Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Bakı İdman Liseyində dələduzluq faktı: gəlin-qaynana tandemi kimlərə arxalanır?



Vaxtaşırı təhsil sistemindəki korrupsiya və rüşvətxorluq gündəmə gələndə faktların təsdiqi hüquq mühafizə üzərinə düşür. Elə bu baxımdan cənab baş prokuror Kamran Əliyevə əziyyət olmasın deyə xahiş edirik ki, bu mövzunu xüsusi olaraq diqqıtə alınması barədə göstəriş versin. . İnanırıq ki, onun nəzarətində olan hər bir iş öz ədalətli qərarını tapır.

Bu günlərdə isə Bakı İdman Liseyində elə bir dələduzluq halı baş verib ki, məktəb adına hədsiz utancverici vəziyyət yaranıb. Bakı İdman Liseyinin müəllimi Pünhan Pənahov liseyin direktoru Tərminə Əsədovaya arxalanaraq, məzunlardan birinin valideynindən Dövlət İdman Akademiyasına qabiliyyət imtahanından keçirəcəyi vədi ilə 5500 manat pul alaraq, dələduzluq edib. Gözlənildiyi kimi, əməliyyat baş tutmayıb, ortaya səs yazıları, pul köçürmə çekləri filan çıxıb. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahana təbii olaraq müdaxilə edə bilməyəcəyini bilən dəstə, vətəndaşı məqsədyönlü şəkildə aldadaraq dələduzluq edib. Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Tezliklə daha böyük başlar bu dələduzluqdan nəsibini alacaq.
Məsələnin maraqlı tərəfi odur ki, Bakı İdman Liseyinin direktoru Tərminə Əsədova Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Turanə Məcidlinin ailə üzvüdür. Gəlin-qaynana tandeminin əks-sədası görün haralardan, hansı əməllərdən çıxır.

Bakı şəhər təhsil idarəsinə bir neçə ay əvvəl müavin təyin olunan Turanə Məcidli, həmçinin müdir vəzifəsini icra edən Nərminə Hüseynovanın vəzifəsinə əməlli-başlı göz dikib, şef müdir olmaq astanasındadır. O da nazir müavini gedəcəyini gözlədiyi üçün Turanə xanımın şıltaqlıqlarına göz yumur. Həmçinin Turanə Məcidli özündən yuxarı hamı üçün balıq tutan tilov rolunda həvəslə çıxış edir. Bu da, yəqin, elə onların marağına işlədiyi üçün hər kəsə sərf edir.

Hər hansı sahədə karyera qurmaq, vəzifə pillələrində yüksəlmək üçün illərlə əziyyət çəkmək, həmin sahənin bütün incəliklərinə dərindən bələd olmaq lazımdır. Əvvəllər ömrünü elmə, təhsilə həsr edən ziyalılar, alimlər bu sahədə söz sahibi idi. Elə məktəb də onda məktəb idi, təhsil də onda təhsil idi...
Hər şey orda qırıldı ki, şərab zavodunun mühasibi, "pesok satan", bankın kredit şöbəsinin rəisi, marketlər şəbəkəsinin meneceri təhsil sistemində söz sahibi oldu, illərin müəllimlərinə ağıl öyrətdi, islahat aparıram deyərək bütün elm aləmini təcrübə dovşanına döndərdi. Təhsilin “T”-sindən xəbəri olmayanlar bu sistemi məhv etdilər, çökdürdülər. Nə elm qalıb, nə də ki təhsil. Nə məktəb qalıb, nə də müəllim nüfuzu. Ortada çox böyük bir boşluq var və onu on illərlə doldurmaq mümkün olmayacaq.

Nə başınızı ağrıdaq, təhsil sahəsində qocaman elm xadimlərinin, pedaqoqların belə baxıb köks ötürəcəyi sürətli yüksəliş yolu keçənlərdən biri də yuxarıda adını qeyd etdiyim BŞTİ-nin müdir müavini Turanə Məcidlidir. Onun İdarədə sektor müdiri təyin olunmasından müdir müavini olmasına qədər vur-tut 8 ay kifayət elədi. Camaat 8 aya işlədiyi idarənin yolunu-irizini güclə öyrənir, amma nə sirri-xudadırsa, xanım Məcidli səkkizcə aya müdirin müavini oldu. Bunun Nobel mükafatı yox, hansısa elmi kəşfi, ixtirası yox, pedaqogikanın əsaslarını bu yaratmayıb. Bəs əcəba bu hansı fitri istedaddır ki, Turanə xanımı belə sürətlə yüksəltdi?

