Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

ADU-da Serb dili və mədəniyyəti mərkəzinin yaranmasından 5 il ötür - FOTO

ADU-da Serb dili və mədəniyyəti mərkəzinin yaranmasından 5 il ötür - FOTO

Azərbaycan dilinin siyasi nüfuzu yeni dövrdə sürətlə yüksəlir. Müstəqillik şəraitində dövlət dilinin yüksəlişi sahəsində görülən işlər ciddi tarixi bazaya arxalanır. Bu gün Azərbaycan dilinin tədrisi ilə bağlı dünyanın bir sıra nüfuzlu elm ocaqlarında təqdirəlayiq işlər görülmüşdür. Əlbəttə ki, bu məqamda Azərbaycan Dillər Universitetinin xarici universitetlərlə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsini vurğulamaq yerinə düşərdi.
Bu barədə "tehsilmedia.info”a ADU-dan bildirilib.
Qeyd olunub ki, xaricdə Azərbaycan mədəniyyətinin və dilinin tədrisi məqsədilə ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbüsü ilə dünyanın bir çox öncül universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaradılmışdır.
Bu mərkəzlərin əsas məqsədi bütün dünyada Azərbaycan dilinin təşviqi, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasına dəstək olmaq, eləcə də Azərbaycanın bugünkü simasının mədəni həyatı və açıq cəmiyyəti haqqında informasiyalar vasitəsi ilə təqdim olunmasına nail olmaqdır.
2018-ci il aprelin 26-da Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyətə başlayan “Azərbaycan dili və mədəniyyəti mərkəzi” və həmin il mayın 21-də qarşılıqlı olaraq, ADU-da “Serb dili və mədəniyyəti mərkəzi” nin yaranmasından artıq 5 il ötür.
Dövlətlərarası münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın formalaşmasında və inkişafında hər iki mərkəzin fəaliyyəti əvəzsizdir. Mərkəzlər 5 il ərzində bir çox tədbirlərə, simpoziumlara, konfranslara, müdafiələrə, kitab təqdimatlarına və bir çox önəmli tədbirlərə ev sahibliyi etmişdir.
Universitetlərarası fəal əlaqələr həmçinin müəllim tələbə mübadiləsində də özünü göstərir.
Hər iki universitetin müəllimləri 5 il ərzində müvafiq olaraq Bakıda, Belqradda akademik ezamiyyətdə olublar. Bu günə qədər 10 a yaxın tələbə dövlət proqramı çərçivəsində Serbiyada təhsil almaq şansı qazanıb. Onlardan bəziləri artıq təhsilini başa vurub, bəziləri isə hələ də təhsilini davam edirlər.
Hər iki ölkənin dilinin və mədəniyyətinin təbliği çərçiçivəsində, eləcə də, hər iki xalqın milli dəyərlərinin tanıtdırılmasında mərkəzlərin rolu xüsusi əhəmiyyətə malikdir.
Serb dili və mədəniyyəti mərkəzinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Məcidova və Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Günel Babanlının nəzarəti ilə hər iki mərkəz bərabərhüquqlu tərəfdaş kimi, müxtəlif milli və regional mədəni adət-ənənələrin qəbul olunmasına köməklik edilməsi və iki dövlətin bir-birinin mədəniyyətinə qarşı olan tolerantlığının artırılması üçün mütamadi olaraq çalışır.

ADU-da Serb dili və mədəniyyəti mərkəzinin yaranmasından 5 il ötür - FOTO
ADU-da Serb dili və mədəniyyəti mərkəzinin yaranmasından 5 il ötür - FOTO
ADU-da Serb dili və mədəniyyəti mərkəzinin yaranmasından 5 il ötür - FOTO
ADU-da Serb dili və mədəniyyəti mərkəzinin yaranmasından 5 il ötür - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər