Xəbər lentiwidget-title-icon

Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib
Müəllimlərin "Tik-tok" istifadəsinə nəzarət edilməlidir - VİDEO
Mətbuat Şurası 225 nömrəli məktəbdəki insidentlə bağlı AÇIQLAMA yayıb

Elm və Təhsil Nazirliyində 77 milyonluq Depot sualı: 429 mindən birdən-birə bu qədər inam necə qazanıldı?

"Depot MMC ilə bağlı araşdırmamızın əvvəlki hissəsində 429 118 manatlıq müqavilədən 1 milyon 674 min 656 manatlıq müqaviləyə qədər uzanan rəqəmləri ortaya qoymuşduq.

İndi isə qarşımıza çıxan rəqəm daha böyükdür: 76 milyon 999 min 93 manat 94 qəpik.Yəni, söhbət 77 milyon manata yaxın dövlət vəsaitindən gedir.
Açıq mənbələrdə yayılan məlumatlara görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 15 yanvar 2025-ci ildə “DEPOT” MMC ilə məhz bu məbləğdə müqavilə bağlayıb.
Müqavilənin predmetinin məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili üzrə keyfiyyətə nəzarət xidmətləri olduğu bildirilir.
Amma burada artıq sadə bir sual yox, ciddi ictimai maraq doğuran məsələ ortaya çıxır:
429 min manatlıq müqavilədən sonra 1,67 milyon manatlıq müqavilə, ardınca isə 77 milyon manata yaxın müqavilə... DEPOT MMC birdən-birə necə bu qədər böyük etimad qazandı?
Dövlət qurumu bir şirkətə 77 milyon manata yaxın vəsait həvalə edirsə, deməli, həmin şirkətin bu işin öhdəsindən gələcəyinə dair ciddi əsaslar olmalıdır.
Bəs həmin əsaslar nələrdir? Şirkətin hansı təcrübəsi nəzərə alınıb?
Hansı göstəricilər DEPOT MMC-ni digər mümkün icraçılardan fərqləndirib? Şirkətin maliyyə, texniki və insan resursları necə qiymətləndirilib? Və bütün bunlar hansı sənədlərlə təsdiqlənib?

77 MİLYON NECƏ HESABLANIB?

Əsas suallardan biri də budur.
76 milyon 999 min 93 manat 94 qəpiklik məbləğ necə formalaşıb?
Bu rəqəmin arxasında hansı hesablama dayanır?
Neçə məktəbəqədər təhsil müəssisəsi xidmətin əhatə dairəsindədir?
Bir müəssisəyə və ya bir xidmət vahidinə düşən xərc nə qədərdir?
Müqavilənin müddəti neçə ildir?
Xidmətin həcmi əvvəlki müqavilələrlə müqayisədə nə qədər artırılıb ki, məbləğ 77 milyon manata yaxınlaşıb?

BİR MƏNBƏDƏN SATINALMA SUALI

Məsələnin daha diqqətçəkən tərəflərindən biri isə satınalma üsuludur.
Açıq mənbələrdə 77 milyon manata yaxın müqavilənin bir mənbədən satınalma üsulu ilə həyata keçirildiyi barədə məlumatlar yayılıb. Əgər bu məlumat təsdiqlənirsə, o zaman suallar daha da artır:
Nə üçün rəqabətli satınalma keçirilmədi?
Nə üçün məhz DEPOT MMC seçildi?
Bu şirkətin seçilməsini zəruri edən hansı konkret əsaslar mövcud idi?
Bir mənbədən satınalma üçün qanunvericilikdə nəzərdə tutulan əsaslandırma hansı sənədlə rəsmiləşdirilib?
Və həmin əsaslandırma ictimaiyyətə açıqlanıbmı?

10 MANAT MƏSƏLƏSİ DEYİL, 77 MİLYON MƏSƏLƏSİDİR

Əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, “DEPOT” MMC-nin nizamnamə kapitalının 10 manat göstərilməsi öz-özlüyündə qanun pozuntusu demək deyil.
Amma burada əsas məsələ 10 manat deyil. Əsas məsələ dövlətin 77 milyon manata yaxın vəsaitinin hansı şirkətə və hansı əsaslarla etibar edilməsidir.
Əgər bir şirkət milyonlarla manatlıq dövlət müqaviləsinin icraçısına çevrilirsə, cəmiyyətin onun təcrübəsi, imkanları və bu etimadı hansı meyarlarla qazandığı barədə sual verməsi tamamilə normaldır. Çünki söhbət şəxsi vəsaitdən yox, dövlət büdcəsindən gedir.
429 min manat... 1 milyon 674 min 656 manat... 76 milyon 999 min 93 manat 94 qəpik...Bu rəqəmlər arasında sadəcə milyonlarla manatlıq fərq yoxdur. Bu rəqəmlərin arasında cavablandırılmalı olan çoxsaylı suallar var.

Depot MMC bu etimadı necə qazandı?
77 milyonun hesablanmasının arxasında hansı sənədlər dayanır?
Dövlət qurumu bu şirkəti hansı meyarlarla seçdi?

Biz bu suallara ittihamla deyil, sənədlərlə cavab axtarırıq. Çünki dövlət vəsaitinin xərclənməsi şəffaf və əsaslandırılmış olmalıdır. 77 milyonluq müqavilənin sənədləri isə hələ qarşıdakı araşdırmanın əsas mövzularından biridir.
Araşdırmamız davam edir.
Ardı var..."

Oxşar xəbərlər

Bütün xəbərlər