Elə bu suallar içində itib batmışdım ki, qəflətən gözüm medya resurslarında gedən, el arasında dolaşan xəbərlərə sataşdı. Gördüm ki, mən fil qulağında yatmışam. Sən demə, belə şeylər üçün nə istedad, nə ixtira, nə mixtira gərəkmirmiş. Yetər ki, Eldar Əzizov boyda qohumun, Eşqi Bağırov kimi himayədarın, nazir müavini Həsən Həsənli kimi arxa-dayağın olsun. Hələ vaxtilə Ramiz Mehdiyevin əsas kadrlarından olan Məhəbbət Kazımov kimi qayınatadan, Bakı İdman Liseyinin direktoru olan qayınanasından, onun can dostu, qəlb sirdaşı olan Məhəbbət Vəliyeva kimi rəfiqədən danışmıram. Onların bir kəlməsi, him-cimi min elmi əsərdən, təcrübədən daha üstündür.

Elm, təcrübə binəva müəllimə, alimə gərəkdir ki, onu da hər 5 ildən bir imtahan edərək müti qula çevirirsən. Belə vəzifələr üçün işarəni mediyadan alırsan, sədasını ağ şəhərdən eşidirsən... Turanə Məcidlinin Bakı İdman Liseyinin direktoru olan qayınanasının, bu yaxınlarda kələfin ucunu dolaşdırdığı dələduzluq oyunu ilə də yuxarıda tanış oldunuz.
Bu boyda həngamə qarşısında Turanə Məcidli deyib ki, mən burda niyə varam? Qoymaram qayınanama kimsə güldən ağır söz desin. Deyilənə görə, Eşqi Bağırov da, elə nazirin müavini Həsən müəllim də Turanə xanıma qahmar çıxıblar ki, “qorxma, biz səninləyik”.
İndi gördünüzmü adamın tiranlığı üçün necə qohum-əqrabası, arxa-dayağı olmalıdır?

Elə tutaq ki, mənim qayınatam kran sürücüsüdür, deyir ki, gəl səni Ağ şəhərdə kranla 27-ci mərtəbəyə qaldırım sərinlən. İndi nə deyirsiniz, neyniyim, razılaşım? Mənimki də belə gətirib deyə gedib sərinlənməliyəm?...

Nahaqdan işdən çıxarılan məktəb direktorları, direktor müavinləri Ali məhkəməyə qədər gedir, sonda qalib çıxır. Heç nə olmamış kimi, məsul şəxslərin, baş idarənin insan resuruslarının, o cümlədən heç rəhbərliyin VECİNƏ gəlmir... Adı rüşvət qalmaqalında hallanan direktoru bir məktəbdən çıxarıb digər məktəbə direktor təyin edirlər. Direktor, direktor müavini olmaq istəyənlər öz maşınlarını, evlərini satmalı olurlar. Bakı Şəhər Təhsil İdarəsinin müdirinə də bu əzizovçu sərf edir, ilanı Seyidəhməd əli ilə tutur. Vallah komedixanadır, rüşvətxanadır nədir bilmək olmur. Hər nədirsə, bu nə elmdir, nə də ki, təhsil...

İllərini təhsilə həsr etmiş direktorlar deyirlər ki, Turanə Məcidlinin ifrat eqosu, təhqir və təzyiqləri onları təhsildən getməyə məcbur edir. Adam nə hədd bilir, nə də gözü, nəfsi doyur. Onun "tələbləri"nə boyun əyməyən hər kəsi yola salmaqdan zövq alır. Son zamanlar neçə təcrübəli direktor, neçə təcrübəli direktor müavini işdən ayrılmalı olublar.

Təhsilə tələ kimi baxan birisinin tələyə düşəcəyi gün təhsilin xilası günü olacaq. O zaman himayədarları da onu xilas edə bilməyəcək. Həmin gün uzaqda deyil.

Nicat Mahmudov

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT