Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Müəllimlik ixtisaslarında plan yerləri azaldıldı - V qrup üzrə STATİSTİKA

V ixtisas qrupu üzrə 2025-2026 və 2026-2027-ci tədris illərində pedaqoji ixtisaslara ayrılan plan yerlərinin müqayisəsi zamanı bəzi universitetlərdə qəbul planlarının azaldığı, müəyyən ixtisaslarda göstəricilərin dəyişmədiyi, ayrı-ayrı istiqamətlərdə isə plan yerlərinin artırıldığı məlum olur.

Tehsilmedia.com məlumat verir ki, azedu.az iki tədris ili üzrə qəbul planlarını müqayisə edib.

Bakı Dövlət Universitetinin Qazax filialında Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 30 olaraq qalıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə plan yeri 50 olaraq dəyişməyib. Musiqi müəllimliyi üzrə plan yerləri 25-dən 30-a artırılıb. Təsviri incəsənət müəllimliyi üzrə isə plan yerləri 100-dən 90-a azaldılıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqi müəllimliyi (fortepiano, violin, viola, violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, saksofon, faqot, valtorna, truba, trombon, tuba, zərb alətləri) üzrə plan yerlərinin sayı dəyişməyərək 30 olaraq qalıb.

Azərbaycan Milli Konservatoriyasında Musiqi müəllimliyi (fortepiano, tar, kamança, qanun, balaban, saz, klarnet, qarmon) üzrə plan yerləri 15-dən 25-ə artırılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi müəllimliyi (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, fleyta, zərb alətləri, tar, kamança, saz, qanun, nağara, balaban, qarmon, vokal) üzrə plan yerlərinin sayı dəyişməyərək 20 olaraq qalıb. Təsviri incəsənət müəllimliyi üzrə isə plan yerləri 30-dan 40-a artırılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Təsviri incəsənət müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 40 olaraq saxlanılıb.

Azərbaycan İdman Akademiyasında Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə plan yerləri 300-dən 275-ə azaldılıb.

Qarabağ Universitetində Musiqi müəllimliyi (fortepiano) üzrə və Musiqi müəllimliyi (fleyta, qoboy, klarnet, faqot, valtorna, truba, trombon, zərb alətləri, violin, viola, violonçel, kontrabas, tar, kamança, saz, nağara, qanun, balaban, qarmon) üzrə ixtisaslarda plan yerləri 20-dən 10-a endirilib.

Naxçıvan Dövlət Universitetində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə plan yerləri 50-dən 30-a, Musiqi müəllimliyi (fortepiano, tar, kamança, qarmon, nağara, saz, zurna) üzrə isə 20-dən 15-ə azaldılıb. Təsviri incəsənət müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 15 olaraq qalıb.

Gəncə Dövlət Universitetində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə plan yerləri 60-dan 30-a, Təsviri incəsənət müəllimliyi üzrə isə 60-dan 40-a endirilib. Musiqi müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 20 olaraq saxlanılıb.

Sumqayıt Dövlət Universitetində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə plan yerləri 25-dən 20-yə azaldılıb.

Lənkəran Dövlət Universitetində Musiqi müəllimliyi (fortepiano, tar, kamança, qarmon, saz, qanun, violin, klarnet, balaban, nağara, gitara, vokal, xor dirijorluğu, musiqi nəzəriyyəsi) üzrə plan yerlərinin sayı dəyişməyərək 25 olaraq qalıb. Təsviri incəsənət müəllimliyi üzrə isə plan yerləri 25-dən 20-yə endirilib.

Xəzər Universitetində Təsviri incəsənət müəllimliyi üzrə plan yerləri 40-dan 20-yə azaldılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər