Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

Elmi-tədqiqat üzrə birgə fəaliyyətin təşkili universitetlərimizə nə verəcək?

Elmi-tədqiqat üzrə birgə fəaliyyətin təşkili universitetlərimizə nə verəcək?

Vaterloo Universitetinin professoru İlham Axundov: “Elmi-tədqiqat institutlarının mövcud potensialından istifadə etməklə universitetlərdə birgə elmi araşdırmaların aparılması, gənc elmi kadrların daha yaxşı hazırlanmasına nail olmaq olar”

Məlum olduğu kimi, aprelin sonlarında Azərbaycanda ilk mərhələdə Bakı Dövlət Universiteti (BDU) və 5 elmi-tədqiqat müəssisəsi arasında Elmi-tədqiqat üzrə birgə fəaliyyətin təşkili ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Universitetlərimizin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi memorandumun məqsədləri sırasındadır. Memorandum universitetlərimizə, ali təhsil sisteminə, eləcə də elmi-tədqiqat institutlarına nə kimi töhfələr verəcək? Xüsusən də alimlərimizin beynəlxalq nüfuzlu elmi nəşrlərdə aktivliyi baxımından bunu necə qiymətləndirmək olar? Xaricdə elmi fəaliyyətlə məşğul olan alimlərimiz belə bir əməkdaşlıq memorandumunun imzalanmasının vacibliyi və əhəmiyyəti barədə nə düşünürlər?

Kanadanın nüfuzlu Vaterloo Universitetinin riyaziyyat üzrə professoru İlham Axundovun bu barədə fikirlərini oxucularımıza çatdırırıq:

- Anlaşma memorandumlarını vacib sayıram. Çünki belə sənədlər hər bir tərəfə öz məqsədlərini və bir-birindən nə gözlədiklərini aydın şəkildə ifadə etməyə imkan verir. Anlasma memorandumu hüquqi sənəd olmasa da, əhəmiyyətli addım kimi qiymətləndirilir. Mən imzalanan memorandumun məzmunu ilə tanış deyiləm, amma bildiyim qədər bu memorandumun imzalanmasında məqsəd 5 elmi-tədqiqat institutu və BDU arasında birgə fəaliyyətin təşkilidir. Elmi-tədqiqat institutlarının mövcud potensialından istifadə etməklə universitetlərdə birgə elmi seminarların keçirilməsi, birgə elmi araşdırmaların aparılması, birgə elmi nəşrlərin və gənc elmi kadrların daha yaxşı hazırlanmasına nail olmaq olar.

Bununla belə, professor İ.Axundov memorandumun 5 il müddətinə imzalanmasını təqdir etmir:

- Lakin memorandumun 5 il müddətinə imzalanması, yəni, bu müddətdə mövcud problemlərin və onların həlli yollarının birgə müəyyənləşdirilməsi üçün bu qədər zaman məncə, böyük vaxt itkisidir. Yaxşı olardı ki, müxtəlif komissiyalarda bu problemlər müzakirə olunardı, əldə olunan həll yollarına uyğun şəkildə anlaşma memorandumları imzalanardı.

“Memorandum BDU-nun beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsinə səbəb ola bilərmi”-sualına gəlincə, professor İ.Axundov bu perspektivə bir qədər pessimist yanaşdığını vurğulayıb:

- Ayrı-ayrılıqda beynəlxalq reytinq göstəriciləri uzun illər ərzində yüksək olmayan qurumların anlaşması ümumi reytinqi necə qaldıra bilər? Bu məqsədə çatmaq üçün anlaşma memorandumuna ən azı bir yüksək reytinqli üzv daxil etmək lazım idi. Məsələn, deyək ki, BDU-nun fizika fakültəsi, AMEA-nın Fizika İnstitutu və Prinston Plazma Fizika Labarotoriyası arasında qabaqcıl füzyon enerjisi tədqiqatı üzrə bir anlaşma memorandumu imzalanır. Bu halda biz 5 ildən sonra problemləri yox, nəticələri görərdik...

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər

Bütün xəbərlər