Xəbər lentiwidget-title-icon

Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
Məqsədim sadəcə xaricdə təhsil almaq deyil, öyrəndiklərimi Azərbaycanda dəyərə çevirməkdir
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
Bakıda Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib
Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edildi
Memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarına start verilib
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Müəllimlərə ŞAD XƏBƏR: Sertfikasiya balları ARTIRILIB
Doktoranturaya qəbulda beynəlxalq sertifikat müəmması: Nazirlər Kabineti ilə DİM-in qərarları arasında ziddiyyət var? - ARAŞDIRMA
ADNSU-da struktur dəyişikliyi və yeni təyinatlar olub
Azərbaycanlı uşaqların təqdimatında Finlandiyada “Arşın mal alan” nümayiş olunub
Bu məktəblərdə I sinfə sərbəst qəbul başlayır - SİYAHI
Magistraturanın ixtisas seçimi nəticələri nə zaman açıqlanacaq?- RƏSMİ
Təmayül məktəblərə şagird qəbulunun nəticəsi nə vaxt açıqlanacaq?
BMU “İnformasiya texnologiyaları” ixtisası üzrə abituriyentlər üçün geniş imkanlar yaradır
Peşə təhsilində böyük yenilənmə: 46 yeni emalatxana açıldı
Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
"Azərbaycanda süni intellekti öyrədəcək müəllim yoxdur" - Elmin Nuri
Dilimizdə haqqı və ədaləti müdafiə edən sözlər daha çoxdur
Nazir: Peşə təhsili uğurlu karyera üçün mühüm imkanlar yaradır
17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi olub
BMU-nun qəbul planında yeniliklər: 3 ikili diplom proqramı və yeni ixtisaslar
DİM sədri: Təhsildə rəqəmlərdən çox onların mesajını oxumaq lazımdır
Təmayül tədris modelinə keçən məktəblərdə müəllimlər üçün mükafat sistemi olacaq?

Sertifikasiya balına görə dərs saatı - Müəllimlər arasında narazılıq yaradan İDDİA

Son günlər bəzi müəllimlər tərəfindən məktəblərdə dərs saatlarının sertifikasiya imtahanında toplanan bala əsasən bölünəcəyi ilə bağlı fikirlər səsləndirilir. Müəllimlər bildirirlər ki, 51 və daha yüksək bal toplayanlar artıq əməkhaqqına 35 faiz əlavə alırlar. Onların fikrincə, eyni meyarın dərs saatlarının bölgüsündə də əsas götürülməsi ədalətli yanaşma deyil.

Maraqlıdır, dərs saatlarının müəllimlərin sertifikasiya balına görə bölüşdürülməsi doğru yanaşmadır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, heç bir məktəb rəhbərliyi sertifikasiya imtahanının nəticəsini əsas götürərək dərs saatlarının bölgüsünü rəsmi şəkildə həyata keçirə bilməz:
AzEdu.az - Müstəqil Təhsil Portalı
AZ
EN
RU
TR
Ana səhifə
AzEdu Təhsil Platforması
İmtahanlar və qəbul məsələləri
Elm və təhsil
Region təhsili
Peşə təhsili
Son xəbərlər
Haqqımızda
Redaksiya siyasəti
FAQ
Əlaqə
Azedu.az Facebook səhifəsi
Azedu.az Instaqram səhifəsi
Azedu.az Youtube səhifəsi
Sertifikasiya balına görə dərs saatı - Müəllimlər arasında narazılıq yaradan İDDİA
Sertifikasiya 21 İyul 2026, 15:19
Paylaş:

Sertifikasiya balına görə dərs saatı - Müəllimlər arasında narazılıq yaradan İDDİA
Son günlər bəzi müəllimlər tərəfindən məktəblərdə dərs saatlarının sertifikasiya imtahanında toplanan bala əsasən bölünəcəyi ilə bağlı fikirlər səsləndirilir. Müəllimlər bildirirlər ki, 51 və daha yüksək bal toplayanlar artıq əməkhaqqına 35 faiz əlavə alırlar. Onların fikrincə, eyni meyarın dərs saatlarının bölgüsündə də əsas götürülməsi ədalətli yanaşma deyil.

