Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Seymur İsmayılovun Elm və Təhsil Nazirliyi ilə tender oyunları

Elm və Təhsil Nazirliyi iki tenderinin nəticəsini açıqlayıb.

XALQ xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi öncəliklə “VIVA MEDICAL GROUP” MMC ilə anlaşıb.

Tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınmasını həyata keçirmək üçün İdarə MMC-nin hesabına 9 milyon 950 min 83 manat 95 qəpik köçürəcək.

Nazirliyin keçirdiyi ikinci tenderin qalibi isə daha maraqlı şirkətdir. Belə ki, Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi köhnə tanışı ilə ümumtəhsil müəssisələrinə “digər malların alınması” xərc maddəsi üzrə mallarının satınalınması məsələsində anlaşıb. Söhbət “SİMPLEX” QSC-dən gedir. Və bağlanılan müqavilənin dəyəri isə 3 milyon 981 min 830 manat 76 qəpik təşkil edir.

Tribunainfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin “Simplex” şirkəti ilə son bir ildə 10 dəfə yolları kəsişib. Daha dəqiq desək, “Simplex” QSC yalnız nazirliyin tabeliyində və balansında olan müəssisələrin tenderlərini udub.

Belə ki, ötən bir ildə “Simplex” Elm və Təhisl Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi 8 tenderin qalibi olub. Həmin tenderlər üzrə şirkət nazirlikdən 57 milyon 468 min 146 manatlıq sifariş alıb. Həmin tenderlərdən ən qəribəsi isə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması ilə bağlıdır.

Araşdırma zamanı məlum olub ki, “SİMPLEX” QSC bu tenderlərdən birini 03.10.2024-cü ildə udub. Bunun müqabilində isə 19 milyon 254 min 645 manat 1 qəpik pul alıb. Həmin tenderin üzərindən 8 ay keçdikdən sonra isə şirkət eyni məzmunda ikinci tenderin də qalibi olub. Belə ki, 20.06.2025-ci ildə tərəflər arasındakı anlaşmanın dəyəri 19 milyon 421 min 921 manat 4 qəpik təşkil edib.

Bundan başqa, “Simplex” ETN-ə yumşaq mebel dəsti, kreslolar və digər avadanlıqlar da satıb. Açıq mənbələrdə qeyd edilir ki, son bir ildə şirkətlə nazirlik arasında bununla bağlı iki satınalma prosesi reallaşdırılıb. Onlardan biri 5 milyon 411 min 128 manat 9 qəpik, digəri isə 6 milyon 483 min 291 manat 66 qəpiyə başa gəlib.

Amma “Simplex” təhsil sektorundan kənara çıxmayıb. Tribunainfo.az xəbər verir ki, şirkət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də tenderlərinin qalibi olub. Son bir ildə universitetin 3 tenderini udaraq, heç də kiçik olmayan pullar qazanıb.

Həmin tenderlərdən ikisi ADNSU-nuin nəzdində fəaliyyət göstər Azərbaycan Fransız Universiteti üçün nəzərdə tutulub. Bu quruma tələb olunan reagentlərin, digər laboratoriya ləvazimatlarının və İT xidmətinin satın alınmasını ehtiva edib. Həmin anlaşmalardan birinin dəyəri 557 min 873 manat, digəri isə 781 min 106 manat olub.

Amma ötən bir ildə “Simplex” universitet üçün BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant hesabına avadanlığın satınalınmasını da reallaşdırıb. Bu razılaşma isə 995 min 700 manat təşkil edib.

Qeyd edək ki, “Simplex” QSC (VÖEN 2601600121) 2015-ci ilin iyunun 4-də yaradılıb. Özəl şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a, Sity Point ünvanında qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Fətullayev Elmir Tofiq oğludur. Şirkətə faktiki rəhbərliyin isə Seymur İsmayılov adlı şəxsin rəhbərlik etdiyinə dair məlumatlar var. S.İsmayılov bir neçə il bundan öncəyə qədər təhsil nazirinin müşaviri olub.Tribunainfo.az

Tərəfləri də dinləməyə hazırıq.

XALQ.online

Oxşar xəbərlər

Bütün xəbərlər