Xəbər lentiwidget-title-icon

Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri

DİM-in əməkdaşı “İngilis dilinin tədrisi və qiymətləndirilməsi” mövzusunda konfransda məruzəylə çıxış edib

DİM-in əməkdaşı “İngilis dilinin tədrisi və qiymətləndirilməsi” mövzusunda konfransda məruzəylə çıxış edib

Britaniya Şurasının Azərbaycanda fəaliyyətinin 30 illik yubileyi çərçivəsində 27 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "İngilis dilinin tədrisi və qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd ölkəmizdə xarici dillər üzrə tədrisin və qiymətləndirmənin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məlumat mübadiləsi aparmaq, Azərbaycanda Onlayn Müəllim İcmasının (OTC) nailiyyətlərini bölüşmək və yerli ehtiyaclara cavab verən, qlobal standartları özündə ehtiva edən tədris və qiymətləndirmə üsullarını araşdırmaq üçün xarici dil mütəxəssisləri arasında dialoq yaratmaqdır.

Qeyd olunan tədbirdə İngiltərənin Azərbaycandakı səfiri cənab Fergus Auld, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Britaniya Şurasının region üzrə proqram meneceri Tatyana Slijepcevic, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər departamentinin direktoru Aysel Xəlilova və ölkənin ayrı-ayrı məktəblərinin 200-dən çox ingilis dili müəllimi iştirak edib.

Konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşı, Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva “Foreign language assessment as a part of school-leaving examination in Azerbaijan: challenges and opportunities” (“Azərbaycanda buraxılış imtahanlarında xarici dilin qiymətləndirilməsi: çətinliklər və imkanlar”) mövzusunda təqdimatla çıxış edib. K.Hacıyeva ölkəmizdə güclü təhsil sisteminin yaradılması məqsədilə innovativ və qabaqcıl, səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyini və bu tədbirlər arasında Dövlət İmtahan Mərkəzinin xarici dillərin tədrisi sahəsində tətbiq etdiyi yeni qiymətləndirmə model və mexanizmləri, beynəlxalq tərəfdaşlar ilə aparılmış tədqiqatyönümlü silsilə layihələri, xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində gördüyü işlər və keçirilmiş buraxılış imtahanlarınında xarici dillər üzrə statistik məlumatlar haqqında məruzə edib. Bundan başqa Könül Hacıyeva ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində xarici dil blokunun CEFR-ın müvafiq səviyyələrinə uyğunlaşdırılması istiqamətində aparılmış pilot layihənin nəticələri barəsində də çıxış edərək mövcud çətinliklər və onların aradan qaldırılması yolları haqqında məlumat verib.

Çıxışın sonunda məruzəçi K.Hacıyeva standart imtahan modelinin şagirdlərin bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcəyini və cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inamın formalaşdıracağına inandığını vurğulayıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər