Xəbər lentiwidget-title-icon

Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib
Müəllimlərin "Tik-tok" istifadəsinə nəzarət edilməlidir - VİDEO
Mətbuat Şurası 225 nömrəli məktəbdəki insidentlə bağlı AÇIQLAMA yayıb

Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.

Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına daxil olan Nəriman Həsənzadə 1965-ci ildə aspiranturanı bitirib dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 1978–1991-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyərkən qəzetin ədəbi-ictimai mühitdə nüfuzunun daha da genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Nəriman Həsənzadə 1991–2001-ci illərdə Azərbaycan Respublikası mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. O, 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik etmişdir.

Böyük söz ustası Nəriman Həsənzadə poeziya aləminə qədəm qoyduğu ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirmişdir. Şair milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalmaqla, özünəməxsus ifadə tərzi və dəst-xətti sayəsində Azərbaycan xalqının poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmişdir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləri onu həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Şairin öz həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərində müasirlərimizin hiss və düşüncələri dolğun bədii əksini tapmışdır. Nəriman Həsənzadə poema və mənzum pyeslərində keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətlərini tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik duyğusu ilə canlandırmışdır. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuş, tamaşaçıların dərin rəğbətini qazanmışdır. Dilimizin tükənməz imkanlarından ustalıqla bəhrələnmiş şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.

Sənətkarın ədəbi şəxsiyyəti ilə vəhdət təşkil edən alim, pedaqoq və ictimai xadim kimi dolğun fəaliyyəti Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir. Nəriman Həsənzadə respublikamızın ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmiş, müxtəlif illərdə SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinin direktoru, eləcə də rayon, şəhər sovetinin və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə daim dərin vətəndaşlıq duyğusu ilə yanaşmış Nəriman Həsənzadə mədəniyyətimizin tərəqqisi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün var qüvvəsini sərf etmişdir.

Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı naminə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları – "Şöhrət" (2001), "Şərəf" (2011) və "İstiqlal" (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə "Heydər Əliyev" ordeninə layiq görülmüşdür.

Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!".

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Arif Paşayev

Anar Rzayev

Çingiz Abdullayev

Rəşad Məcid

Sabir Rüstəmxanlı

Kamal Abdullayev

Oxşar xəbərlər

Bütün xəbərlər