Xəbər lentiwidget-title-icon

35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır

Azərbaycan dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycan dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri müzakirə edilib

Mayın 22-də Dövlət İmtahan Mərkəzində (DİM) “Azərbaycan dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
DİM-dən "tehsilmedia.info”a bildirilib ki, tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dili fənnindən buraxılış imtahanlarının nəticələri” mövzusunda təqdimatla çıxış edib, 2022-2023-cü tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlilini təqdim edib. DİM-in Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva isə “Xarici dillərin qiymətləndirilməsi” mövzusunda təqdimat edib.
Təqdimat mövzuları ətrafında müzakirələr aparılıb, buraxılış imtahanlarında Azərbaycan dili fənni üzrə istifadə olunmuş tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə və məzmun standartlarına uyğunluğu, mətnlərin məzmununun Azərbaycan dilinin nitq normalarına, dil qaydalarına və üslubi imkanlarına uyğun olması, xarici dil fənlərindən fərqli olaraq, bir tədris dili kimi Azərbaycan dili fənninin tədrisinə verilən tələblərin daha ciddi olması məsələləri müzakirə edilib.
Müzakirədə Azərbaycan dilinin tədrisində bir çox problemlərin olduğu, müvafiq fənn üzrə tədrisin səviyyəsini yüksəltməyə böyük ehtiyac duyulduğu qeyd edilib. Məktəblilər üçün orfoqrafiya və orfoepiya lüğətinin təkmilləşdirilməsi zərurəti diqqətə çatdırılıb, Azərbaycan dili fənninin tədrisi ilə bağlı şagirdlərə təqdim edilən mətnlərin məzmununa, həcminə verilən tələblər müzakirə edilib.
Milli Məclisin deputatı akademik Nizami Cəfərov, akademiklər Möhsün Nağısoylu və Muxtar İmanov qeyd ediblər ki, Azərbaycan dili fənni üzrə oxuyub-anlama, yazı bacarıqlarının qiymətləndirilməsinə xarici dil fənləri ilə müqayisədə daha ciddi tələblər qoyulmalıdır. Buna səbəb kimi şagirdlərin gələcək həyatında ana dili üzrə oxuyub-anlama, yazı bacarıqlarının önəmli rol oynaması göstərilib, həm fərdi inkişafda, həm də cəmiyyətin tərəqqi etməsində ana dilinin inkişafının rolu xüsusi qiymətləndirilib.
Göstərilən məsələlərlə bağlı fikir və təkliflər irəli sürülüb.
Müzakirə nəticəsində buraxılış imtahanlarında Azərbaycan dili fənni üzrə istifadə olunmuş tapşırıqlarla yoxlanılan bilik və bacarıqların fənn kurikulumunun təlim nəticələrinə və məzmun standartlarının tələblərinə uyğun olduğu öz təsdiqini tapıb.

Oxşar xəbərlər

Bütün xəbərlər