Xəbər lentiwidget-title-icon

“Tələbələrə nəqliyyat güzəşti birmənalı tətbiq olunmalıdır” – Ceyhun Məmmədov
Maaş artımından sonra tibbə maraq yüksələcək? - “Bunu demək hələ tezdir”
Bəzi məktəblərdə tədris onlayn olacaq
AzTU-da sənaye doktoranturası ilə bağlı təqdimat keçirilib
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların SİYAHISI
Magistraturada ixtisasını dəyişmək istəyənlərlə bağlı AÇIQLAMA
Günəşdə yeni güclü alışmalar gözlənilir
MDU ingilis dili müəllimliyi üzrə vakansiya elan edir
Kolleclərin sayı ARTIB
Şagirdlərin süni intellekt alətlərindən istifadəsinə QADAĞA QOYULDU
AzTU 14-cü qlobal istiləşmə üzrə beynəlxalq konfransa ev sahibliyi edir
6 idmançı ADPU-ya müsabiqədənkənar qəbul olunub
Rektor AzTU-ya yüksək balla qəbul olunan tələbə ilə görüşüb
Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir
Bu gün 1-ci sinfə qəbul başa çatır
Sertifikasiyanın müsahibə mərhələsi BAŞLAYIR
Himayədar ailələr üçün yeni dəyişikliklər edilib
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya - FAKTLAR, FOTOLAR
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...
Bakıdakı məktəblər dezinfeksiya edilir
Məktəbəhazırlığa ilk dəfə gedən uşaqlar - Uşağı valideyndən ayrılığa necə hazırlamalı?
Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
Abşeron rayonu üzrə təhsil işçilərinin sentyabr konfransı keçiriib - FOTOLAR
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

Maaş artımından sonra tibbə maraq yüksələcək? - “Bunu demək hələ tezdir”

Dünən tibb işçilərinin böyük bir qisminin əməkhaqqı artırıldı.

Hər il abituriyentlər arasında tibb ixtisasları üzrə gərgin rəqabətin olduğunu və mövcud vəziyyəti nəzərə alsaq, deyə bilərikmi ki, bu sahəyə maraq daha da artacaq və ixtisaslar üzrə keçid ballarında kəskin yüksəliş olacaq?

Tehsilmedia.com bildirir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən təhsil eksperti Vüsət Əzizov qeyd edib ki, maaş artımı bu rəqabətə psixoloji və karyera baxımından əlavə stimul verə bilər:

"Bu qərardan sonra tibb sahəsinə marağın müəyyən qədər artacağını gözləmək olar, amma yalnız əməkhaqqının artırılmasına əsaslanaraq “keçid balları kəskin yüksələcək” demək hələ tezdir.

Sentyabrın 1-dən TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqı artırılıb, əməkhaqqı fonduna əlavə 189 milyon manat yönəldilib və bəzi kateqoriyalar üzrə artım 135 faizə qədərdir.

Tibb ixtisasları onsuz da Azərbaycanda ən çox rəqabət aparılan istiqamətlərdəndir. Məsələn, 2025-ci il qəbulunda ATU-nun “Tibb” ixtisasında keçid balı 624,3, ingilis bölməsində isə 683,7 bal səviyyəsində olub. 2026-cı il qəbulunda da IV qrup üzrə yüksək nəticə göstərən abituriyentlərin sayının artması rəqabəti kifayət qədər yüksəltdi və nəticədə ATU-nun “Tibb” ixtisasında keçid balı 638,5, ingilis bölməsində isə 692,8 bal oldu. Həmçinin “Qarabağ Universiteti”ndə də keçid balları kifayət qədər yüksək olub. Müvafiq olaraq, tibb və stomatologiya ixtisasları üzrə keçid balları 634,2 bal və 624,3 bal təşkil edib.

Maaş artımı isə bu rəqabətə psixoloji və karyera baxımından əlavə stimul verə bilər. Valideyn və abituriyentlər artıq tibb peşəsinə yalnız “prestijli ixtisas” kimi deyil, həm də daha yaxşı gəlir və daha stabil karyera imkanı kimi baxa bilərlər".

Amma keçid balını əməkhaqqı müəyyən etmir:

"Keçid balına əsas təsir edən amillər plan yerlərinin sayı, abituriyentlərin nəticələri, ixtisasa olan real tələbat və seçim davranışıdır. Buna görə maaş artımının növbəti qəbul ilində keçid balını, məsələn, 20-30 bal birdən yüksəldəcəyini indidən söyləmək doğru olmaz.

Tibbə maraq artarsa, ilk növbədə yüksək ballı abituriyentlərin bu istiqamətə yönəlməsində artım görə bilərik. Bu isə xüsusilə ATU-nun “Tibb”, “Stomatologiya” və ingilis bölməsi kimi onsuz da yüksək rəqabətli ixtisaslarında keçid ballarının yüksəlməsi üçün əlavə zəmin yarada bilər.

Lakin burada başqa bir mühüm məqam da var. Maaş artımı təkbaşına tibbə marağı köklü şəkildə dəyişməyəcək. İş şəraiti, növbəli iş, təhsil müddətinin uzunluğu, rezidentura, ixtisaslaşma və həkimlik peşəsinin məsuliyyəti də abituriyentin qərarına ciddi təsir edir.

Tibb sahəsinə marağın artmasını gözləmək mümkündür, amma bunu avtomatik olaraq “keçid balları kəskin qalxacaq” kimi qiymətləndirmək düzgün deyil. Daha çox müəyyən artım və yüksək rəqabətin qorunub saxlanmasını real gözlənti hesab etmək olar".

Oxşar xəbərlər

Bütün xəbərlər