Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Müəllimlərin işə qəbulu müsabiqəsi haqda VACİB MƏLUMAT

Müəllimlərin işə qəbulu müsabiqəsi haqda VACİB MƏLUMAT

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.

tehsilmedia.info xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

"Namizədlərə elektron ərizəni doldurarkən diqqətli olmaq tövsiyə olunur.

Qeydiyyatdan keçərkən digər məlumatlarla yanaşı, aşağıdakı məqamlara xüsusi diqqət yetirmək lazımdır:

1. Əlaqə nömrəsinin və faktiki yaşayış ünvanının düzgün qeyd olunması

Müsabiqənin sonrakı mərhələlərində namizədlə həm əlaqə nömrəsi vasitəsilə ünsiyyət qurulacağı, həm faktiki yaşayış yerinə əsasən namizədin imtahan verəcəyi ən yaxın mərkəz təyin olunacağı, həm də toqquşma hallarında və əlavə yerləşdirmə zamanı faktiki yaşayış yeri nəzərə alınacağı üçün namizədlərdən hər iki məlumatı düzgün qeyd etməyi tələb olunur.

2. Sənədlərin düzgün formada yüklənilməsi

Müsabiqə çərçivəsində şəhid ailəsinin üzvü olan, həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş, müsabiqədə diaqnostik qiymətləndirmə nəticəsi ilə iştirak edəcək şəxslərdən müvafiq təsdiqedici sənədlər tələb olunur. Həmin sənədlərin vahid bir faylda toplanaraq pdf variantda müvafiq xanaya yüklənilməsi vacibdir.

3. Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə çalışma müddətinin düzgün qeyd olunması

Müsabiqə qaydalarına uyğun olaraq, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Lakin müvafiq əmsalın tətbiq edilməsi üçün namizəd qeydiyyatdan keçərkən elektron ərizəsində həmin məlumatları müvafiq xanaya düzgün şəkildə daxil etməlidir.

4. Digər məlumatların düzgün daxil edilməsi

Müsabiqənin vakansiya seçimi mərhələsi zamanı toqquşma hallarında nəzərə alınacağı üçün namizədlərin təhsillə bağlı məlumatlarını (magistratura, doktorantura təhsili, adi və ya fərqlənmə diplomu və s.), həmçinin pedaqoji stajı düzgün daxil etməsi vacibdir", - deyə mərkəzin məlumatında bildirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər