Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Metro problemi təhsilə də təsir edəcək - “Distant sistemə keçid mümkündür”

Artıq bir müddətdir ki, "Nizami" və "28 May" stansiyaları arasında metronun hərəkəti dayanıb. Bu səbəbdən sosial mediada ən azından universitetlərin onlayn formatda keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Maraqlıdır, həqiqətənmi buna ehtiyac var? Nəzərə alaq ki, yaxın vaxtlarda məktəblər də açılacaq və nəqliyyatda tıxaclar pik həddə çatacaq. Bu isə tələbələr üçün ciddi çətinliklər yaradacaq.

Tehsilmedia.com bildirir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, tələbələrin ən çox istifadə etdiyi nəqliyyat növü metro olduğu üçün onun bağlanması fonunda dərslərin müəyyən müddət distant formada təşkil olunması ən əlverişli çıxış yoludur:

"Metro stansiyalarının müəyyən müddətə təmir məqsədilə bağlanması tələbələrin, şagirdlərin, eləcə də orta və ali təhsil müəssisələrinə gedib-gələnlərin hərəkətində müəyyən çətinliklər yaradacaq. Çünki məlumdur ki, tələbələr ictimai nəqliyyat vasitələri arasında daha çox metrodan istifadə edirlər.

Stansiyaların bağlanması nəticəsində yollarda müəyyən sıxlıqlar meydana gələcək. Eyni zamanda, ölkədə keçirilən bəzi beynəlxalq tədbir və yarışlar da nəqliyyatın hərəkətinə müəyyən dərəcədə mənfi təsir göstərir. Bu vəziyyət istər-istəməz təhsilalanların dərsə vaxtında çata bilməməsinə, eləcə də avtobuslarda və ümumi nəqliyyat vasitələrində həddindən artıq sıxlığın yaranmasına gətirib çıxaracaq.

Bu kimi hallarda beynəlxalq təcrübədən faydalanmaq olar. Müvəqqəti xarakter daşıyan bu proses zamanı xarici ölkələrdə dərslər ya distant formaya keçirilir, ya da xüsusi nəqliyyat vasitələri ayrılaraq müntəzəm marşrutlar təşkil olunur. Lakin xüsusi nəqliyyat vasitələri ayrılsa belə, bu, yollardakı tıxacın daha da artmasına səbəb ola bilər. Eyni zamanda, işləyən vətəndaşların da iş yerlərinə vaxtında çatmasında problemlər yaranacaq.

Metro təmiri ilə bağlı yaranan bu fövqəladə vəziyyətdə də distant sistemə keçid tam mümkündür:

"Tələbələrin ən çox istifadə etdiyi nəqliyyat növü metro olduğu üçün onun bağlanması fonunda dərslərin müəyyən müddət distant formada təşkil olunması ən əlverişli çıxış yoludur. Bu addım tələbələrin dərsdən geri qalmaması, isti havalarda əlavə əziyyət çəkməməsi və tədris prosesinin ləngiməməsi baxımından vacibdir.

Artıq dünya təcrübəsində distant təhsildən geniş istifadə olunur. Azərbaycanda da bu formanın tətbiqi ali təhsil müəssisələrinə əlavə imkanlar qazandıra bilər. Hətta ölkəmizdə distant təhsilin rəsmiləşdirilməsi xaricdə oxumaq istəyən gənclərin öz ölkəmizdə bu xidmətdən yararlanmasına şərait yaradar.

Məlumdur ki, bəzi ucqar kəndlərdə müəllim çatışmazlığı olduqda distant dərslər tətbiq edilir. Deməli, metro təmiri ilə bağlı yaranan bu fövqəladə vəziyyətdə də distant sistemə keçid tam mümkündür. Pandemiya dövründə bu təcrübəni uğurla keçdiyimiz üçün prosesin ciddi bir problem yaratmayacağı qənaətindəyəm.

Yaranacaq sıxlığın qarşısını almaq üçün ən azı 1-2 ay müddətində Bakı şəhərinin mərkəzi ərazilərində yerləşən orta və ali təhsil müəssisələrində tədrisin distant formada təşkil olunması məqsədəuyğundur"

Oxşar xəbərlər

Bütün xəbərlər