Maraqlıdır, dərs saatlarının müəllimlərin sertifikasiya balına görə bölüşdürülməsi doğru yanaşmadır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, heç bir məktəb rəhbərliyi sertifikasiya imtahanının nəticəsini əsas götürərək dərs saatlarının bölgüsünü rəsmi şəkildə həyata keçirə bilməz:

186646

"Sertifikasiya imtahanında müəllimlərin əməkhaqqına əlavələr, əlbəttə ki, ümumi nəticəyə əsasən hesablanır. 10% və 35% həcmində müəyyən edilən bu əlavələr sertifikasiya imtahanının yekun nəticəsinə uyğun tətbiq olunur.

Sertifikasiya üzrə təlimatda yüksək bal toplayan müəllimlərə əlavə dərs saatı verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Belə bir qayda olmadığından, heç bir məktəb rəhbərliyi sertifikasiya imtahanının nəticəsini əsas götürərək dərs saatlarının bölgüsünü rəsmi şəkildə həyata keçirə bilməz. Çünki bu, təlimatnamədə öz əksini tapmayıb. Təlimatnamədə yalnız sertifikasiya nəticələrinə uyğun olaraq müəllimlərə əməkhaqqına əlavələrin verilməsi nəzərdə tutulur və həmin əlavələr də dövlət tərəfindən təmin edilir".

Dərs saatlarının sertifikasiya nəticələrinə görə bölüşdürülməsi müəllimlər arasında müqayisə və qısqanclıq mühiti formalaşdıra bilər:

"İndi gələk sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatı verilməsi məsələsinə. Belə bir yanaşma istər-istəməz sosial bərabərliyə müəyyən qədər mənfi təsir göstərə və bəzi müəllimlərin həvəsdən düşməsinə səbəb ola bilər.

Məsələn, müəllim sertifikasiya nəticəsinə görə 10% əməkhaqqı əlavəsi alır. Əgər bununla yanaşı onun dərs saatı azaldılır, yüksək nəticə göstərən digər müəllimə isə daha çox dərs saatı verilirsə, bu, müəllimlər arasında narazılıq və qısqanclıq yarada bilər. Eyni zamanda şagirdlər və valideynlər arasında da "bu müəllim sertifikasiyada yüksək bal topladığı üçün daha çox dərs deyir, digəri isə aşağı nəticə göstərdiyi üçün dərs saatı azdır" kimi fikirlər formalaşa bilər.

Belə yanaşma aşağı nəticə göstərən müəllimin üzərinə əlavə psixoloji yük qoyacaq. Həmin müəllim istər-istəməz sıxılacaq, narahat olacaq və özünü müəyyən qədər təcrid olunmuş hiss edəcək. Nəticədə ona münasibət həm valideynlər, həm də şagirdlər tərəfindən dəyişə bilər.

Bu isə müəllim nüfuzuna xələl gətirən, ən çox arzuolunmayan hallardan biridir. Digər müəllimə 35% əməkhaqqı əlavəsi verilir, bununla yanaşı, ona daha çox dərs saatı ayrılır. Bu da istər-istəməz məktəb rəhbərliyinin həmin müəllimə daha çox üstünlük verdiyi və diqqət ayırdığı təəssüratını yarada bilər".

Cəmi 2-3 bal fərqə görə müəllimlərə 10% və 35% əməkhaqqı əlavəsi verilməsi daha ədalətli mexanizmlə tənzimlənməlidir:

"Amma bu müəllim aşağı nəticə göstərdiyinə görə fərqli qiymətləndirilir. Halbuki bəzən söhbət heç də böyük bal fərqindən getmir. Məsələn, 48-49 bal toplayan müəllimlə 51 bal toplayan müəllim arasında cəmi 2-3 bal fərq var. Lakin buna baxmayaraq, onlara münasibət və qiymətləndirmə tam fərqli olur.

Mən, əslində, sertifikasiya imtahanına görə əməkhaqqına əlavələrin hesablanma mexanizminin yenidən qiymətləndirilməsinin tərəfdarıyam. Çünki cəmi 2-3 bal fərqlə nəticə göstərən müəllimlərdən biri 35%, digəri isə 10% əməkhaqqı əlavəsi alır. Bu isə istər-istəməz qiymətləndirmə meyarında obyektivliyin müəyyən qədər pozulması deməkdir.

