Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ardınca layihəyə həsr olunmuş videoçarx nümayiş olunub.

Təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqaüd proqramlarının əhəmiyyətindən danışaraq hazırda ən vacib sahələrdə təhsil almaq istəyən qızların sözügedən proqramlar sayəsində arzularına çatdıqlarını bildirib.

Bu gün ailələrdə qızların təhsilə, idarəetməyə cəlbi ilə bağlı mövcud problemlərin aradan qaldırılmasında bütün cəmiyyətin iştirakının önəminə diqqət çəkən Bahar Muradova çıxışının sonunda təqaüdə layiq görülən gənc qız tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

Azərbaycan qadını və təhsil mövzusuna toxunan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza atan Azərbaycan istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer tutur.

Təqaüd proqramlarının əhəmiyyətindən söz açan Emin Əmrullayev qızların təhsilə cəlb edilməsi, bu prosesə dəstək göstərilməsinin prioritet vəzifələrdən olduğunu vurğulayıb, qadınların təhsilli, genişdünyagörüşlü olmasının uşaq və gənclərimizin də nümunəvi tərbiyə və təhsilinin formalaşmasına təsir göstərəcəyini bildirib.

Sonda təqaüd qalibləri olan gənc qız tələbələri təbrik edən Emin Əmrullayev onların da öz növbələrində daha çox insanın yaxşı təhsil alması üçün əllərindən gələni edəcəklərinə əminliyini vurğulayıb.

Çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu il üçün təqaüd alan gəncləri təbrik edib. Növbəti illərdə sayın daha da artacağına inamını ifadə edən komitə sədri bildirib ki, bu gözəl təşəbbüsə bütün təşkilat və sahibkarların qoşulması, dəstək göstərənlərin sayının çoxalması önəmlidir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqaüd alan qızların əksəriyyətinin yüksək bal topladıqlarını bildirib. Fondun indiyədək həyata keçirdiyi layihələr, təqaüd proqramlarından söz açan sədr bu sahədə əməkdaşlığın genişləndirildiyini vurğulayıb.

Çıxışlar dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara – “British Petroleum”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürnamələr verilib. Bununla yanaşı, dəstək göstəriləcək 54 tələbəyə sertifikat və gül dəstələri təqdim edilib.

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər