Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...

Uzun illərdir əsasən keçirdiyi qəbul imtahanlarındakı narazılıqlarla yadda qalan Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr problemi, ştat uyğunsuzluğu və digər hallar artıq nöqtəyə çatıb. Hər il keçirilən müəllim və usta qəbulu imtahanlarından sonra boş ştat yerlərinə yerləşdirmə zamanı böyük haqsızlıqlar edildiyi iddia olunan Agentliyin Mərkəzlərində vəziyyət ildən ilə rüsvayçı hal alır.

Bizimesr.com-a daxil olan məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Mərkəzlərdə və peşə məktəblərində boş qalan ştat və vəzifə yerləri gizlədilir, boş saxlanılır. Əsasən ali təhsilli insanların işsiz qaldığı bir dövrdə bu ştat yerlərinin nədən boş saxlanılması, gizlədilməsi ciddi suallar yaradır. Mərkəz rəhbərləri bunu özbaşınamı edir, yoxsa Peşə Təhsili üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı?

Məlumata görə, Mərkəzlərdə və peşə məktəblərində çoxsaylı texniki vəzifələrdən tutmuş müəllim, usta və hətta rəhbər vəzifələr belə boş saxlanılır. İddialara görə, vəzifə ştatı üzrə nəzərdə tutulan işlər direktorların yaxın adamları arasında bölüşdürülərək dövlət vəsaiti əmək haqqı şəkilində mənimsənilir. Qeyd olunur ki, bəzi Peşə Təhsili Mərkəzlərində direktorlar, direktor müavinləri və onlara yaxın müəllimlər bu imkanlardan istifadə etməklə ayda əmək haqqı olaraq yüksək məbləğdə "maaş" alırlar. Bu rəqəmlər ayda 5-8, hətta 10 min manat civarına qədər çata bilir. Bizimesr.com-a daxil olan digər məlumata əsasən, Peşə Təhsili Mərkəzlərinin əksəriyyətində boş saxlanılan vəzifələrdən biri də keyfiyyət təminatı üzrə mütəxəssis ştatıdır. Bu vəzifə üzrə imtahan tələb olunmur və təyinat birbaşa direktorlar tərəfindən həyata keçirilir. Maraqlıdır ki, demək olar ki, əksər Peşə Mərkəzlərində bu vəzifə də digər ştatlar kimi boş saxlanılır. Amma araşdırılsa bəlli olar ki, keyfiyyət təminatı üzrə mütəxəssis vəzifəsi kiməsə həvalə olunub və əmək haqqı ayırılır.

Həmçinin qeyd olunur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri bu vəzifə ştatlarından, həmin təyinatlardan və Mərkəzlərdə baş verən neqativ hallardan demək olar ki, xəbərsiz görünürlər. Həqiqətənmi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili müəssisələrində baş verənlərdən xəbərsizdir?

Qeyd edək ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində və məktəblərində ciddi pozuntuların baş verdiyi iddia olunur və bu faktların araşdırılmadığı bildirilir.

Oxşar xəbərlər

Bütün xəbərlər