Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Şərqi-Zəngəzur RTİ-də iş var

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrində inzibati-təsərrüfat və tədris-köməkçi heyətin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu elan edilir.

Bu barədə Tehsilmedia.com-a idarədən məlumat verilib.

Müsabiqə uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, laborant və katibə vəzifələrini əhatə edir.

Müsabiqə qaydalarına görə namizəd yalnız bir vəzifə üzrə müsabiqədə iştirak edə bilər. Bir neçə vəzifə üzrə qeydiyyat etibarsız sayılacaq və şəxsin qeydiyyatdan keçdiyi bütün vakansiyalar üzrə namizədliliyi nəzərə alınmayacaq.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından ibarət olacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə qeydiyyatdan keçə bilərlər. Sənəd qəbulu mərhələsində təqdim edilmiş sənədlərin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq. Test imtahanında yalnız namizədin müraciət etdiyi vakant vəzifənin tələblərinə uyğun olan şəxslər iştirak edə biləcəklər.

Qeydiyyat 19 avqust 2026-cı il tarixindən 24 avqust 2026-cı il saat 11:00-dək davam edəcək.

Namizədlər qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərlər:

Qeydiyyat linki:

//forms.gle/obei9P1jzopwzNVV6

Test imtahanının keçirilmə tarixi və yeri barədə məlumat namizədlərin qeydiyyat zamanı təqdim etdikləri mobil telefon nömrələrinə SMS vasitəsilə göndəriləcək. Eyni zamanda, müvafiq məlumat Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində paylaşılacaq.

Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı istiqamətlər üzrə olacaq:

-Qanunvericilik üzrə 15 sual;

-İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə 15 sual;

-Vakant vəzifənin tələblərinə uyğun olaraq - 30 sual.

Hər bir düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab olunacaqlar. Sualları cavablandırmaq üçün namzədlərə 120 dəqiqə vaxt veriləcək.

Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 iş günü müddətində apellyasiya müraciəti edə bilərlər.

Təyinatlar namizədlərin topladıqları balların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük veriləcək.

Müsabiqədən uğurla keçən, lakin vakant vəzifəyə yerləşdirilməyən namizədlər 2026-2027-ci tədris ilinin sonunadək ehtiyat kadrlar siyahısında saxlanılacaq. Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi halda, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılacaqdır.

Qeydiyyat zamanı tələb olunan sənədlər:

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Təhsil haqqında sənədin surəti;

- Əmək kitabçasının surəti (olduğu halda);

- Hərbi bilet (Hərbi rəhbər vəzifəsi üzrə);

Vakant vəzifələrlə aşağıdakı linkdən tanış ola bilərsiniz:

//drive.google.com/.../1TUqkxlu35MJXhMBUElq.../view...

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz:

//drive.google.com/.../1UihGTYUzG7WuEBQ67pC.../view...

Qeyd: Təyinat zamanı müsabiqə şərtlərini ödəyən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin ərazilərə köçürülən sakinlərə üstünlük veriləcəkdir. Bu zaman namizədlərin topladıqları balların ardıcıllığı nəzərə alınacaqdır.

Oxşar xəbərlər

Bütün xəbərlər