Bu, mənim şəxsi fikrimdir. Hesab edirəm ki, sertifikasiya imtahanı birmənalı şəkildə keçirilməlidir və bunu dəstəkləyirik. Lakin sertifikasiya nəticələrinə əsasən verilən əməkhaqqı əlavələri daha diferensial qaydada hesablanmalıdır. Yəni müəllimin topladığı bala uyğun faiz sistemi tətbiq olunsa, daha ədalətli olar.

Məsələn, tutaq ki, müəyyən standart bal həddi 30 baldır. 30-31 bal toplayan müəllimlə 45 bal toplayan müəllim arasında əməkhaqqına əlavədə müəyyən fərq olmalıdır. 30-31 bal toplayan müəllimə 10%, 42-45 bal və yaxud 45-50 bal toplayan müəllimə isə ən azı 20% əlavə verilə bilər. Bunun üçün müvafiq qurum tərəfindən uyğun qiymətləndirmə mexanizmi hazırlanmalı və əməkhaqqına əlavələr həmin mexanizm əsasında hesablanmalıdır. Yəni hər bir əlavə bala görə əməkhaqqına müəyyən faiz əlavə olunsa, hesab edirəm ki, bu, daha məntiqli, daha doğru və daha ədalətli yanaşma olar. Bu isə artıq ayrıca müzakirə olunmalı bir məsələdir".

Sertifikasiya imtahanının fərdi nəticələri məxfi saxlanılmalıdır, şagirdlər və valideynlər tərəfindən bilinməməlidir:

"Amma qeyd olunduğu kimi, məsələn, 48-49 bal toplayan müəllimlə 51 bal toplayan müəllim arasında əməkhaqqına əlavə baxımından 10% və 35% kimi fərqin olması istər-istəməz həmin müəllimlərə münasibətə də təsir göstərə bilər. Bu isə müəyyən hallarda müəllimin nüfuzuna xələl gətirə biləcək yanaşmaların formalaşmasına səbəb ola bilər.

Məsələn, söhbət ibtidai sinif müəllimindən gedirsə, valideyn övladını məktəbə gətirərkən sertifikasiyada daha yüksək bal toplamış müəllimi seçməyə üstünlük verə bilər. Belə halların yaranması nəticəsində digər müəllim istər-istəməz özünü ikinci planda hiss edə və onun peşəkar nüfuzuna müəyyən qədər xələl gələ bilər.

Ona görə də mən düşünürəm ki, ilk növbədə sertifikasiya imtahanının fərdi nəticələri məxfi saxlanılmalıdır. Bu nəticələr ictimaiyyətə açıqlanmamalı, şagirdlər və valideynlər tərəfindən bilinməməlidir. Bu birinci məsələdir".

Sertifikasiya nəticələrinə görə açıq şəkildə üstünlük verilməsi müəllimin peşə nüfuzuna xələl gətirə bilər:

"İkinci məsələ isə ondan ibarətdir ki, dərs saatlarının bölgüsündə sertifikasiya nəticələrinə əsaslanan hər hansı fərqlilik yaradılmamalıdır. Müəllimlər arasında müqayisə aparılmamalı, bu müqayisə nə şagirdlərə hiss etdirilməli, nə də valideynlərə çatdırılmalıdır. Çünki belə yanaşmalar istər-istəməz müəllimlərin peşə nüfuzuna və cəmiyyətdə formalaşmış imicinə mənfi təsir göstərə bilər. Buna görə də bu cür addımlardan çəkinmək daha doğru olar.

Mən qətiyyən sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərə üstünlük verilib, digərlərinə isə bu üstünlüyün verilməməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil.

Müəyyən balanslı yanaşma tətbiq oluna bilər. Məsələn, yuxarı siniflərdən bir qisminin dərsləri sertifikasiyada daha yüksək nəticə göstərən müəllimlərə həvalə edilə bilər. Bununla yanaşı, aşağı siniflər üzrə də dərs yükü digər müəllimlər arasında balanslı şəkildə bölüşdürülə bilər. Yəni müəyyən tarazlıq qorunarsa, problem yaranmaz.

Ancaq sertifikasiya nəticələrinə əsasən açıq şəkildə üstünlük verilməsi və bunun dərs bölgüsündə əsas meyar kimi tətbiq olunması müəllimlərin nüfuzuna müəyyən qədər xələl gətirə bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər