O qeyd edib ki, bu cür texnoloji platformalar ədəbiyyat və tarix üçün də yeni imkanlar yaradır və qəhrəmanlarımızın həyat hekayələrinin daha geniş auditoriyaya çatdırılmasına kömək edir.

Tədbirdə iştirak edən dövlət və özəl sektor nümayəndələri və digər qonaqlar da layihə haqqında maraqlı fikirlərini bölüşərək bu cür təşəbbüslərin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar və layihənin inkişafı üçün dəstək verməyə hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılar üçün Şəhid xatirələrinin sistemə daxil edilməsi prosesinin izahı üzrə təlimat təqdim olunaraq, qonaqlara məlumatların platformaya əlavə olunması, necə yoxlanıldığı və necə blockchain texnologiyası vasitəsilə dəyişməz rəqəmsal arxivə çevrildiyi praktiki şəkildə nümayiş etdirilib. Bununla yanaşı, məlumatların doğrulanması, təhlükəsizlik mexanizmləri və ailələrin sistemə məlumat əlavə etmə imkanları barədə də iştirakçılara ətraflı izah verilib.

Qeyd edək ki, Blockchain Memorial System layihəsi texnologiya ilə milli yaddaşın qorunmasını birləşdirən innovativ təşəbbüs kimi qiymətləndirilir. Gələcəkdə platformanın daha geniş funksiyalarla inkişaf etdirilməsi, həmçinin beynəlxalq səviyyədə təqdim olunması planlaşdırılır.

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT