Xəbər lentiwidget-title-icon

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR
Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək
Müəllim ixtisaslarının plan yeri yenə də azaldılacaq - SƏBƏB
"356 min məzuna diplom elektron formatda verilib"
90 min müəllimin maaşına əlavə ediləcək
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
Peşə məktəblərinə qəbul bu gün yekunlaşır
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
500 mindən çox şagird dərsə başlayır
Sabahdan Bakı metrosunda intervallar azaldılır
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət
Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal
UNEC-də tələbələr üçün mobil tətbiq istifadəyə verilib
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramı başlayıb
26 şagird toyuq dönərindən zəhərlənib
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

Mingəçevir şəhər 4 nömrəli məktəbi öz "ailə biznesi"nə çevirən Azər Qazıyev haqda ŞOK İDDİA: Direktor təhsil ocağını necə TALAYIR? - VİDEO

Mingəçevir şəhər 4 nömrəli məktəbi öz "ailə biznesi"nə çevirən Azər Qazıyev haqda ŞOK İDDİA: Direktor təhsil ocağını necə TALAYIR? - VİDEO

Vaxtilə Ulu Öndər Heydər Əliyev, "Mən dünyada müəllimdən yüksək ad tanımıram", yaxud "Cəmiyyət təhsilsiz inkişaf edə bilməz" fikirləri ilə bu müqəddəs peşəyə olan münasibətini ortaya qoyub. Elə Prezident İlham Əliyev də şərəfli peşə sahiblərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşaraq onların problemləri ilə şəxsən maraqlanıb. Lakin təəssüflər olsun ki, hələ də müəllim adına xələl gətirən, bu şərəfli peşəni nüfuzdan salan, gənc nəslə mənfi örnək olan şəxslərə də rast gəlirik. Xüsusən də, özünü məmur kimi hiss edən, "kreslo"nun verdiyi zövqdən "başını itirən" bəzi məktəb direktorları sözün həqiqi mənasında "Burada mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə hərəkət edirlər. Özlərini məktəbin sahibi kimi aparan direktorların rüşvət və korrupsiya əməllərindən, özbaşınalıqlarından isə həm pedaqoji kollektiv, həm də şagirdlər əziyyət çəkirlər.

Korrupsiyanın və direktor özbaşınalığının tüğyan etdiyi təhsil ocaqlarından biri də Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbidir. Daha dəqiq desək, məktəbin direktoru Azər Qazıyevin özbaşınalıqları elə həddə çatıb ki, artıq müəllimlər onun əməllərindən ölkə başçısına və Baş Prokurorluğa müraciət etmək məcburiyyətində qalıblar.

"tehsilmedia.info"a bu barədə məktəbin Coğrafiya müəlliməsi Rahimova Həbibə Yoldaş qızı məlumat verib. Şikayətçi müəllimin iddiasına görə, 23 ildir işlədiyi müddətdə təhsil ocağında lazımı qədər özbaşınalıq və rüşvətxorluq hallarına rast gəlib: "Bu şəraiti direktor Qazıyev Azər Arif oğlu yaradır. Onun etdiyi özbaşınalıqlar və korrupsiya halları haqqında 161 qaynar xəttinə və Baş Prokuror Kamran Əliyevə elektron şəkildə məktub ünvanlamışam. Həmin məktubun əsasında Mingəçevir şəhər Prokurorluğuna işin araşdırılması ilə bağlı göstəriş verilib. Azər Qazıyev bu məsələni bildikdən sonra mənə psixoloji təsir göstərməyə çalışır. Yəni digər müəllimləri mənim üzərimə salmaq və məni qorxutmaq məqsədi güdür. Ərizəmi geri götürməyimlə bağlı təsir göstərir. Lakin mən məktəbdəki özbaşınalıqlardan cana doyduğum üçün heç bir güzəştə getmək fikrində deyiləm. İş yoldaşlarım direktor Azər Qazıyevin 62 yaşı olduğunu bildirirlər və güzəştə getməyimi xahiş edirlər. Odur ki, hazırda mən çıxdığım bu yolda təkəm. Heç bir müəllim mənim arxamda dayanmır. Çünki Azər Qazıyev iclas keçirərək bütün müəllimləri hədələyir, onları polisdə süründürəcəyini deyir. Heç bir qadın polis orqanlarına düşmək istəmədiyindən direktorun özbaşınalığına göz yumur. Direktor məndən guya ona şər atmağımla bağlı Prokurorluğa şikayət ərizəsi də verib".

Şikayətçinin iddiasına görə, direktor müəllimlərdən 50 manat rüşvət alaraq dərs saatını pulla satır: "Yəni müəllim dərs yükünü almaq üçün əvvəlcədən ödəniş etməlidir. Hər ay maaşımızdan müəllimin dərs yükündən asılı olaraq fond pulu adı ilə vəsait mənimsəyir. Bu fond pulu 25-40 manat arasında dəyişir. Direktor ildə iki dəfə qəzet pulu adı altında bizdən 50-60 manat vəsait tələb edib. Bəzən tanımadığımız və üzünü görmədiyimiz "komissiya"nı "yola salmaq" üçün bizdən 50-60 manat pul istəyir. Mən daim direktor müavinləri və ya Azər Qazıyevlə bununla bağlı mübahisələr edirəm. Amma direktor pul verməyən müəllimlərlə kobud davranır və bizə düşmən münasibəti sərgiləyir. Bundan başqa 9,10, 11-ci siniflər pul müqabilində məktəbə gəlmirlər. Yəni 3 gün dərsə gəlməyən 300, 5 gün dərsə gəlməyən isə direktora 500 manat pul verir. Mənim şikayətimdən sonra Azər Qazıyev valideynləri yığaraq pulları geri qaytarıb və şagirdlərin məktəbə gəlməsini tələb edib".

Həbibə Rəhimova şikayətində direktor Azər Qazıyevin digər qanunsuz əməlləri haqda da fikirlər səsləndirib. O, Qazıyevin məktəbi "ailə məskəni"nə necə çevirdiyini açıqlayıb: "Azər Qazıyevin həyat yoldaşı məktəbdə baş kitabxanaçı işləyir. Baldızı qızı isə təhsil ocağının katibəsidir. Qardaşı və digər qohumları da bizim məktəbdə işçidirlər. Onun qardaşı məktəbdə işçi olsa da, üzünü heç zaman görməmişik. Direktorun rüşvətxor əməllərini video və səs yazısı vasitəsi ilə sübuta yetirərək Mingəçevir Prokurorluğuna təqdim etmişəm. Amma işin araşdırılması məni qane etmir. Çünki hazırda Azər Qazıyev məni şər atmaq ittihamı ilə məhkəməyə verib. Həmçinin bu ittihamla Prokurorluğa da şikayət ünvanlayıb. Bütün bu qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə, Aran Regional Təhsil İdarəsinə müraciətlər etmişəm. Amma şikayətimə baxan yoxdur. Verilən cavablarda mənə iddialarımın əsassız olduğunu bildirirlər. Azər Qazıyev isə bildirir ki, yoxlama üçün məkətəbə gələn komissiyanı rüşvət verərək yola salır. Ona görə də, heç kimdən qorxusu yoxdur.

Çıxışının sonunda Mingəçevir Şəhər 4 nömrəli məktəbin Coğrafiya müəllimi Həbibə Rəhimova Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edib: "Təhsil ocağı bazar deyil. Biz bu cür rüşvət halları ilə mübarizə apara bilməsək gələcək üçün vətənsevər və vicdanlı şəxslər yetişdirə bilmərik. Odur ki, Azər Qazıyevin qanunsuz əməlləri və özbaşınalıqları ilə bağlı düzgün araşdırılma aparılmasına və onun layiqli cəza almasına göstəriş verməyinizi xahiş edirəm. Azər Qazıyevin Azərbaycan təhsilinə vurduğu ziyanın qarşısının alınacağına inanıram"!

P.S.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər