Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Rəqəmsal SAT imtahanı təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq.

DİM-dən Tehsilmedia.com-a bildirilib ki, rəqəmsal SAT imtahanı Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda keçiriləcəkdir.

İmtahanda iştirak edəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən müvafiq ünvana yaxınlaşsınlar.

İmtahan mərkəzlərinin ünvanları:

Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)
Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)
İmtahana buraxılış şərtləri:

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında aşağıdakı sənəd və vasitələrlə birlikdə olmalıdırlar:
Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
Buraxılış vərəqəsi – Admission Ticket;
“College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).
Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda, iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.

İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, belə şəxslərin imtahana buraxılması mümkün olmayacaq.

Qeyd edək ki, 22 avqust SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl Bluebook tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcəkdir.

Faydalı keçidlər:

Rəqəmsal SAT barədə DİM-in rəsmi internet səhifəsində ətraflı məlumat: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/sat
Rəqəmsal SAT barədə “College Board”un rəsmi internet səhifəsində ətraflı məlumat: //satsuite.collegeboard.org/digital
2026-cı ildə SAT imtahanlarının DİM-in hər iki binasında aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

12 sentyabr
3 oktyabr
7 noyabr
5 dekabr
Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: international@dim.gov.az

Oxşar xəbərlər

Bütün xəbərlər