Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL

Bu il buraxılış imtahanlarında 300 bal toplayanlar arasında hazırlığa, repetitora getmədən bu nəticəni əldə edən şagirdlər də var.

Lakin cəmiyyətdə onlara qarşı tez-tez belə fikirlər səslənir ki, bu mümkün deyil və belə hallar sanki mif kimi qəbul olunur.

Maraqlıdır ki, niyə hazırlığa getmədən yüksək nəticə əldə etmək cəmiyyətdə demək olar ki, bir möcüzə kimi görülür?

AzEdu.az-a bu barədə açıqlama verən təhsil eksperti Məzahir Məmmədli söyləyib ki, hazırlığa getmədən də yüksək nəticə əldə etmək olar:

“Əslində bu təcrübə ilk deyil. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl də Quba-Zaqatala-Balakən zonasından olan, hazırlığa getmədən, imkansız ailədən çıxan bir qız uşağı da Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdu. Yəni belə hallar mövcuddur və nümunələr az deyil.

Sadəcə olaraq, bu gün Azərbaycanda repetitorluq sosial sifarişə çevrilib. Belə bir fikir formalaşıb ki, ibtidai sinifdən etibarən valideynlər düşünürlər ki, hazırlığa getmədən uğur və nailiyyət əldə etmək mümkün deyil. Amma bu düşüncə tədricən dəyişməkdədir".

Azərbaycanda qəbul qaydaları və ümumi qəbul sistemi dəyişsə, bu halda repetitorluq da tədricən sıradan çıxa bilər:

"Artıq bölgələrdə və Bakının bir sıra məktəblərində xüsusi təmayüllü məktəblər və məktəb-liseylər yaradılır ki, bu da repetitorluğa alternativ formalaşdırmaq üçün ilkin addımlardır. Düzdür, bu problem tam həll olunmayacaq, amma müəyyən istiqamət artıq müəyyənləşib. Mən düşünürəm ki, bir neçə ildən sonra repetitorluğun bir qədər səngiməsini müşahidə edəcəyik.

Ümumiyyətlə bu sistemdən tam şəkildə imtina olunması üçün qəbul qaydalarının və sistemin dəyişməsi daha effektiv ola bilər. Əgər qəbul sistemi ixtisaslar üzrə və ya buraxılış imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə seçim imkanı verəcək şəkildə dəyişərsə, o halda repetitorluq da ciddi şəkildə azalacaq. Lakin hazırkı vəziyyətdə atılan hər hansı addımdan repetitorluğun tam aradan qalxması nəticəsini gözləmək real olmaz".

Oxşar xəbərlər

Bütün xəbərlər