Xəbər lentiwidget-title-icon

Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib

Məleykə Abbaszadə SIGMA proqramının eksperti ilə görüşüb - FOTO

Məleykə Abbaszadə SIGMA proqramının eksperti ilə görüşüb - FOTO

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə SIGMA proqramının eksperti ilə görüşüb.

Bu barədə "tehsilmedia.info" a DİM-dən məlumat verilib.

Bildirilib ki, görüşdə Direktorlar Şurasının sədrinin müşaviri Məhəbbət Əkbərli, Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova, Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov, Daxili audit xidmətinin müdiri Elmar Abasov və müvafiq şöbələrin əməkdaşları da iştirak ediblər.

Görüşün əsas məqsədi ötən illərdə həyata keçirilən əməkdaşlıq istiqamətlərində görülmüş işlərin nəticələrini müzakirə etmək, qurumun gələcəkdə daxili nəzarət və risklərin idarəedilməsi sahəsində həyata keçirməyi planlaşdırdığı fəaliyyət istiqamətlərinə əsasən yeni əməkdaşlıq sahələrini müəyyənləşdirmək və bu sahələr üzrə yeni layihənin icrasına başlamaqdır. Görüşdə Məleykə Abbaszadə DİM-in ölkəmizdə ilk yaranan publik hüquqi şəxslərdən biri olduğunu və fəaliyyət göstərdiyi müddət ərzində üzərinə düşən vəzifələri uğurla həyata keçirdiyini bildirib. Eyni zamanda publik hüquqi şəxs olan qurumlarda daxili nəzarət mexanizmlərinin mövcudluğunun önəmini və risklərin idarəedilməsinin olduqca mühüm olduğunu, buna görə də bu istiqamətdə beynəlxalq əməkdaşlığı davam etdirərək prosesi düzgün və səmərəli qurmaq, uğurla davam etdirmək üçün qabaqcıl beynəlxalq təcrübənin, müvafiq alətlərin və metodologiyanın öyrənilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq ekspert Alastir Svarbrik maraq doğuran məsələlərlə bağlı fikir və mülahizələrini görüş iştirakçıları ilə bölüşüb. DİM-in struktur bölmələrinin rəhbərləri də risklərin idarəolunması və digər sahələrdə mövcud vəziyyət barəsində fikir və təkliflərini bildiriblər. Müzakirələr nəticəsində yaxın zamanlarda DİM-in struktur bölmələrinin rəhbərləri üçün daxili nəzarətin təkmilləşdirilməsi və risklərin idarə olunması üzrə SIGMA proqramının ekspertləri tərəfindən təlimlərin keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində ötən illərdə proqramın ekspertləri və təcrübəli mütəxəssisləri tərəfindən “Dövlət idarəçiliyində səmərəli nəzarət mexanizmi” istiqamətində pilot layihə icra edib. Layihənin əsas məqsədi dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi olub və pilot qurumların iştirakı ilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunub.

Məleykə Abbaszadə SIGMA proqramının eksperti ilə görüşüb - FOTO

Məleykə Abbaszadə SIGMA proqramının eksperti ilə görüşüb - FOTO

Məleykə Abbaszadə SIGMA proqramının eksperti ilə görüşüb - FOTO

Məleykə Abbaszadə SIGMA proqramının eksperti ilə görüşüb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər