Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

MİQ müsahibəsində müəllimi nə “xilas edir”? - Namizəd DANIŞDI

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsi başlayıb.

Tehsilmedia.com bildirir ki, 2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində iştirak edən Aslanlı Kürdoğlu Qalib oğlu müsahibə ilə bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb.

"1999-cu ildə Goranboy rayonunda anadan olmuşam. 2006-2017-ci illərdə Goranboy rayonunun Qaraçinar kənd tam orta məktəbində oxumuşam. 2017-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul almışam və 2021-ci ildə Tarix müəllimliyi ixtisası üzrə təhsilimi başa vurmuşam. Universitetə 628 balla qəbul almışam. 2021- 2022-ci illərdə Beyləqan və Xocavənd rayonlarında hərbi xidmət keçmişəm.

2023-cü ildə keçirilən MİQ imtahanında 80,5 bal toplamışam və Ucar rayonunun Yuxarı Şilyan kənd tam orta məktəbində Tarix müəllimi kimi fəaliyyətə başlamışam. 2024-cü ildə isə MİQ imtahanında 93,75 bal toplamışam və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Tarix fənni üzrə vakansiya qazanmışam. Müsahibə mərhələsi ilə bağlı ümumi təəssüratım müsbətdir. Proses kifayət qədər şəffaf, rahat və səmimi mühitdə keçir.

Komissiyanın münasibəti də namizədin özünü rahat ifadə etməsinə imkan verir. Mən düşünürəm ki, bu mərhələyə hazırlaşmaq üçün mütləq şəkildə xüsusi hazırlıq kursuna getməyə ehtiyac yoxdur. Əsas məsələ müəllimin öz biliklərinə və pedaqoji bacarıqlarına güvənməsidir. Müsahibə zamanı komissiya əsasən namizədin ünsiyyət qurmaq, özünü ifadə etmək və sahib olduğu bilikləri şagirdlərə çatdırmaq bacarığına diqqət yetirir. Çünki müəllim yalnız özünün mövzunu bilməsi ilə kifayətlənməməlidir. Əsas məsələ həmin biliyi şagirdə düzgün və aydın şəkildə çatdıra bilməkdir.

Buna görə də namizədin danışıq qabiliyyəti, fikrini ifadə etməsi, ünsiyyət qurması və nitqində hər hansı problemin olub-olmaması da nəzərə alınır. İxtisasla bağlı suallara gəlincə, MİQ-in test mərhələsində yüksək nəticə göstərən namizədlər üçün bu suallar ciddi çətinlik yaratmır. Suallar daha çox namizədin öz ixtisasına nə dərəcədə bələd olduğunu yoxlamağa yönəlib. Mənə də Tarix fənni üzrə müxtəlif suallar verildi. Məsələn, mədəniyyət mövzusu, xalçalar və digər tarixi-mədəni məsələlərlə bağlı suallar səsləndirildi. Düşünürəm ki, ixtisasını yaxşı bilən və test mərhələsinə düzgün hazırlaşan namizəd bu suallara rahat cavab verə bilər. Bununla yanaşı, müsahibə yalnız ixtisas suallarından ibarət deyil. Pedaqoji və psixoloji istiqamətdə də müxtəlif situasiyalar təqdim olunur.

Məsələn, şagird-müəllim münasibətləri, müəllim-valideyn münasibətləri, sinifdə davranış qaydaları, şagirdlər arasında münasibətlər və bulinq kimi hallarla bağlı suallar verilə bilər. Burada əsas məqsəd, məncə, müəllimin belə situasiyalarda necə davranacağını, problemi necə həll edəcəyini və pedaqoji baxımdan düzgün yanaşma nümayiş etdirə biləcəyini müəyyənləşdirməkdir. Namizədlərə əsas məsləhətim odur ki, müsahibəyə gedərkən həddindən artıq həyəcanlanmasınlar. Həyəcanlanmağa lüzum yoxdur. Çünki bu, ilk növbədə, müəllimin özünü göstərməsi üçün bir fürsətdir. Namizəd özünü rahat hiss etməli, fikrini aydın ifadə etməli və verilən suala düşünərək cavab verməlidir. Xüsusilə icmallarla bağlı onu qeyd etmək istəyirəm ki, hər şeyi əzbərləməyə ehtiyac yoxdur. İcmalları sözbəsöz yadda saxlamaq əvəzinə, icmalın hazırlanma qaydasını, dərsin necə planlaşdırıldığını və ümumi pedaqoji yanaşmaları bilmək daha vacibdir.

Müəllim dərsi necə quracağını, şagirdə mövzunu necə izah edəcəyini, müxtəlif səviyyəli şagirdlərlə necə işləyəcəyini bilməlidir. Ümumilikdə isə müsahibə mərhələsini rahat və normal bir proses kimi qiymətləndirirəm. Namizəd öz ixtisasını, pedaqoji yanaşmaları bilirsə və fikirlərini düzgün ifadə edə bilirsə, düşünürəm ki, müsahibədən keçmək üçün ciddi narahatlığa əsas yoxdur. Əsas odur ki, insan özünə güvənsin və komissiyanın qarşısında özünü olduğu kimi təqdim edə bilsin".

Oxşar xəbərlər

Bütün xəbərlər